Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2669/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoru, Maraqlı şəxs3 Yaqub qızı, Maraqlı şəxs4 Yaqub oğlu və Maraqlı şəxs2 olmaqla mirasın qəbul edilməsinə dair ötürülmüş müddətin bərpası və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoru, Maraqlı şəxs3 Yaqub qızı, Maraqlı şəxs4 Yaqub oğlu və Maraqlı şəxs2 olmaqla mirasın qəbul edilməsinə dair ötürülmüş müddətin bərpası və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, babası X2 miras qalmış mirasın (ünvan 1 ünvanında olan torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi) qəbul edilməsinə dair ötürülmüş müddəti üzürlü sayaraq bərpa edib həmin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoru, Maraqlı şəxs3 Yaqub qızı, Maraqlı şəxs4 Yaqub oğlu və Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirdi. Məhkəmə ərizəçini dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontorunun xx.xx.2022ci il tarixli, 2V-265 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi Maraqlı şəxs3 Yaqub qızıdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – ƏMDK-nın yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X4 verilmiş **********39-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 35.8 kv.m, yardımçı sahəsi 24.6 kv.m olan 2 otaqlı fərdi yaşayış evindən ibratədir. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinin tələbinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarım bölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə qeyd edir ki, prosessual qanunvericiliyin də tələbindən göründüyü kimi xüsusi icraat qaydasında işlərə o halda baxılır ki, baxılan tələbə dair mübahisə olmasın. Lakin hazırki işdən aydın olur ki, ərizəçinin öz ərizəsində qeyd etdiyi daşınmaz əmlaka münasibətdə artıq Maraqlı şəxs3 Yaqub qızı tərəfindən tam pay əldə edilməsi barədə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. Göründüyü kimi, ərizəçinin tələbdə göstərdiyi daşınmaz əmlaka münasibətdə hüququnun əldə edilməsi ilə bağlı mübahisə mövcuddur və hazırki tələbə xüsusi icraat qaydasında baxıla bilməz. Eyni zamanda, ərizəçiyə izah edilir ki, o, mirasın bölgüsündən narazı olduğu təqdirdə miras payın ayrılması barədə ümumi əsaslarla iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinin tələbinə görə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontoru, Maraqlı şəxs3 Yaqub qızı, Maraqlı şəxs4 Yaqub oğlu və Maraqlı şəxs2 olmaqla mirasın qəbul edilməsinə dair ötürülmüş müddətin bərpası və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, mirasın bölgüsündən narazı olduğu təqdirdə miras payın ayrılması tələbi ilə ümumi əsaslarla iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan, onun surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2669/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2669/2025
30.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver