Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2671/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X3 iclas katibliyi Ərizəçi və Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin ölmüş elan edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin ölmüş elan edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 20.03.*94*-ci il təvəllüdlü Ağsu rayonu, Cavanşir kəndində doğulmuş və *993-cü il tarixdən xəbərsiz itkin düşmüş və ya ölmüş X* ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, həyat yoldaşı X4 20.03.*94*-cü il tarixdə Ağsu rayonu, Cavanşir kəndində anadan olmuş və *6.0*.*976-cı il tarixdə onunla evlənərək nikahlarını rəsmiləşdirmişdir. Birgə nikahdan 4 uşaqları var. Onlar ailə qurduqdan sonra Bakı şəhərində kirayə yaşayaraq işləməyə başlamışlar. *986-cı ildə Nizami rayon İcra Hakimiyyəti onlara, yəni həyat yoldaşı X* adına ailəsi 6 nəfərdən ibarət olduğu üçün 4 otaqlı ev verilmişdir. Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 20B ünvanında yerləşən *** nömrəli mənzilə köçmüşlər. Həmin il həyat yoldaşı Rəhimov Mirzəağa müqavilə bağlayaraq Rusiya Federasiyasının Komi Vilayətinin İnta şəhərində sürücü işləmək üçün getmişdir. Həyat yoldaşı həmin ölkədə işləmiş və ona pul göndərmişdir. *986-cı ildə həyat yoldaşı Rusiya Federasiyasına getdikdən sonra 2 dəfə Azərbaycana gəlmiş, sonuncu dəfə *993-cü ilin avqust ayında qızının toyunda iştirak etmiş və bir daha qayıtmamışdır. Bir müddət həyat yoldaşı ilə məktublaşsa da, sonradan bu məktubların arası kəsilmişdir. *998-ci il tarixdə İmişli rayonundan olan Nəbi adlı şəxs həyat yoldaşının tanışı olaraq ona yaxınlaşmış və Mirzəağanın göz əməliyyatı zamanı vəfat etdiyini söyləmişdir. O, dərhal Mirzəağaya məktub yazmış, ardınca teleqram vurmuşdur. Lakin, ünvan sökülüb qeydi ilə məktub geri qayıtmışdır. O, 4 uşağını saxlayıb böyütmüş, amma həyat yoldaşı barəsində 32 ildir ki, məlumat ala bilməmiş və sənəd əldə edə bilməmişdir. Bu müddət ərzində həyat yoldaşından bir məktub, xəbər ala bilməmişdir. Hazırda uşaqlara və yaxud ona yoldaşı barədə ölüm haqqında şəhadətnamə lazım olsa da, əldə edə bilmir. Həyat yoldaşı X2 *998-ci ildən etibarən heç bir yerdə görən olmamışdır. *998-ci ildən 2000-ci il tarixinədək bütün qohumlar onu mümkün olan yerlərdən soruşub axtarmış, lakin həmin tarixədək tapılmadığı üçün 2024-cü ildə onun rəsmi qurumlar tərəfindən axtarılıb tapılması məqsədi ilə aidiyyəti orqanlara – Ağsu rayon Cavanşir kənd nümayəndəliyinə və Ağsu rayon Polis şöbəsinə, həmçinin Suraxanı rayon 30-cu Polis Bölməsinə rəsmi ərizə ilə müraciət etmiş, lakin təəssüf ki, onun axtarışları bu günə kimi heç bir nəticə verməmişdir. Suraxanı rayon qeydiyyat şöbəsinə ünvanladığı 0*.04.2025-ci il tarixli ərizə ilə bildirmişdir ki, həyat yoldaşının ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinə baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. Ağsu rayon İcra Hakimiyyəti başçısının Cavanşir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli cavabında deyilir ki, hal-hazırda Cavanşir kəndi yoxdur və ora məhəllə olub. Uzun müddətdir ki, onun X* özü və harada yaşaması barədə kənd icra nümayəndəliyi heç bir məlumat əldə edə bilməmişdir. AR Sərhəd Xidmətinə sorğu ilə müraciət də etmişdir. AR DİN BPQMİ-nin Maps üzrə məlumat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışında həyat yoldaşı barədə məlumatın olmadığı qeyd olunmuşdur. Məhz bu səbəbdən həyat yoldaşının ölmüş elan edilməsi barədə qətnamə qət edilməsi zəruridir.
Ərizənin dəqiqləşdirilməsi.
3. Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 20.03.*94*-ci il tarixdə Ağsu rayonu, Cavanşir kəndində doğulmuş və *993-cü il tarixdən heç bir xəbər alınmamış X* ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə baxış iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə baxış iclasında ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Şahid ifadələri.
7. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Bacısının ərinin adı X4 olmuşdur. Bacısının yoldaşı *986-cı il tarixdə işləmək adı ilə Rusiya Federasiyasına getmiş, bacısı dörd uşağı ilə birlikdə tək qalmışdır. Bacısı uşaqlarına tək baxmış və onları tək böyütmüşdür. Bacısının yoldaşı sonuncu dəfə *993-cü il tarixdə qızının Ağsu rayonunda keçirilən toy mərasimində iştirak etmək üçün gəlmiş və sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. Mirzəağanın RF-da gözündən əməliyyat olunan zaman vəfat etdiyini onlara onun Rusiyada yaşayan və Mirzəağa ilə dostluq edən Nəbi adlı şəxs xəbər vermişdir.
8. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X*3 ifadəsində bildirdi ki, Ərizəçi onun 43 ildir ki, qonşusudur. Sonanın ərinin adı Mirzəağa olmuşdur. Mirzəağa Rusiyaya işləmək üçün getmiş və sonuncu dəfə qızının toyunda iştirak etmək üçün gəlmişdir. Sonradan eşitmişdir ki, Mirzəağa Rusiyada vəfat edib. Mirzəağanın vəfatı ilə bağlı yas mərasimi keçirilmiş və o, həmin mərasimdə iştirak etmişdir.
9. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. O, *993-cü il tarixdə Hövsan qəsəbəsi ərazisində kirayə yaşamış, *995-ci il tarixdə həmin, yəni ərizəçinin yaşadığı binadan ev almışdır. O, ərizəçinin yoldaşı Mirzəağa Rəhimovun yalnız bir dəfə, qızının toyunda görmüşdür. Mirzəağa Rəhimov qızının toyundan sonra yenidən işləmək üçün Rusiya Federasiyasına getmişdir. Sonradan Sona xanım ona demişdir ki, həyat yoldaşı sol gözündən əməliyyat olmuş və bundan sonra vəfat etmişdir. Bu xəbəri aldıqdan sonra Sona xanım Rusiya Federasiyasına həyat yoldaşının yaşadığı ünvana əvvəlcə teleqram vurmuş, ardınca məktub göndərmişdir. Lakin, ərizəçinin məktubu bu ünvan sökülüb qeydi ilə geri qayıtmışdır. Ərizəçi *999-cu ildə mərhum həyat yoldaşının yas mərasimi ilə bağlı ehsan vermişdir. Yas mərasimində qonşular, qohumlar iştirak etmişdir. *0. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi onun üzbəüz qonşusu olmuşdur. Belə ki, o, ərizəçinin də yaşadığı binaya *993-cü il tarixdə köçmüşdür. Onlar həmin binaya köçən zaman ərizəçi və onun ailəsi həmin ünvanda yaşayırdılar. Ərizəçi və onun yoldaşı Rəhimov Mirzəağanın dörd uşaqları olmuş, Rəhimov Mirzəağa işləmək üçün Rusiyaya getmişdir. Onun özü *994 – *998-ci il tarixləri arasında hərbi xidmətdə olmuşdur. Əsgərlikdən qayıtdıqdan bir müddət sonra Mirzəağa Rəhimovun vəfat etdiyini eşitmişdir. Təxminən yeni il ərəfəsində Mirzəağa Rəhimova yas mərasimi təşkil edilmiş və onun özü də həmin mərasimdə iştirak etmişdir. Mirzəağa Rəhimovun vəfatının məhz göz əməliyyatı zamanı baş verdiyini eşitmişdir.
İş materialları.
**. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X8 tərəfindən *6.03.2025-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 20B, mənzil *** ünvanında yaşayan vətəndaş Ərizəçi DİN-in *02 “Xidməti-Zəng” mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. *2. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən *8.06.2025-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, 20.03.*94*-ci il təvəllüdlü X* dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. *3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə məlumat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, vətəndaş X4 barəsində heç bir məlumat aşkar edilməmişdir. *4. Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) qeydiyyat şöbəsi tərəfindən *6.0*.*976-cı il tarixdə verilmiş İ-JQ seriyalı, 349472 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 və X*0 arasında *6.0*.*976-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə *9 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Rəhimova soyadı verilmişdir. *5. Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən 28.03.*956-cı il tarixdə verilmiş İ-İE seriyalı, 070957 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 20.03.*94*-ci il tarixdə Ağsu rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28.03.*956-cı il tarixdə 9* nömrə ilə qeyd edilmişdir.
İşin faktiki halları.
*6. Ölmüş elan edilməsi məhkəmədən xahiş edilən şəxs – 20.03.*94*-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, ərizəçi ilə aralarında *6.0*.*976-cı il tarixdə rəsmi nikah bağlanmış və əmək fəaliyyəti ilə məşğul olmaq üçün Rusiya Federasiyasına getmişdir. Tətbiq edilən hüquq.
*7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 4*. Fiziki şəxsin ölmüş elan edilməsi. 4*.*. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 4*.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 4*.4. Bu Məcəllənin 4*.* və 4*.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
*8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.*. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.*.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında. Maddə 3*2. Ərizənin verilməsi. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 3*3. Ərizənin məzmunu. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Maddə 3*4. Ərizə verildikdən sonra hakimin hərəkətləri. 3*4.*. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Maddə 3*5. Məhkəmənin ərizə üzrə qətnaməsi. 3*5.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.
Məhkəmənin mövqeyi.
*9. İşin faktiki hallarından görünür ki, ölmüş elan edilməsi məhkəmədən xahiş edilən şəxs – 20.03.*94*-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, ərizəçi ilə aralarında *6.0*.*976-cı il tarixdə rəsmi nikah bağlanmış və əmək fəaliyyəti ilə məşğul olmaq üçün Rusiya Federasiyasına getmişdir. Məhkəmə baxış iclasında dindirilmiş şahid ifadələrinə əsasən, ərizəçinin əri X*2 Federasiyasında keçirdiyi tibbi əməliyyatdan sonra vəfat etdiyi müəyyən olunmuşdur. *998-ci il tarixdə Ərizəçi əri Mirzəağa Rəhimovun ölüm xəbəri gəlmiş və *999-cu il tarixdə Bakı şəhərində ərizəçinin ərinin ölümü ilə bağlı yas mərasimi təşkil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*.*-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi, ölmüş elan edilməsi xahiş edilən şəxs – Rəhimov Mirzəağa barədə ailə üzvləri ilə birlikdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 20B, mənzil *** ünvanında onun harada olması barədə beş ildən artıq müddətə məlumat əldə edilməsi mümkün olmamışdır.
20. Belə olan halda məhkəmə hesab edir ki, X* ölmüş elan edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcuddur. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4*.*-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa ... o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Belə olan halda, ərizə təmin edilməli, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4*.3-cü maddəsinə əsasən, bu məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün X* ölüm günü hesab edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
2*. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 20.03.*94*-ci il təvəllüdlü X4 ölmüş elan edilməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 20.03.*94*-ci il təvəllüdlü X4 ölmüş elan edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi gün X* ölüm günü hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.