Məhkəmə qərarları › İş №2(010)-2697/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2697/2021

25.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2697/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair ilkin və Cavabdeh İddiaçı qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin 18 saylı mənzilindən Cavabdeh məxsus olan əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ayaqqabı və paltar asmaq üçün şkaf - qiyməti -1500 manat, qab-qacaq servisi (madonna) : Dəstə daxildir : 12 ədəd nimçə, 12 ədəd nəlbəki, 12 ədəd çaşka, 2 ədəd Rusiya istehsalı olan çaydan) qiyməti - 5000 manat, 24 ədəd Bohema rümkalar qiyməti - 800 manat, 3 ədəd Bohem dolça və 6 ədəd kiçik dolça- qiyməti-600 manat, Karaca İnci yemək dəsti (62 əşyadan ibarət və 12 nəfərlik) - qiyməti-2500 manat, 24 ədəd kasa, 24 ədəd aş nimçəsi, 24 ədəd qovurma nimçəsi, 24 ədəd şor nimçəsi, 6 ədəd bulud nimçəsi - qiyməti -300 manat, 2 ədəd qənd qabı, 1 ədəd güldan - qiyməti - 150 manat, 3 ədəd Bohema su dəsti - qiyməti - 1500 manat, mətbəx üçün 4 ədəd çay dəsti - qiyməti - 200 manat, 3 ədəd pakrıval - qiyməti- 1050 manat, 7 ədəd yataq dəsti ( pastel) - qiyməti-560 manat, 3 ədəd çilçıraq - qiyməti - 900 manat, 4 ədəd xalça- qiyməti 800 manat, 750 əyarlı, 24 qram, İtaliya istehsalı, 1 ədəd kolye, boyunbağı brilliant -qiyməti - 3000 manat, 585 əyarlı, Rusiya istehsalı, “Traktor” naxışlı sep və qolbağ dəsti - qiyməti -2400 manat, 585 əyarlı, Rusiya istehsalı,brilliant qaşlı, sırğa və üzük dəsti - 3500 manat, 585 əyarlı, 30 qram, Rusiya istehsalı, 3 brilliant qaşlı nişan üzüyü - 2500 manat, 750 əyarlı, İtaliya istehsalı, brilliant qaşlı nişan üzüyü - qiyməti - 1200 manat, anasının hədiyyə verdiyi qızıl dəsti : 750 əyarlı, İtaliya istehsalı, naxışlı sep və qolbağ - qiyməti - 1500 manat, 750 əyarlı, İtaliya istehsalı sırğa- qiyməti - 450 manat, 750 əyarlı, İtaliya istehsalı üzük- qiyməti - 250 manat, 750 əyarlı, İtaliya istehsalı, üzərində “Mehrac” adı olan qızıl qolbağ - qiyməti - 350 manat, “5”-lik adlanan qızıl pul - qiyməti- 240 manat olan cehiz və qızıl-zinət əşyalarının, qeyd edilən əşyalar olmadıqda cehiz və qızılzinət əşyaları olmadıqda onların dəyəri olan 31250 manat pulun, eyni zamanda 2 ədəd stulun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərkən qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin 18 saylı mənzili onun mülkiyyətindədir. Cavabdeh onun oğlu ilə 2010-cu ildə rəsmi nikaha girmiş və sonradan nikahları məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra cavabdehə məxsus cehiz əşyaları onun mülkiyyətində olan mənzildə qalmışdır. O cavabdehə özünə məxsus əşyaları gəlib aparmasını bildirsə də, cavabdehə məxsus əmlaklar hələ də onun mülkiyyətində olan mənzildə qalmaqdadır. O mülkiyyətçi kimi öz şəxsi mənzilindən sərbəst və lazımı qaydada istifadə edə bilməmişdir. Cavabdeh məxsus cehiz əşyaları aşaqdakılardır: bir ədəd stol, 4 ədəd stul, bir ədəd soyuducu, bir ədəd şirəçəkən maşın, bir ədəd duxovka(çörəkbişirən soba), mətbəx mebeli, bir ədəd paltaryuyan maşın, bir ədəd köhnə paltaryuyan maşın, yataq dəsti, bir ədəd qorka servant, bir ədəd divan və iki ədəd kreslodan ibarətdir. Buna görə də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin 18 saylı mənzilindən Cavabdeh məxsus əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qarşılıqlı iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh məxsus qab-qacaq və bəzi əşyalar həmin evdə qalmışdır. Lakin iddiaçı həmin əmlakların bəzilərini işlətmiş və həmin əmlakların bir hissəsi sınmışdır. Qızıl-zinət əşyalarına münasibətdə isə qeyd etmişdir ki, 2018-ci ildə toyda olarkən Cavabdeh qızılları taxmadığını görmüşdür. Bununla bağlı olaraq ondan soruşduqda o atası xəstə olduğundan onun müalicə olunması üçün qızılları valideynlərinə verdiyini bildirmişdir. Bundan başqa Cavabdeh 2019-cu ilin noyabr ayında mübahisə edərək evdən çıxıb getmişdir. Onlar arasında münasibətlər pis olduğundan qardaşı mənzilin açarının ona verilməsini xahiş etmişdir. Belə ki, onun qardaşının qızı Jalə Cavabdeh dayısı arvadıdır. O mənzilin açarını qardaşına təhvil vermiş və 2020-ci ildə Cavabdeh onun qardaşı qızı Jalə ilə mənzilə gəlmiş və özünə məxsus əmlakların bir qismini aparmışdır. İki ay ərzində mənzilin açarı onlarda qalmış və sonradan onun oğlu mənzilin açarlarını dəyişdirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını və qarşılıqlı iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək və qarşılıqlı iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, cavabdeh ona məxsus olan bütün cehiz və qızıl-zinət əşyalarını iddia ərizəsində qeyd etməmiş və digər əmlakları ona verməkdən imtina edir. Onda olan məlumata görə ona məxsus olan bəzi əşyalar isə ümumiyyətlə yararsız vəziyyədə salınıb. İddiaçı ona məxsus qızıl-zinət əşyalarını istədikdə isə o bildirmişdir ki, ona veriləcək qızılı yoxdur. İddiaçının ona qaytarmadığı əmlak aşağıdakılardır: ayaqqabı və paltar asmaq üçün şkaf - qiyməti -1500 manat, qab-qacaq servisi (madonna) : Dəstə daxildir : 12 ədəd nimçə, 12 ədəd nəlbəki, 12 ədəd çaşka, 2 ədəd Rusiya istehsalı olan çaydan) qiyməti - 5000 manat, 24 ədəd Bohema rümkalar qiyməti - 800 manat, 3 ədəd Bohem dolça və 6 ədəd kiçik dolça- qiyməti-600 manat, Karaca İnci yemək dəsti (62 əşyadan ibarət və 12 nəfərlik) - qiyməti-2500 manat, 24 ədəd kasa, 24 ədəd aş nimçəsi, 24 ədəd qovurma nimçəsi, 24 ədəd şor nimçəsi, 6 ədəd bulud nimçəsi - qiyməti -300 manat, 2 ədəd qənd qabı, 1 ədəd güldan - qiyməti - 150 manat, 3 ədəd Bohema su dəsti - qiyməti - 1500 manat, mətbəx üçün 4 ədəd çay dəsti - qiyməti - 200 manat, 3 ədəd pakrıval - qiyməti- 1050 manat, 7 ədəd yataq dəsti ( pastel) - qiyməti-560 manat, 3 ədəd çilçıraq - qiyməti - 900 manat, 4 ədəd xalça- qiyməti 800 manat, 750 əyarlı, 24 qram, İtaliya istehsalı, 1 ədəd kolye, boyunbağı brilliant -qiyməti - 3000 manat, 585 əyarlı, Rusiya istehsalı, “Traktor” naxışlı sep və qolbağ dəsti - qiyməti -2400 manat, 585 əyarlı, Rusiya istehsalı,brilliant qaşlı, sırğa və üzük dəsti - 3500 manat, 585 əyarlı, 30 qram, Rusiya istehsalı, 3 brilliant qaşlı nişan üzüyü - 2500 manat, 750 əyarlı, İtaliya istehsalı, brilliant qaşlı nişan üzüyü qiyməti - 1200 manat, anasının hədiyyə verdiyi qızıl dəsti : 750 əyarlı, İtaliya istehsalı, naxışlı sep və qolbağ - qiyməti - 1500 manat, 750 əyarlı, İtaliya istehsalı sırğa- qiyməti - 450 manat, 750 əyarlı, İtaliya istehsalı üzük- qiyməti - 250 manat, 750 əyarlı, İtaliya istehsalı, üzərində “Mehrac” adı olan qızıl qolbağ - qiyməti - 350 manat, “5”-lik adlanan qızıl pul - qiyməti- 240 manat olan cehiz və qızıl-zinət əşyalarından ibarətdir. Ona hədiyyə edilmiş və yuxarıda adı və çeşidi qeyd edilmiş cehiz və qızıl-zinət əşyaları İddiaçı alınaraq ona verilməsi zəruridir. Qeyd olunanlara əsasən ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin olunmalı və qarşılıqlı iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 25.06.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin 18 saylı mənzilində Cavabdeh məxsus olan bir ədəd stol, dörd ədəd stul, bir ədəd soyuducu, bir ədəd şirəçəkən, bir ədəd duxovka, mətbəx mebeli, bir ədəd paltar yuyan, bir ədəd köhnə paltaryuyan, bir ədəd yataq dəsti, bir ədəd qorka servant, bir ədəd divan və iki ədəd kreslo, ayaqqabı və paltar asmaq üçün bir ədəd şkaf, qab-qacaq servisi beş ədəd nimçə, altı ədəd nəlbəki, beş ədəd çaşka, üç ədəd bogemia dolça, iki ədəd aş nimçəsi, on üç ədəd qovurma nimçəsi, on ədəd şor nimçəsi, altı ədəd bulud nimçəsi, iki ədəd qənd qabı, mətbəx üçün iki ədəd çay dəsti, bir ədəd çilçıraq, bir ədəd xalça, iki ədəd stul olan əmlaklar aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* saylı, 04.03.2011-ci il tarixli AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin 18 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X1 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Beləliklə, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz mənzilini geri tələb edə bilər. Belə ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etməkdir, həm də mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Araşdırılan mülki iş üzrə iddiaçı, yəni mülkiyyətçi cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam səlahiyyətlərini həyata keçirə bilmədiyindən, həmin şəxsin əmlaka müdaxiləsini aradan götürmək üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin 18 saylı mənzilinin mülkiyyətçisi olduğundan və mülkiyyətçinin qanunla qorunan hüquq və maraqlarına üçüncü şəxslərin müdaxiləsini aradan qaldırmaq üçün iddia tələbi təmin olunmalı və Cavabdeh məxsus olan bir ədəd stol, dörd ədəd stul, bir ədəd soyuducu, bir ədəd şirəçəkən, bir ədəd duxovka, mətbəx mebeli, bir ədəd paltar yuyan, bir ədəd köhnə paltaryuyan, bir ədəd yataq dəsti, bir ədəd qorka servant, bir ədəd divan və iki ədəd kreslodan ibarət əmlaklar İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin 18 saylı mənzilindən çıxarılmalıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, Cavabdeh məxsus olan və həmin mənzildə yerləşən ayaqqabı və paltar asmaq üçün 1 ədəd şkaf, qab-qacaq servisi 5 ədəd nimçə, 6 ədəd nəlbəki, 5 ədəd çaşka, 3 ədəd bogemia dolça, 2 ədəd aş nimçəsi, 13 ədəd qovurma nimçəsi, 10 ədəd şor nimçəsi, 6 ədəd bulud nimçəsi, 2 ədəd qənd qabı, mətbəx üçün 2 ədəd çay dəsti, 1 ədəd çilçıraq, 1 ədəd xalça, 2 ədəd stul əmlaklar İddiaçı alınaraq Cavabdeh qaytarılmalıdır. İddiaçı Cavabdeh iddia ərizəsində mübahisə predmetini təşkil edən qızıl-zinət əşyalarının və digər əşyaların cavabdehdə olmasını qeyd etsə də, bunun təsdiqi olaraq mötəbər sübutlar təqdim etməmişdir. Təqdim olunmuş foto şəkil isə həmin qızıl-zinət əşyalarının cavabdehdə olmasını deyil, yalnız mövcudluğunu təsdiq edə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfin təqdim etdiyi sübutlar mübahisə predmeti olan qızıl-zinət əşyalarının və digər əşyaların cavabdehdə olmasını təsdiq etmir və həmin sübutlar əsasında iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh məxsus olan bir ədəd stol, dörd ədəd stul, bir ədəd soyuducu, bir ədəd şirəçəkən, bir ədəd duxovka, mətbəx mebeli, bir ədəd paltar yuyan, bir ədəd köhnə paltaryuyan, bir ədəd yataq dəsti, bir ədəd qorka servant, bir ədəd divan və iki ədəd kreslodan ibarət əmlaklar İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi 31 saylı evin 18 saylı mənzilindən çıxarılsın. Qarşılıqlı iddia qismən təmin olunsun. İddiaçı ayaqqabı və paltar asmaq üçün 1 ədəd şkaf, qab-qacaq servisi: 5 ədəd nimçə, 6 ədəd nəlbəki, 5 ədəd çaşka, 3 ədəd bogemia dolça, 2 ədəd aş nimçəsi, 13 ədəd qovurma nimçəsi, 10 ədəd şor nimçəsi, 6 ədəd bulud nimçəsi, 2 ədəd qənd qabı, mətbəx üçün 2 ədəd çay dəsti, 1 ədəd çilçıraq, 1 ədəd xalça, 2 ədəd stul adda əmlaklar alınaraq Cavabdeh qaytarılsın. Qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar