Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-27/2022 21.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili X6, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması tələbinə dair mülki işə 21 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əşyaları ilə birlikdə, iddiaçıya məxsus olan və qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və yaşayış evinin cavabdehlərin hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili X15 iddia tələblərini onunla əsaslandırılmışdır ki, ünvan 1 1950-ci ildən iddiaçıya məxsusdur. Mənzilə dair 1950-ci ildə ev kitabı (domovaya kniqa) açılmışdır. Mənzildən çıxarılmasını xahiş etdiyi şəxslər isə təqribən 6 il öncə iddiaçıya müraciət edərək kirayə ev axtardıqlarını bildirmişlər. İddiaçılar isə cüzi məbləğ müqabilində (aylıq 50 manat) cavabdehlərin onların mənzilində qalmasını və eyni zamanda da evə baxmalarını xahiş etmişlər. Yəni cavabdehlər iddiaçının mənzilinə baxmaq şərti ilə mübahisəli mənzilə köçmüş, ev boş qalacaq. Bunun müqabilində isə hər ay 50 manat pul ödəyəcəklər. Lakin son hadisələrdən sonra bəlli oldu ki, cavabdehlərin məqsədi iddiaçılara məxsus olan mənzili mənimsəmək olub. Belə ki, 2019-cu ilin noyabr ayında mənzildə yanğın baş verdi və bundan sonra cavabdehlər bildirdilər ki, guya bu mənzil onlara məxsusdur və mənzildən çıxmayacaqlar. İddiaçılar onların bu hərəkətlərindən narazı qaldıqları üçün cavabdehlər barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Suraxanı rayonu 31 saylı polis bölməsinə müraciət etdilər. Əməllərinin qanunsuz olduğunu görən cavabdehlər polis bölməsinə gələrək həqiqətən də indiyədək mənzildə kirayə qalmalarını və 2020-ci ilin mart ayında mənzildən çıxacaqlarını bildirdilər və bu barədə izahat verdilər. Lakin cavabdehlərin sonrakı reaksiyası bunu göstərdi ki, onların mənzildən çıxmaq fikri yoxdur və maksimum dərəcədə mənzildən çıxmanı qərəzli və düşünülmüş şəkildə yubadırlar. Hal-hazırda cavabdehlərin iddiaçıya məxsus olan və qeydiyyatda olduqları evdən çıxmaması iddiaçıların əmlak hüquqlarını, həmin daşınmaz əmlakdan sərbəst şəkildə istifadə etmək imkanlarını məhdudlaşdırır. Bundan əlavə iddiaçının vəkili qeyd etmişdir ki, Cavabdeh1 İddiaçı1 bu evi alıb və ya onların arasında hər hansı bir alqı-satqı olmuşdur. Evin alınmasına dair heç bir alqı-satqı müqaviləsi yoxdur. Öz aralarında belə akt şəklində heç nə yoxdur. 31-ci Polis Bölməsində verdikləri izahatda da həmin evdə kirayə yaşadıqlarını qeyd etmişdirlər, bu evə görə kirayə haqqı ödədiklərini bildirmişdirlər. Kommunal ödənişləri isə adətən kirayə yaşayanlar ödəyir. Bələdiyyənin nümayəndəsi də səlahiyyətli bir şəxs kimi bildirmişdir ki, həmin sənədin heç bir hüquqi əsası yoxdur. Evin alınmasına dair heç bir sənəd, sübut yoxdur. Qazın, işığın, suyun Cavabdeh1 adına keçirilməsi məsələsini aydınlaşdırmaq üçün dəfələrlə tərəfindən, məhkəmə tərəfindən sorğu göndərilsə də, lakin həmin orqanlar tərəfindən bununla bağlı iddiaçılara hər hansı bir məlumat verilmədi, belə ki, nəyə əsasən hansı sənədlə cavabdeh öz adına rəsmiləşdirib. Təqdim etdikləri 2002-ci ilə aid olan aktdan və ev kitabından da görünür ki, Səlməxanım ailə qurandan sonra qonşular tərəfindən 2002-ci ildə qonşular özləri imza çəkiblər ki, ünvan 2 ünvanında Səlməxanım 1981-ci ildən yaşayır. Həmin hal ev kitabı ilə da təsdiq olunur. Bununla əlaqədar iddiaçı cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmalı və onlar özlərinə məxsus olan əşyaları ilə birlikdə iddiaçılara məxsus olan fərdi yaşayış evindən çıxarılmalı, ev isə cavabdehlərin hesabına boşaldılmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 verdiyi izahatında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 verdiyi izahatında iddianın təmin edilməsini xahiş edərək, həmçinin qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli mənzilin ayda 50 manat ödəmək şərti ilə kirayə vermiş bu barədə 2005-2006-cı illərdə razılığa gəliblər. Cavabdehlər ayba-ay kirayəni verirdilər, bəzən gecikmələr olmuşdur. 2019-cu ilin oktyabr ayında onlara evin boşaltmasını təmir üçün xahiş etsə də, cavabdehlər yalnız bir ay müddətində çıxmalarına söz vermişdirlər. Bundan sonra yanğın baş vermiş orda qalan pullarda oğurlanmış, FXN-nın istintaq qrupu araşdırsa da, nəticəsi olmamışdır. Cavabdehlər bundan sonra dedilər ki, mart ayında mənzili boşaldacaqlar. Lakin sonra dedilər ki, qalacaqlarına pul vermək şərti ilə çıxacaqlar. Məhkəmənin iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək verdiyi izahatında iddiaçının iddia ərizəsində istinad etdiyi maddələri əsassız hesab edərək, iddaçının mülkiyyətçi olmamasını qeyd etmiş, Cavabdeh1 20 il bundan qabaq artıq mübahisəli ünvanda yaşadığını, həmin mübahisəli evin 2000 manata iddiaçıdan aldığını, bütün kommunal ödənişlərin cavabdeh tərəfindən ödənildiyini bildirmişdir. İddiaçılar cavabdeh - Cavabdeh1 və qeyrilərinə qarşı təqdim etdikləri qeyd olunan iddia ərizəsidə AR Konstitusiyasının 12, 13, 29, 43, 60.1-ci, AR Mülki Məcəlləsinin 157.2, 157.4, 164.1 və 165.1-ci maddələrinə istinad edərək tələbini sübut etməyə cəhd etmişlər. Hesab edir ki, iddiaçılar - İddiaçı1, İddiaçı2 Nayib oğlu , İddiaçı3 və İddiaçı4 cavabdeh - Cavabdeh1 qarşı “cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması tələbinə dair” iddia ərizəsi aşağıdakı arqumentlərə görə əsassız və qanunsuzdur: əvvəla iddiaçılar - İddiaçı1, İddiaçı2 Nayib oğlu, İddiaçı3 və İddiaçı4 cavabdeh - Cavabdeh1 mübahisəli mənzildən çıxarılması və mənzilin boşaldılması tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olmalı və bu hüququ təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilməlidir. Hazırki iddia ərizəsinə əlavə edilmiş sənədlərə diqqət yetirdikdə, iddiaçıların belə bir subyektiv hüquqa malik olmalarını təsdiq edən sübutun olmadığı təsdiqlənir. Belə ki, iddiaçıların məhkəməyə təqdim etdikləri tarixi məlum olmayan “Ev kitabından” sözügedən yaşayış sahəsinin kimin istifadəsində olması məlum deyil və hazırda isə həmin yaşayış sahəsinin iddiaçıların isifadəsində olması faktı məlum sübutla təsdiqlənmir. Sovet dövründə olan idarəçilik ənənəsinə görə, daşınmaz əmlak kimin istifadəsindədirsə, həmin şəxsin adı, soyadı, atasının adı “Ev kitabı”nın titul vərəqəsində qeyd edilir və istifadəçi dəyişdikdə əvvəlki sahibin adı,soyadı, atasının adının üstündən xətt çəkməklə silinir , yeni sahibin adı, soyadı, habelə atasının adı qeyd edilir. Məhkəməyə təqdim edilmiş “Ev kitabı”nın titul vərəqəsində isə heç kimin adı, soyadı və atasının adı qeyd edilməmişdir. İddiaçı - İddiaçı1 məhkəməyə təqdim etdiyi 723-05/15 saylı xx.xx.2020ci il tarixli nikah haqqında arayış onun məlum daşınmaz əmlakın sahibi və ya istifadəçisi olması faktını təsdiq etmir. İddiaçı-İddiaçı1 məhkəməyə qonşuların adından tərtib edilmiş xx.xx.2002-ci il tarixli akt təqdim etmiş və həmin akt iddiaçının xx.xx.2002-ci il tarixə kimi məlum yaşayış sahəsində yaşaması faktını təsdiq edir. Qeyd edilməlidir ki, məlum akt məhkəmə araşdırması zamanı təsdiq edilməmiş, aktı təsdiq edən qonşular məhkəmədə dindirilməmiş, bu əsasdan həmin akt hazırki mülki mübahisənin həllində sübut kimi qiymətləndirilə bilməz. İddiaçı - İddiaçı1 məhkəməyə təqdim etdiyi digər sübut Suraxanı RPİ-nin 31 saylı PB-ə cavabdeh - Cavabdeh1 verdiyi tarixi məlum olmayan izahatıdır. Bu sübutla bağlı cavabdeh-Cavabdeh1 məhkəməyə verdiyi izahatında bildirdi ki, polis bölməsində onun adından yazılmış ifadələr yanlışdır və təhrif edilmişdir. O, məhkəmədə verdiyi izahatında təsdiq etdi ki, məlum yaşayış sahəsində 2000-2004-cü illər ərzində hər ay 70 manat ödəməklə kirayənişin qismində yaşamış, 2004-cü ildə idddiaçıya ümumilikdə 2 100 manat pul müqabilində öz aralarında qonşuların iştirakı ilə alqı-satqı etmişdir. Məlum evin sənədi olmadığı üçün bu alqı-satqı notarial qaydada rəsmiləşdirilməmişdir. 2-si, AR Konstitusiyasının 12, 13, 29, 43, 60.1-ci, AR Mülki Məcəlləsinin 157.2, 157.4, 164.1 və 165.1-ci maddələrinin tələblərini nəzərə alaraq, hər iki tərəf üçün eyni hüquq və vəzifələr yaradan normalara istinad edərək, iddianın təmin edilməsi barədə iddiaçıların tələbi qanunsuzdur. Bundan əlavə, iddiaçılar məlum yaşayış sahəsi ilə bağlı qanunla qorunan hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə hər hansı sübut təqdim etməmişlər, hərçəndki bu onların vəzifəsidir. 3-cü, iddiaçılar iddia ərizələrində qeyd edirlər ki, güya məlum yaşayış sahəsini 6 il öncə cavabdehlərə hər ay 50 (əlli) manat ödəmək şərtilə kirayənişin qismində yaşamağa vermişlər, lakin bu faktı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişlər. İddiaçılar bu hüquqi normanın tələbini pozaraq, məlum faktla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. 4-cü, iddiaçı-İddiaçı1 təxminən 20 il bundan əvvəl ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki yaşadıqları hissəsini 2 100 (iki min yüz) manata satmış və bu faktı bütün qonşular təsdiq edir. Bu faktları təsdiq etmək üçün qonşulardan-X5, X3, Çinarə Həsənova və Hicran Dadaşova hazırki mülki işin məhkəmə baxışında şahid qismində dindirilmiş və həmin şahidlər ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evin cavabdeh - Cavabdeh1 yaşadığı hissəsində 2000-2004-cü illər ərzində kirayənişin qismində yaşamış və 2004-cü ildən isə öz aralarında qarşılıqlı razılığa əsasən, iddiaçının işığa olan 600 manat borcu ödəmək şərti ilə 1500 manata almışdır. 5-ci, Bakı şəhəri, Suraxanı rayonu X9 təqdim etdiyi Cavabdeh1 70 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən, faktiki yaşadığı yaşayış sahəsinə görə 2010-2020-ci illər üçün torpaq və əmlak borcu yoxdur. Mülki işin məhkəmə baxışında Suraxanı rayonu X9 sədri Fikrət Quliyev şahid qismində dindirilmiş və o, məhkəmədə verdiyi izahatı ilə təsdiq etdi ki, bələdiyyə sədri seçilənə kimi cavabdeh - Cavabdeh1 qeyd edilən ünvanda yerləşən fərdi yaşayış sahəsinin ailə üzvləri ilə birlikdə yaşadığı hissəsinin istifadəçisi olması faktı müəyyən edilmiş və “Fiziki və Hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair” hesabat cədvəli yalnız daşınmaz əmlakın istifadəçilərinə təqdim edilir, habelə torpaq və yaşayış sahəsinin istifadəçilərindən əmlak və torpaq vergisi alınır. "xxxx" MMC-nin təqdim etdiyi “Fiziki və Hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair” 2020-ci il tarixli Hesabat Cədvəlinə əsasən , Bakı şəhəri , Suraxanı rayonu, 2-ci Mədən küçəsində yerləşən ümumi sahəsi 74.8 m² olan 2 otaqlı fərdi yaşayış evi Cavabdeh1 istifadəsindədir. “Azəriqaz” İB ilə bağlanmış AKX-02058xx/xx-2020 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh1 faktiki yaşayış yeri üzrə qaz istifadəçisi olması faktı təsdiqlənir. "xxxx" ASC-Suraxanı ESİ-nin təqdim etdiyi arayışlara əsasən elektrik enerjisinin istifadəsinə görə bütün ödənişləri iddiaçı-İddiaçı1 adından Cavabdeh1 həyata keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarın hüquqi mövqeyinə əsasən, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir." Yuxarıda qeyd edilən faktları nəzərə alaraq, AR Konstitusiyasının 12, 13, 29, 43, 60.1-ci, AR Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı, AR Mülki Məcəllənin 157.2 , 157.4 , 164.1 və 165.1-ci maddələrinə əsasən , AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, iddiaçılar İddiaçı1, İddiaçı2 Nayib oğlu, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 qarşı "cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 öz izatanıda iddianın qəbul edilməməsini bildirməklə, hər ay 50 manat verdiyini, həmin həyətdə olan evin digər hiəəsində kirayəşin kimi yaşadığını qeyd etmişdir. Müstəqil tələb irəli sürməyən üçün şəxs Suraxanı Rayon X9 sədri X12 öz izahatında göstərmişdir ki, cavabdeh tərəfindən verilən sənəd yalnız Cavabdeh1 evin hal-hazırda sahibliyində olduğunu, qeydiyyatda olduğunu təsdiq edir, vergiyə cəlb olunmaları üçün verilən bir sənəddir. Həmin sənədi evin sahibi kimi çıxış edən bir şəxsə verirlər. O sənəd evin qeydə alınması barədə bir sənəddir. Vergi almaq üçün Elmira özü bələdiyyə nümayəndəsini və “RR group”-u çağırıb özünü evin sahibi kimi təqdim etmişdir. Əmlak komitəsi arayış istəyir borcların qalıb qalmamağına dair. Vergi müfəttişi ya Mahir ya Nazim idi. Bələdiyyə üçün yalnız vergilərin tutulması vacibdir. Həmin ev sənədsiz ev kimi qeydiyyata alınıb. Həmin evdə yaşayış varsa vergilərin tutulması bələdiyyəyə maraqlıdır. Evdə kimlər qeydiyyatda olduqları barədə məlumatları olmamışdır. Cavabdeh1 həmin evin həqiqətən də sahib olduğu barədə məlumat yoxdur. Həmin sənədin hüquqi qüvvəsi yoxdur. Evin harada olduğunu bilmir. İddiaçının bildiyi qədər ilə ev bir neçə hissədən ibarətdir. Cavabdeh1 həmişə o ünvanda yaşamış, əmlak vergisi kirayənişindən əmlak vergiyi alınır. Əslində kirayənişinə həmin sənəd verilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında göstərmişdir ki, cavabdehin qızı bacısının gəlinidir. Özü orada 1998-ci ildən yaşayır. Evi Səlməxanımdan almışdır. Onda köhnə sənəd var, orada Səlməxanımın imzası və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi var. Səlməxanımın evi yananda yanğınsöndürəni o çağırmışdır. O gündən başladı davaya. O vaxtı Elmira ilə heç qohum deyildir. Cavabdeh1 2000-2001-ci ildən köçdü, iddiaçılara kirayəşin kimi ayda 70 manata, 2004-cü ildə “Səlməxanım dedi ki, evi satır”. 2000-ci ilin dekabrnda Elmira köçdü Səlməxanımın evinə, 4 ildən sonra “Səlməxanım dedi ki, evi satıram”. Bacısının oğlu da o biri tərəfdə kirayə qalırdı, 30 manata vermişdir, sonra dedi ki, “Elxan səndən pul almıram, qal həyətimə bax”. Evi satanda 2004-cü il tarixdə Cavabdeh1 iddiaçıya 1500 manat pul vermiş, evi satanda müqavilə bağlamamış, Səlməxanımın da 800 manat işığa borcu var idi. Ev özü Əminənin idi. Elxanla Arzu evdən köçüblər. Elxan bacının oğludur və Arzunun yoldaşıdır. Pul onun yanında verilib, görmüşdür. Orada ondan başqa kirayəşini olub Hicran, Məlahət, gəlini var idi qardaşı arvadı Nuranə, 2000 deyilmişdi, 1500 manat verilib, sonra da 600 manat da işığa görə verib onun yanında, 200 manat da Səlməxanım özü verib işığın borcuna görə, qazı da Elmira özü çəkdirib. O ev Əminənin olub, Əminə isə Əliağanın yoldaşı olub, daha sonra Əminə rəhmətə getdi, Əliağa Səlməxanımla evləndi. Məhkəmə iclasında iştirak edən şahid Dadaşova Hicran Əliheydər qızı verdiyi izahatında göstərmişdir ki, Gülarənin bacısıdır, Elmira qohumudur, Elmira 2000-ci ildən orada kirayə qalıb. 2004-cü ildən Səlməxanımın həyətində kirayəşin kimi yaşamış, 2008- 2009-cu ildə ordan çıxmış, 5 ilə kimi qalmışdır onun həyətində, 2004-cü ildə Elmira 1500 manata aldı evi Səlməxanımdan. Elmira evi almaq üçün pul axtarırdı. Arzu o biri həyətdə yaşayırdı. Pul Elmiranın evində verilib. O da orada idi. Səlməxanım evi artıq satışa qoymuşdu, sonra o gəldi ora, pul Cavabdeh1 evində verilmiş, Səlməxanımgilin evinin arxasında bacısı yaşayırdı. Pulu verəndə Nuranə də var idi, Gülarə və Məlahət də iştirak edirdilər. Pulu verəndə gördü, amma sənəd yox idi. 1500 manat pul verdi, amma dedi ki, “hər ay 50-70 manat verərsən”. Səlməxanım o həyəti 10 000 manata satırdı, ayda dedi ki, “50-70 manat verərsən”. Elmira özü kirayədə qaldığı evi aldı. 1 otaqlı ev alıb sonra özü şüşəbənd tikdirdi. 2001-ci ildən özü gəldi Ofeliyanın həyətinə. Elmira orada kirayədə qalırdı. Bacısıgilə gələndə Elmiranın orada kirayədə qaldığını görmüşdür. Elmira 2000-ci ildə Ofeliyanın həyətində qalırdı, sonra çıxdı oradan gəldi Səlməxanımın həyətinə. Neçə dəfə Elmiragilə gələndə kirayə pulunu verdiyini görmüşdür. Məhkəmə iclasında iştirak edən şahid X7 verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 ilə qonşudur, 2001-ci ildə köçmüş ora, 2001-ci ildə o evə köçəndə görmüşdü ki, Elmira xala Səlməxanımgilin evində qalır. Cavabdeh1 2004-cü ildə qonşu Telman dayıdan 1500 manat götürüb Səlməxanıma vermişdi. Onda bildi ki, həmin evi 1500 manata Elmira almışdır. Evinin ünvanı ünvan 5 Onlardan başqa qonşular da var idi. Məlahət, Gülarə, Nailə, Telman dayı, onun yoldaşı var idi. Məhkəmə iclasında iştirak edən şahid X4 verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 qonşusudur. Cavabdeh1 2000-ci ildən gəlib, 2004-cü ildə qaynaytasından Səlməxanımdan ev almaq üçün pul götürmüşdür. Onlardan eşitdikləri pul haqq-hesabıdır. Evin ünvanı ünvan 6n Polis İdarəsinin 31-ci Polis Bölməsinin 11 avqust 2021-ci il tarixli məktubu ilə müşayiət edilmiş materiallarda olan İddiaçı1 Əliəsgər qızının 26 dekabr 2019cu il tarixli ərizəsinə əsasən İddiaçı1 həyətindəki evinin bir hissəsini Elmira və onun ailəsinə yaşamağa icazə vermiş, xx.xx.2019-cu il tarixdə evində yanğın olmuş, hal-hazırda evində təmir işlərini aparılmasını istəyir, yalnız qeyd etidyi şəxslər evindən könüllü çıxmır. Həmin şəxslərin çıxarılmasına köməklik edilməsini xahiş etmişdir. Bundan əlavə ərizəsi əsasında alınmış Cavabdeh1 izahatına əsasən, o, 2000-ci ildə həmin həyətdə yaşayır, 5 il 70 manat ödəmiş, 2000-ci ildən sonra 50 manat vermiş, evin heç bir sənədi yoxdur, vergi və torpaq pulunu hər il özü ödəmiş, işıq, qazı, özü öz vəsaiti ilə çəkmiş, işığa 800 manat çəkmişdir. Qaldığı evin S.Muxatvoaya heç bir aidiyyəti yoxdur. Cavabdeh3 Hetovna bildirmişdir ki, o 2000-ci ildən Suraxanı raynu Suraxanı qəsəbəsi, 2-ci mədən küçəsində Muxtarova Səlməxanum deyilən qadının evində kirayə yaşayırdı. Evə köçəndə ev yararsız vəziyyətdə idi, anası və atası həmi evi qazı, işıq suyu çəkdirdilər. Hər ay Səlməxanıma kirayə haqqı ödəmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15 iyul 2020-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanında yerləşən mənzilin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. ünvan 1 ünvana dair ev dəftərində (domovaya kniqa) qeyd olunur ki, xx xxxx 1952-ci il təvəllüdlü İddiaçı1 qeyd olunan ünvanda 25 iyun 1981-ci i tarixdən qeydiyyatdadır, 10 yanvar 1970-ci il təvəllüdlü İddiaçı2 Naib oğlu 05 iyul 2007-ci il tarixdən qeydiyyatdadır. 1931-ci il təvəllüdlü X19 18 avqust 1952-ci ildən qeydiyyatdadır. X22 həmin kitabda qeydiyyatı qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2020-ci il tarixli 723-05/15 saylı arayışa əsasən X10 və İddiaçı1 nikahı haqqında xx.xx.1981-ci il tarixli 161 saylı akt tərtib edilmişdir. Nikahın qeydə alındığı yer: Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsidir. Nikah bağlandıdan sonra ərə Nəsirov, arvada Muxtarova soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 23 noyabr 2000-ci il tarixli 816 saylı ölüm akt qeydinə əsasən Nəsirov Ə.Ə. vəfat etmişdir. X8 və X16 nikahı haqqında 29 aprel 1952-ci il tarixdə 237 saylı akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Bakı şəhəri Suraxan rayonu qeydiyyat şöbəsi. Nikah bağlandıqdan soqra ərə: Nəsirov, arvada: Nəsirova soyadı verilmişdir. Hüquqi məsələlər: İddiaçı mübahisəli evdən çıxarılma tələbi irəli sürmüşdür. Bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Barəsində mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, Mülki-Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərini nəzərə almadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. Belə ki, həmin maddənin tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bundan başqa, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli, 352 saylı Fərmanı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə yaşaması mənzilin mülkiyyətçisi olan İddiaçı1 mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər iki tərəfin izahatına, şahidlərin ifadələrinə əsasən müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci mədən küçəsi, 37 saylı evə dair iddiaçının mülkiyyət hüququ rəsmiləşdirməsə də, həmin evə aid olan ev dəftərində həmin ünvanda İddiaçı1, İddiaçı2 qeydiyyatdadır. Mübahisəli evdə həmçinin qeydiyyatda İddiaçı1 Ələskər qızının mərhum əri X8 və X11 birinci arvadı X25 qeyd edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, X8 və X16 nikaha 29 aprel 1952-ci il tarixdə daxil olmuş, X10 və İddiaçı1 nikahı xx.xx.1981-ci il tarixdə bağlanmışlar. Eyni zamanda məhkəmə araşdırılması mərhəlləsində müəyyən edilmişdir ki, mübahisənin predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 37 saylı evdə əvvəl İddiaçı1 Əliəsgər qızının əri X2 və onun birinci arvadının Əminə Nəsirovanın yaşadığı, sonradan X2 İddiaçı1 ilə nikaha daxil olmaqla ailə qurması ilə əlaqədar İddiaçı1 həmin ünvanda yaşaması və ev kitabında bu barədə qeydiyyatı olması, Cavabdeh1 mübahisəli evə yalnız 2000-ci il tarixdən yaşamışdır. İddiaçı1 evə dair üzərində mülkiyyət hüququ qeydə alınmasa da, Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar məzmunlu iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarını (Akimova Azərbaycana qarşı) order və icarə müqaviləsi əsasında dövlət mülkiyyətində olan mənzilə yaranan hüququn müdafiəsini mülkiyyət hüququnun müdafiəsinə bərabər tutmaq məsələsində məhkəmə presedent kimi qəbul edir. Həmin qərarın müvafiq bəndlərində məhkəmə müəyyən etmişdir ki, “39. ... Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Cavabdeh1 mübahisəli evdə yaşamaq, istifadə etmək üçün hər hansı hüquqi əsasların mövcud olub-olmağıını yoxlayarkən, müəyyən etmişdir ki, mübahisəli evdə yaşaması Azərbaycan Respublikası Mülki Məcəllənin kirayə münasibətlərini tənzimləyən qanun normalarına uyğun olaraq rəsmiləşdirilməmiş, o cümlədən mübahisəli evə dair kirayə müqaviləsi qanunda nəzərdə tutulmuş qaydada bağlanmamış, mübahisəli evlə bağlı kirayə münasibətlərinin yaranması qeydə alınmamış, həmin hal da ümumiyyətlə həmin münasibətlərin yaranmamasına, o cümlədən mübahisəli evdə Cavabdeh1 yaşamaq, həmin evdən istifadə hüququnun yaranmamasına dair qənaətə gəlmək imkan verir. Bundan əlavə Cavabdeh1 mübahisə predmeti Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci mədən küçəsi, 37 saylı evi İddiaçı1 şifahi aldığını bildirsə də, həmin münasibətlərin hər hansı hüquqi formasını aldığına, ümumiyyətlə həmin evə dair hər hansı alqı-satqı müqaviləsinin mövcud olması barədə hər hansı sübut təqdim etməmiş, ondan əlavə izahatında özü və nümayəndəsi bildirmişdir ki, mübahisəli evi heç bir müqavilə bağlanmadan, şifahi olaraq 1500 (min beş yüz) manata almışdır. Məhkəmə araşdırılma mərhəlləsi zamanı dindirilmiş şahidlərin ifadələri və alınmış tərəflərin izahatları, toplanmış materialları və yuxarıda qeyd olunan beynəlxaq və milli qanunvericiliyinin hüquq müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh X1 hər hansı qanuni əsas olmadan mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci mədən küçəsi, 37 saylı evində yaşamaqla istifadə etməsi İddiaçı1 mübahisənin predmeti olan evlə bağlı gələcək mülki hüquqlarını pozur. Məhkəmə hesab edir ki, İddiaçı1 mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də İddiaçı1 gözlənti mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, cavabdeh iddiaçının mənzilində hazırki dövrə qədər hüquqi əsas olmadan yaşamış, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilində yaşaması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. Qeyd edilənlərlə yanaşı məhkəmə həmçinin aşağıdakıları zəruri qeyd etməyi hesab edir ki, cavabdehin mübahisəli mənzilə dair hər hansı mülkiyyət hüquqlarının mövcud olub olmamasıməsələsinə qanunun analogiyası üzrə hal-hazırda qüvvədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri baxımından qiymət vermək lazımdır. Çünki, tərəflər arasında mübahisənin predmetinə dair münasibətlər 2000-ci ildə yaranıb. Məhkəmə hazırkı mübahisənin tənzimlənməsinə Azərbaycan Respblikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin analogiya üzrə tətbiqini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respblikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hər iki tərəfin izahatına, şahidlərin ifadələrinə əsasən iddiaçı mübahisəli evin mülkiyyətçisi olsaydı, cavabdehin mübahisəli evdən istifadə edilməsi ilə əlaqadər hüquq münasibətlərinin 01 sentyabr 2000-ci il tarixdən sonra yaranmasını, cavabdeh tərəfindən bu halı təkzib edən sübutların təqdim olunmamasını nəzərə alıb, belə bir qənaətə gəlir ki, cavabdehlərin mübahisəli evdən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Göründüyü kimi maddi normanın mənasına görə evə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmalıdır və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin işə baxılarkən cavabdehlə əlaqədar notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olması və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən olunmamışdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh1 ailə üzvlər ilə birlikdə mübahisə predmeti olan ünvan 1 saylı mənzilindən çıxarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci mədən küçəsi, 37 saylı mənzilindən çıxarılsın. Dövlət rüsumu qismində ödənilmiş 10 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-27/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-27/2022
21.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver