Məhkəmə qərarları › İş №2(010)-2720/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2720/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2720/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əşyaların sahibsiz elan edilərək, bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması ödənilmiş xidmət haqqının tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əşyaların sahibsiz elan edilərək, bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması ödənilmiş xidmət haqqının tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan əşyaların sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi, əşyaların müvəqqəti saxlanılması üçün Bank tərəfindən Yük Taksisi.AZ MMC şirkətinə 9720 manat məbləğində edilmiş aylıq ödənişlərin və həmin əşyalar sahibsiz elan edilərək İddiaçı ASCnin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək saxlanılması üçün ediləcək ödənişlərin, həmçinin daşınma xərcləri üçün 1920 manat məbləğində pulun və 125.22 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı “əşyaların sahibsiz elan edilərək, bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması ödənilmiş xidmət haqqının tutulması” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsillərinin geri qaytarılması və işin baxılmamış saxlanılması haqqında qərardan qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Təsvir olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əşyaların sahibsiz elan edilərək, bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması ödənilmiş xidmət haqqının tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əşyaların sahibsiz elan edilərək, bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması ödənilmiş xidmət haqqının tutulması” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar