Məhkəmə qərarları › İş №2(010)-2728/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2728/2024

30.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2728/2024 30.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Cavabdeh* qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 54 nömrəli, 2 otaqlı xidməti mənzildən Cavabdeh* çıxarılması və həmin mənzildən çıxarılan günədək mənzil üzrə kommunal xidmətlərə görə haqqın Cavabdeh* tərəfindən tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Əliyev X3 Hallar Nazirliyinin 22 dekabr 2008-ci il tarixli, 2*74/ş nömrəli əmri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Təchizat işinin təşkili idarəsinin ehtiyatların idarə olunması” şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Fövqəladə Hallar Nazirliyinin 9 fevral 20*7-ci il tarixli, *8/0*-002 nömrəli Qərarı əsasında Cavabdeh* Nazirliyə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən xidməti yaşayış sahəsində 54 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Fövqəladə Hallar Nazirliyinin *6 oktyabr 202*-ci il tarixli, *38*/ş nömrəli əmri ilə Cavabdeh* öz xahişi ilə *6.*0.202*-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh* Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 54 nömrəli 2 otaqlı xidməti yaşayış sahəsinin boşaldılması tələb edilmiş, lakin cavabdeh həmin yaşayış sahəsini boşaltmaqdan imtina etmiş və hal-hazırda həmin yaşayış sahəsində yaşamaqdadır. Fövqəladə Hallar Nazirliyinin 22 may 20*5-ci il tarixli, 048 nömrəli əmri ilə Nazirliyin sifarişi əsasında inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında yerləşən xidməti mənzillər üçün bina Nazirliyin balansına götürülmüşdür”. İddianın dəyişdirilməsi.

3. İddiaçının nümayəndəsi məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 54 nömrəli 2 otaqlı xidməti mənzildən Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 və X2 çıxarılması, həmin mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatı.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddianı qəbul etməyərək bildirdilər ki, onların yaşamağa başqa yeri yoxdur. Bu səbəbdən mənzildən çıxa bilməzlər. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər.

İş materialları.

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 22.*2.2008-ci il tarixli, 2*74/ş nömrəli əmrdən görünür ki, Cavabdeh* Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyin Təchizat işinin təşkili və infrastrukturunun inkişafı Baş İdarəsinin Təchizat işinin təşkili idarəsinin Ehtiyatların idarəolunma şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir.

7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 22.05.20*5-ci il tarixli, 048 nömrəli əmrdən görünür ki, Nazirliyin sifarişi ilə inşa edilmiş və istismara qəbul olunmuş yataqxana və xidməti mənzillər üçün nəzərdə tutulan binalar Nazirliyin balansına götürülmüşdür. Balansa götürülən binaların siyahısında Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi *07 ünvanında yerləşən bina da qeyd edilmişdir.

8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş *6.*0.*0*7ci il tarixli, *38*/ş nömrəli əmrdən görünür ki, Cavabdeh* Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərlə işin təşkili, layihələrin idarə olunması və təhsil məsələləri üzrə baş idarənin layihələrin idarə olunması və təhsil məsələləri üzrə sektorun baş məsləhətçisi vəzifəsindən öz xahişi ilə *6.*0.20*7-ci il tarixdə azad edilmişdir.

9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kollegiyası tərəfindən verilmiş 09.02.20*7-ci il tarixli, *8/0*-002 nömrəli qərardan görünür ki, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi *07 A və *07 B ünvanında yerləşən nazirliyə məxsus xidməti yaşayış sahələrində mənzillə təmin edilən şəxslərin siyahısında Nazirliyin “Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə olunması və təhsil məsələləri üzrə baş idarənin layihələrin idarə olunması və təhsil məsələləri üzrə sektor”un baş məsləhətçisi Cavabdeh* adı qeyd edilmişdir. *0. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh* ilə Cavabdeh2 arasında olan nikaha Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 357 sayla qeyd olunmuşdur.

İşin faktiki halları.

**. Cavabdeh* 22.*2.2008-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təchizat işinin təşkili və infrastrukturunun inkişafı Baş İdarəsinin Təchizat işinin təşkili idarəsinin Ehtiyatların idarəolunma şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. *2. Nazirliyin Kollegiyasının 09.02.20*7-ci il tarixli qərarı ilə Cavabdeh* xidməti yaşayış sahəsində mənzil (Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 A ünvanında yerləşən 54 nömrəli mənzil) ayrılması qərara alınmışdır. *3. Nazirliyin *6.*0.20*7-ci il tarixli əmri ilə Cavabdeh* *6.*0.20*7-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. *4. Cavabdeh2 Cavabdeh* keçmiş arvadıdır. Digər Cavabdeh3 onların yetkinlik yaşına çatmış, X4 isə yetkinlik yaşına çatmamış uşaqlarıdır. Onlarda hazırda Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 A ünvanında yerləşən 54 nömrəli mənzildə yaşayırlar.

Tətbiq edilən hüquq.

*5. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə *3. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

*6. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə *. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

*7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə *52. Mülkiyyət hüququnun anlayışı və məzmunu. *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. *52.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. *52.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. *52.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə *57. Mülkiyyətin müdafiəsi. *57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 329. Əqdlərin formaları. 329.*. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 35*. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 35*.*. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 35*.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

*8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

Maddə 9*. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri. 9*.*. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 9*.*.*. xidməti yaşayış sahələri. Maddə 92. Xidməti yaşayış sahələrinin təyinatı. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar. 98.*. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə *03. Xidməti yaşayış sahələrinin verilməsi. *03.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.

*9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*0-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”.

*.3. Yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. *.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 3.5. Aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.*. bu Qaydanın *.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

2*. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - *00 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.*4. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

22. İşin hallarından görünür ki, hazırda cavabdehlərin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 A ünvanında yerləşən 54 nömrəli mənzil Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin balansındadır. Cavabdeh* 22.*2.2008–*6.*0.20*7-ci il tarixləri arasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləmişdir. “Nazirliyin sistemində xidmət edən bəzi hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin xidməti yaşayış sahələri ilə təmin edilməsi haqqında” Nazirliyin Kollegiyasının 09.02.20*7-ci il tarixli qərarı ilə Cavabdeh* Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 A ünvanında yerləşən, Nazirliyə məxsus xidməti yaşayış sahəsində mənzillə təmin edilmişdir. Hazırda cavabdehlər həmin mənzildə yaşayır. İddiaçı Nazirlik isə cavabdehin 20*7-ci ildən vəzifədən azad edilməsini nəzərə alaraq, onların mənzildən çıxarılmasını tələb edir.

23. Göründüyü kimi, tərəflər arasında xüsusi təyinatlı (xidməti) yaşayış sahəsinin kirayə münasibətləri olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kollegiyasının 09.02.20*7-ci il tarixli qərarından görünür ki, mübahisəli mənzil məhz xidməti fəaliyyətlə əlaqədar iddiaçı Nazirliyin həmin dövrdə əməkdaşı olan cavabdehə xidməti yaşayış sahəsi kimi verilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında olan əmək münasibətlərinə *6.*0.20*7-ci il tarixdən etibarən xitam verilmişdir. Belə ki, cavabdeh müvafiq əmrlə həmin tarixdən işdən azad edilmişdir. Bununla da mənzilin cavabdehlərin sahiblik və istifadəsinə verilməsi üçün əsas olmuş hal aradan qalxmışdır. Belə olan halda iddiaçı Nazirlik cavabdehlərin mənzildən çıxarılmasını və mənzilin iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.

24. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən cavabdeh kimi göstərilmiş Ərrəhman Əliyev yetkinlik yaşına çatmamış uşaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edildiyindən və hazırkı işdə hər iki valideynin mənzildən çıxarılması nəticəsinə gəlindiyindən valideynləri ilə birlikdə yetkinlik yaşına çatmayan uşaq da mübahisəli mənzildən çıxarılmalıdır.

Məhkəmə xərcləri.

25. İddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan və iddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilməmiş *00 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər mübahisəli mənzildən çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməli, ödənilməmiş *00 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.

27. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddiа təmin edilsin. Cavabdehlər Cavabdeh*, Cavabdeh2 (yetkinlik yaşına çatmayan uşaqları X4 ilə birlikdə) və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 A ünvanında yerləşən, 54 nömrəli, ikiotaqlı xidməti mənzildən çıxarılsın və mənzil iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təhvil verilsin. Ödənilməmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar