Məhkəmə qərarları › İş №2(010)-2729/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2729/2024

20.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2729/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh* iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Cavabdeh* qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48 nömrəli 2 otaqlı xidməti mənzildən Cavabdeh* çıxarılması və həmin mənzildən çıxarılan günədək mənzil üzrə kommunal xidmətlərə görə haqqın Cavabdeh* tərəfindən tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə dəqiqləşmə verərək, Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48 nömrəli 2 otaqlı xidməti mənzildən Cavabdeh* və onun ailə üzvlərinin (arvadı Cavabdeh2, uşağı Cavabdeh3) çıxarılması və həmin mənzilin Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə cavabdehin cəlb olunması və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə vəsatət verərək, Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48 nömrəli 2 otaqlı xidməti mənzildən Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 çıxarılması və həmin mənzilin Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədov X* Hallar Nazirliyinin 5 oktyabr 2007-ci il tarixli 867/ş nömrəli Əmri ilə Nazirliyin Katibliyinin Dəftərxana və arxiv şöbəsinin zabiti vəzifəsinə təyin edilmişdir. Fövqəladə Hallar Nazirliyinin 9 fevral 20*7-ci il tarixli *8/0*-002 nömrəli Qərarı əsasında Cavabdeh* Nazirliyə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən xidməti yaşayış sahəsində 48 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Fövqəladə Hallar Nazirliyinin *4 oktyabr 2022-ci il tarixli *633/ş nömrəli Əmri ilə Nazirliyin Katibliyinin Təşkilat şöbəsinin baş zabiti kapitan Cavabdeh* xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Cavabdeh* Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48 nömrəli 2 otaqlı xidməti yaşayış sahəsinin boşaldılması tələb edilmiş, lakin Cavabdeh* həmin yaşayış sahəsini boşaltmaqdan imtina etmiş və halhazırda həmin yaşayış sahəsində yaşamaqdadır. Fövqəladə Hallar Nazirliyinin 22 may 20*5ci il tarixli 048 nömrəli Əmri ilə Nazirliyin sifarişi əsasında inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında yerləşən xidməti mənzillər üçün bina Nazirliyin balansına götürülmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9*-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabinetinin) müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını, Cavabdeh* ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07B mənzil 48 ünvanında yerləşən 2 otaqlı xidməti mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh* bildirmişdir ki, iddiaçı tərəfin səsləndirdiyi firkiləri bir mənalı qəbul etmir, onlar əsaslandırılmayıb. Qeyd edir ki, mənzil ona 20*7-ci ildə verilib. Əgər onun müraciət əsasında o xidməti mənzillə təmin olunmuşamsa, o zaman müvafiq mənzil-istismar komissiyasının rəhbərlik qarşısında ona mənzil düşüb-düşmədiyi barədə rəyi olmalıdır. Belə bir sənəd mövcud deyil. Əgər varsa, təqdim etsinlər. Qeyd edir ki, ona dəfələrlə xəbərdarlıq olunub ki, mənzili boşaltsın. Əgər ona xəbərdarlıq olunubsa, onun rəsmi möhürlü müvafiq blankdakı sənədini təqdim etsinlər ki, hansı tərixdə ona bildiriş verilib ki, bu xidməti mənzildir, xidməti mənzilə dair bağlanmış müqavilədir və cənab nazirin qərarıdır. Necə ki, ona mənzil müvafiq qərarla verilibsə, eyni qərarla da o, mənzili təhvil verməlidir. Əgər onun istifadəsində hər hansı dövlət əmlakı varsa, müvafiq qərarla o onu təhvil verər. Həmin mənzildə ** il yaşadığına dair müvafiq sənədləri o təqdim etmişdir. Qeyd edirlər ki, ona mənzil 20*7-ci ildə verilib. Belə bir hal mövcud deyil. Onunla bərabər fərqli kateqoriyadan olan *40 ailə həmin binada yaşayır. Onlardan hər hansının xidməti olaraq o binada yaşadığına dair sənəd təqdim etsinlər ki, onlar xidməti yaşayır, o isə yox. Qeyd olunan fikirlər əsassızdır. Əgər xidməti mənzillər verilirsə və bu barədə qərar varsa, o zaman qərar kobud şəkildə pozulur və icra olunmur. Texniki səbəb olduğunu bildirirlər. Sənədin icrası texniki səbəb deyil. Əgər texniki səbəb aradan qaldırılıbsa, hal-hazırda hər hansı bir əməkdaşla bağladıqları xidməti müqaviləni təqdim etsinlər. Ona cənab nazir tərəfindən verilən mənzil 20*4-cü ilin mart ayında yoldaşı və qayınının iştirakı ilə rəsmi şəkildə püşkatma mərasimində təqdim olunub. Yoldaşı müvafiq sənədlərə imza atmışdır, lakin o sənədləri təqdim etməkdən boyun qaçırırlar. Bunun canlı şahidi hal-hazırda da xidmətdə olan polkovnik Hikmət Osmanovdur. Bütün məlumatları o təsdiq edə bilər. Xidməti mənzil verilən zaman xidməti kirayə müqaviləsi bağlanır və kommunal xidmətlərin ödənişləri əməkdaşı əmək haqqısından tutulur. Aylıq ödəniş ilə bağlı da sübutlar təqdim olunmalı idi. Ancaq onun adına bağlanan kommunal müqavilələr var. Heç kəsə mülkiyyət hüququ verilməyib. Mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün *0 ildən artıq xidmət keçən şəxslərə püşkatma mərasimində bildirimişdilər ki, cənab Prezidentin tənazüli ilə cənab nazirin tapşırığı ilə yaşayış sahəsi istifadəyə verilir. Gələcəkdə bunun sənədləşmə prosesi aparılacağını bildirmişdilər. Dəfələrlə müraciət etdiyinə baxmayaraq, üstündən də neçə il keçməyinə baxmayaraq, sənədləşmənin mükün olmadığını demişdilər. 20*7-ci ildə qərar qəbul olundu, lakin icrası natamam qaldı. Yoldaşı və qızı ilə 20*4-cü ilin mart ayınından orada yaşayır. Püşkatma sənədi əsasında hissə rəisi onlara açar təqdim etdi. Kifayət qədar təmir xərcləri də çəkmişdir. İddianın rədd olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin *85.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materialları. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin *4 oktyabr 2022-ci il tarixli, *633/ş nömrəli əmrinə əsasən, Nazirliyin Katibliyinin Təşkilat şöbəsinin baş zabiti kapitan Cavabdeh* xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 05 oktyabr 2007-ci il tarixli, 867/ş nömrəli əmrinə əsasən, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun *3-cü maddəsinin “v” bəndinə və *5-ci maddəsinin “q” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmət keçmək haqqında öhdəlik götürmüş ehtiyatda olan əsgər Məmmədov X* Hallar Nazirliyinə 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilməsi və Nazirliyin Katibliyinin Dəftərxana və arxiv şöbəsinin zabiti vəzifəsinə təyin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 22 may 20*5-ci il tarixli, 048 nömrəli əmrinə əsasən, Nazirliyin sifarişi ilə inşa edilmiş və istismara qəbul olunmuş yataqxana və xidməti mənzillər üçün nəzərdə tutulan binalar Nazirliyin balansına götürülmüşdür. Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında yerləşən xidməti mənzillər balansa götürülən binaların siyahısındadır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri generalpolkovnik Kəmaləddin Heydərova Katibliyin Təşkilat şöbəsinin baş zabiti gizir Cavabdeh* tərəfindən ünvanlanmış **.*2.20*3-cü il tarixli təqrirdən görünür ki, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onun nazirliyin əməkdaşları üçün tikilmiş yeni binada müvafiq mənzillə təmin olunması barədə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, *48*00*8*7974 nömrəli abonentə aid məlumatların verilməsinə dair elektron arayışından çıxarışdan görünür ki, Suraxanı rayonu, 3-cü Mədən küçəsində yerləşən ev 86/R-də yaşayan 02083*07*0480 kodlu abonent Cavabdeh* (xidmət göstərilən nəfər sayı: 4) 06.0*.2024-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə *5 manat məbləğində ödəniş etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin *0 illiyi (2005-20*5) yubiley medalının surətindən görünür ki, leytenant Cavabdeh* Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin *52*/ş nömrəli, *5 dekabr 20*5-ci il tarixli əmri ilə yubiley medalı ilə təltif olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-20*0) yubiley medalının surətindən görünür ki, gizir Cavabdeh* Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin 29*8/ş nömrəli, *5 dekabr 20*0-cu il tarixli əmri ilə yubiley medalı ilə təltif olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 90 illiyi (*9*8-2008) yubiley medalının surətindən görünür ki, gizir Cavabdeh* Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin 828/ş nömrəli, 25 iyun 2008-ci il tarixli əmri ilə yubiley medalı ilə təltif olunmuşdur. İşə əlavə edilmiş Qüsursuz xidmətə görə 2-ci dərəcəli medalın surətindən görünür ki, kapitan Cavabdeh* Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin *808/ş nömrəli, *6 dekabr 202*-ci il tarixli əmri ilə Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal ilə təltif olunmuşdur. İşə əlavə edilmiş Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalın surətindən görünür ki, leytenant Cavabdeh* Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin *490/ş nömrəli, *5 dekabr 20*6-cı il tarixli əmri ilə Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kollegiyası tərəfindən verilmiş 09 fevral 20*7-ci il tarixli, *8/0*-002 nömrəli qərara əsasən, cədvəldə adları qeyd olunan hərbi qulluqçular, xüsusi rütbəli əməkdaşlar və digər işçilərin Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi *07A və *07B ünvanda yerləşən nazirliyə məxsus xidməti yaşayış sahələrində mənzil ilə təmin edilməsi qərara alınmışdır. Nazirliyin Katibliyinin Təşkilat şöbəsinin baş zabiti Cavabdeh* Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən xidməti yaşayış sahəsində 48 nömrəli 2 otaqlı mənzil ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış 2*.08.2024-cü il tarixli məktubda *3 avqust 2024-cü il tarixli 2(0*0)-2729/2024 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, 04 mart 20*4-cü il tarixdə Nazirlik əməkdaşlarının Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən mənzillər ilə təmin edilməsi prosesi bağlı videogörüntülərin mövcud olmadığı bildirilmişdir. Cavabdeh* tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli vəsatətdən görünür ki, nazirliyin daxili aidiyyatı qurumları arasında aparılacaq sorğu müşayiət məktublarının əlavə olunmasının təmin edilməsi (Fövqəladə Hallar Nazirliyi X3 Xidməti, Kadr Siyasəti Baş idarəsi, İctimaiyyətlə Əlaqə İdarəsi) xahiş edilmişdir. Cavabdeh* tərəfindən məhkəməyə təqdim edilmiş www.fhn.gov.az web saytından çıxarış olan məlumatdan görünür ki, *0 dekabr 20*3-cü il tarixində Bakının Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında *2 mərtəbəli, hər biri * bloklu *44 mənzili iki yaşayış binası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının istifadəsinə verilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(0*0)-2729/2024 nömrəli qərardadına əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin akt zalında 04.03.20*4-cü il tarixdə keçirilmiş Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən mənzillər ilə təmin edilmə mərasiminin videogörüntülərinin və keçirilən iclasın protokolunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilməsi və Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan aidiyyəti qurumlara və idarələrə: Fövqəladə Hallar Nazirliyi X3 Xidməti, Kadr Siyasəti Baş idarəsi, İctimaiyyətlə Əlaqə İdarəsinə qeyd olunan sənəd və sübutların araşdırılması və təqdim edilməsi vəzifəsinin həvalə edilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-*8/2-4932/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, 2(0*0)-2729/2024 nömrəli məktuba cavab olaraq, 4 mart 20*4-cü il tarixdə Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən mənzillər ilə təmin edilməsi prosesi ilə bağlı videogörüntülərin və keçirilən iclas protokolunun mövcud olmadığı bildirilmişdir. Cavabdeh* tərəfindən Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli yazılı açıqlamada bildirilmişdir ki, 20*4-cü il 29 avqust tarixində nazir general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə ona ilkin zabit leytenant, 20*7-ci ildə baş leytenant və 202*ci ildə kapitan hərbi rütbəsi verilib və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kadr zabit heyətinə daxil olmuşdur. *4 oktyabr 2022-ci il tarixində tutduğu vəzifədən azad edlmişdir. İddia ərizəsinin ikinci abzasına münasibətdə qeyd etmişdir ki, mənzildə yaşamağa başladığı vaxtdam etibarən onunla nə xidməti müqavilə nə təhvil təslim aktı və ya hər hansısa proses icra olunmamışdır. 20*4-cü ilin iyun ayından etibarən orda yaşayır və qeyd olunan mənzildə işıq qaz su ödənişləri adına rəsmiləşib qeyd olunan tarixdən tərəfindən bildirişə uyğun ödənilir. İddia ərizəsinin üçüncü abzasına münasibətdə qeyd etmişdir ki, 20*4-cü ildə ona ilkin zabit leytenant hərbi rütbəsi verildiyi vaxtdan işdən azad olunma vaxtı arasında *0 il tamam olmadığına görə, qeyd edir ki, qüsursuz xidmət edən zabitin xidmətinə bu cür yanaşma etmək yolverilməzdir. İddia ərizəsinin dördüncü abzasına münasibətdə qeyd etmişdir ki, dövlət vəsaiti hesabına tikilən yaşayış sahəsi xidməti istifadə üçün nəzərdə tutulmuşdursa müvafiq icra orqanı yəni Fövqəladə Hallar Nazirliyi qanunvericiliyin tələblərinə uyğun davranmalı və mənzillə təmin etdikləri əməkdaşlarla kirayə müqaviləsi bağlamalı və işdən azad olunduqda isə aidiyyəti üzrə təhvil-təslim edilməli idi. Bildirmişdir ki, o, yoldaşı Cavabdeh2, qızı Cavabdeh3 20*4-cü ilin may ayından o evdə yaşayırlar. İddiaçının iddia etdiyi qanunsuz yaşayırlar iddiasına cavab olaraq qeyd edir ki, rəsmi qanuni və rəsmi qanunvericiliyin tələblərinə uyğun o mənzildə yaşayır. Zəruri bütün lazımi material sənədlər nazirliyin kadr siyasəti Baş idarəsində şəxsi işində saxlanılır. Qeyd etdiyi cümlələrin doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə *3. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə *52. Mülkiyyət hüququnun anlayışı və məzmunu *52.* Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. *52.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. *52.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. *52.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.... Maddə *53. Mülkiyyət hüququnun subyektləri *53.*. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. *53.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. *53.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə *55. Dövlət mülkiyyəti hüququ *55.*. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. *55.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. *55.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Maddə *57. Mülkiyyətin müdafiəsi *57.*. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. *57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 329. Əqdlərin formaları 329.*. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 9*. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 9*.*. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 9*.*.*. xidməti yaşayış sahələri;... Maddə 92. Xidməti yaşayış sahələrinin təyinatı Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə *02. Vətəndaşların xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması *02.*. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin *0*.2-ci və *02.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Maddə *03. Xidməti yaşayış sahələrinin verilməsi *03.*. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. *03.2. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir: *03.2.*. dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;... *03.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*0-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”. *.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 2.*. Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir. 2.2. Kirayə müqaviləsi bu Qaydanın *.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. 3.5. Aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.*. bu Qaydanın *.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - *00 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.*4. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, eləcə də cavabdehlərin iddiaçıya aid mənzilə hüquqlarının olduğunu göstərən hallar mövcud olmadığına görə iddia tələbi təmin edilməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, cavabdeh Məmmədov X* Hallar Nazirliyinin 05 oktyabr 2007-ci il tarixli əmrinə əsasən 5 il müddətinə gizirlərin həqiqi xidmətinə qəbul edilmiş, Nazirliyin Katibliyinin Dəftərxana və arxiv şöbəsinin zabiti vəzifəsinə təyin edilmiş və Nazirliyin 09 fevral 20*7-ci il tarixli qərarı ilə Məmmədov X2 rayonu, Səttar Bəhlulzadə küçəsi *07A ünvanında yerləşən mənzil ilə təmin edilmişdir. Həmin bina 22 may 20*5-ci il tarixli, 048 nömrəli əmrinə əsasən Fövqəladə Hallar Nazirliyinin balansındadır. Nazirliyin *4 oktyabr 2022-ci il tarixli əmri ilə Cavabdeh* hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh Nazirliyin qərarı əsasında ona təqdim edilmiş mübahisəli mənzilə köçmüş və hal-hazırda ailə üzvləri – cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə həmin mənzildə yaşayır. Məhkəmə qeyd edir ki, xidməti yaşayış sahələri onların mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. İşin hallarından müəyyən edilir ki, tərəflər arasında yazılı xidməti yaşayış sahəsinin kirayə müqaviləsi mövcud deyil, lakin müvafiq qərar mövcuddur və mənzil Cavabdeh* verilmişdir. Müqavilənin yazılı şəkildə mövcud olmaması, tərəflər arasında xidməti yaşayış sahəsinin kirayə münasibətlərin olmamasını ehtiva etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəməyə təqdim etdiyi sübutlarla mübahisəli mənzilin onun istifadəsinə verilməsini təsdiq etsə də, həmin evin onun mülkiyyətinə verilməsini (özəlləşdirilməsini) təsdiq edən sənədi təqdim etməmişdir. Göründüyü kimi, tərəflər arasında xüsusi təyinatlı (xidməti) yaşayış sahəsinin kirayə münasibətləri olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kollegiyasının 09.02.20*7-ci il tarixli qərarı ilə mübahisəli mənzil məhz xidməti fəaliyyətlə əlaqədar iddiaçı Nazirliyin həmin dövrdə əməkdaşı olan cavabdehə xidməti yaşayış sahəsi kimi verilmişdir. *4.*0.2022-ci il tarixdən etibarən tərəflər arasında olan əmək münasibətlərinə xitam verilmiş və cavabdeh müvafiq əmrlə həmin tarixdən işdən azad edilmişdir. Əmək və ya qulluq münasibətlərinin xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Bununla da mənzilin cavabdehlərin sahiblik və istifadəsinə verilməsi üçün əsas olmuş hal aradan qalxmışdır. Belə olan halda, iddiaçı Fövqəladə Hallar Nazirliyi cavabdehlərin mənzildən çıxarılmasını və mənzilin iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən cavabdehlər qismində göstərilmiş Cavabdeh2 və Cavabdeh3 Cavabdeh* ailə üzvləri olduğundan, bu səbəbə görə onunla bir yerdə mübahisəli mənzilə köçdükdən və yaşadığından, Cavabdeh* ailə üzvləri olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Mübahisəli mənzil Fövqəladə Hallar Nazirliyinin balansında olduğu üçün, Nazirliyinə təhvil verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin balansında olan Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48 nömrəli 2 otaqlı xidməti mənzildən çıxarılmalı və həmin mənzil Fövqəladə Hallar Nazirliyinə təhvil verilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan qiymətləndirməyən iddia üzrə *00 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 2*6-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin balansında olan Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 48 nömrəli 2 otaqlı xidməti mənzildən çıxarılsın və həmin mənzil Fövqəladə Hallar Nazirliyinə təhvil verilsin. Ödənilməmiş *00 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar