Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2730/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 9 nömrəli evin 3 nömrəli xidməti mənzilindən cavabdehin çıxarılması və həmin mənzildən çıxarılan günədək mənzil üzrə kommunal xidmətlərə görə haqqın cavabdeh tərəfindən tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh teleqram vasitəsilə məhkəməyə müraciət edərək məhkəmə hazırlıq iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Nümayəndə və X* verilmiş etibarnamədən müəyyən olunur ki, həmin şəxslər Bakı şəhəri Suraxanı rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini təmsil edirlər və onlara bütün zəruri prosesual hərəkətləri həyata keçirmək səlahiyyəti verilir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 74. Nümayəndənin səlahiyyəti 74.*. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. [**5] Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.*2.202*-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20**-ci il 3* mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.*. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.* - 259.0.*0, 259.0.*2 və 259.0.*3-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.**-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin *70-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”; Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti etibarnamədə xüsusi olaraq göstərilmədiyindən hazırkı iddia ərizəsinə baxılması qeyri-mümkündür və bu səbəbdən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı tələb baxılmamış saxlanılmalı və iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla iddia ərizəsi ilə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.*0, 263, 264, 269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ümumi əsaslarla iddia ərizəsi ilə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2730/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2730/2024
29.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver