Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2739/2021 30.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas kаtibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında yerləşən 4 yaşayış otağından ibarət fərdi yaşayış evinə köçürülməklə həmin yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi dörd yaşayış otağından ibarət olmaqla və növbəlilik üzrə order əsasında ailə tərkibinə görə onun (İddiaçı1) X9ə verilmişdir. X9 2008-ci ildə vəfat etmişdir. Həmin ünvanda o, anası Cavabdeh1, bacısı Cavabdeh2 və onun övladları Cavabdeh3, Cavabdeh4, keçmiş həyat yoldaşı Cavabdeh5, övladları Cavabdeh1 və Cavabdeh7 qeydiyyatdadır. O, anadan olan vaxtdan, yəni 1976-cı ildən həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamışdır. 2001ci ildə Cavabdeh5 ilə rəsmi nikah bağlayıb ailə həyatı qurmuş, birgə nikahdan üç övladı anadan olmuşdur. Lakin 2013-cü ildə məhkəmə qaydasında nikah pozulmuşdur. 2019-cu ildə X2 ilə rəsmi nikah bağlayıb ailə həyatı qurduqdan sonra artıq həmin mənzildə cavabdehlərlə birgə yaşaması mümkün olmadığından məcburiyyət qarşısında qalaraq yaşadığı mənzili tərk etmək məcburiyyətində qalmış və həmin vaxtdan kirayə mənzillərdə yaşamağa başlamışdır. Hazırda maddi vəziyyətinin çətinliyi ilə bağlı mənzilin kirayə haqqını ödəməyə imkanı çatmadığından yaşadığı mənzilə qayıtmaq istəsə də cavabdehlər həmin mənzildə yaşamağa imkan vermirlər. O, mübahisəli mənzildə yaşayarkən cavabdehlərlə birgə ümumi təsərrüfat aparmışdır və həmin mənzildən onlarla bərabər istifadə hüququ vardır. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı1 bildirmişdir ki, 1976-cı ildə doğulduğu vaxtdan həmin evdə yaşamışdır. 2001-ci ildə Cavabdeh5 ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan üç uşaq doğulmuşdur. 2013-cü ildə onunla olan nikahı pozulmuş, bundan sonra evi könüllü tərk etmişdir ki, uşaqları rahat bu evdə anaları ilə birlikdə yaşasınlar. Özü isə gedib kirayədə yaşamış, ikinci dəfə 2019-cu ildə Babayeva Lizə ilə rəsmi nikaha daxil olmuş, onunla birlikdə kirayədə yaşamağa davam etmişdir. O, evdən uşaqları üçün könüllü çıxıb getsə də onun evdən köçməsindən 5-6 ay sonra uşaqlar da evdən çıxarılmışdır. Hazırkı iddia ilə də ona görə məhkəməyə müraciət etmişdir ki, ya uşaqlar gedib o evdə yaşasın, ya da o özü arvadı ilə birlikdə evə köçsün. Evdə anasından başqa heç kim yaşamır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş digər iddiaçı X3 İddiaçı1 izahatı ilə eyni məzmunda izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı1 doğulduğu vaxtdan bu evdə yaşasa da 2013-cü ildən əşyalarını götürüb, könüllü olaraq evdən çıxıb getmişdir. Əvvəlki məhkəmə iclasında verdiyi izahatda iddiaçı özü də bunu təsdiq etmişdir. İddiaçılar 2019-cu ildə rəsmi nikaha daxil olsalar da onların 2009-cu ildən münasibətləri olmuş, elə bu münasibətə görə də İddiaçı1 əvvəlki nikahı 2013-cü ildə pozulmuşdur. Bundan sonra, iddiaçı özünün də təsdiq etdiyi kimi könüllü şəkildə evdən çıxıb getmişdir. İddiaçının əslində bu evə köçməyə ehtiyacı da yoxdur. Belə ki, o, məhkəmə iclasında da bildirmişdir ki, o, övladlarının bu evdə yaşamasına nail olmaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bildirmişdir ki, o, bu evin uşaqlarına qalmasını istəyir. Əgər uşaqlar evə köçməzsə, özü arvadı ilə birlikdə həmin evə köçə bilər. Göründüyü kimi iddiaçı evdən könüllü şəkildə çıxıb getmişdir və bu evə faktiki olaraq heç bir ehtiyacı yoxdur. Digər tərəfdən ev özbaşına tikilidir və evin heç bir sənədi yoxdur. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh2 teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, o, iclasda iştirak edə bilməyəcək. İddia ilə razıdır və heç bir etirazı yoxdur. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 20.04.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X6, X5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh7 ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması və tərəflərin izahatlarının dinlənilməsi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı1 doğulduqdan qısa bir müddət sonrakı vaxtdan 2013-cü ilə qədər ünvan 3 ünvanında yaşamış və bu ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. 2013-cü ildə arvadı ilə olan nikahı pozulduqdan sonra isə evi könüllü surətdə tərk etmiş (iddia ərizəsində 2019-cu ildə tərk etdiyi göstərilsə də məhkəmə iclasında iddiaçı 2013-cü ildə evdən getdiyini dəqiq şəkildə ifadə etmişdir), başqa ünvana köçmüş, ikinci dəfə ailə qurmuşdur. İşin bu hallarını tərəflər mübahisələndirmədən qəbul etmişdir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ev özbaşına tikilidir, ev üzərində kiminsə mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd yoxdur. Hazırda iddiaçılar Cavabdeh1 Məmməd qızının yaşadığı həmin evə köçürülməyi tələb edirlər. Məhkəmə, ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə iddiaçılardan birinə münasibətdə yalnız birinci şərt mövcuddur. Belə ki, İddiaçı1 həqiqətən bu evdə yaşamışdır. Lakin ikinci və üçüncü sırada göstərilmiş şərtlərin heç biri hazırkı işə uyğun deyil. Belə ki, İddiaçı1 yaşadığı mənzildən məhrum edilməmişdir. Əksinə, ailə qurduqdan sonra özü könüllü surətdə evdən ayrılmışdır. Bu zaman ona qarşı hər hansı təzyiq olmamışdır. O özü mənzildən çıxıb həyat yoldaşı ilə birlikdə ayrı ünvanda yaşamaq istəmişdir. Belə bir vəziyyətdə hansısa məhrum etmədən söhbət gedə bilməz. Məhrum etmə yoxdursa, məhrum etmənin qanuniliyinin müzakirə edilməsinin də heç bir əhəmiyyəti yoxdur. Digər iddiaçıya gəldikdə isə, ümumiyyətlə, həmin şəxs bu evdə heç vaxt yaşamışdır. Belə olan halda digər şərtlərin həmin şəxsə münasibətdə mövcudluğundan söhbət gedə bilməz. Beləliklə, hazırkı iddia yuxarıda qeyd edilmiş üç əsas şərtdən heç birinə tam cavab vermir. Bunun müəyyən edilməsi üçün evin özbaşına tikili, yaxud kiminsə xüsusi mülkiyyətində olmasının heç bir əhəmiyyəti yoxdur. Hazırkı işdən müəyyən edilmişdir ki, iddiaçıların köçürülmək istədikləri ev özbaşına tikilidir və iddiaçı həmin evdə təxminən doğulduğu vaxtdan yaşamağa başlamışdır. Beləliklə, tərəflər arasında mübahisəli hüquq münasibətləri (iddiaçının evdən istifadə hüququ) 2000-ci ildən əvvəl yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Özbaşına tikililərlə bağlı münasibətləri tənzilməyən norma Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il) 105-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin birinci abzasına əsasən müəyyən icazə və ya lazımi şəkildə təsdiq edilmiş layihə olmadan, yaxud əsas inşaat normaları ev və ya onun bir hissəsini (evin yanında əlavə bina) tikən vətəndaş, bu evdən və ya yandan tikilmiş əlavə bina üzərində sərəncam verməyə (satmağa, bağışlamağa, kirayə verməyə və s.) haqlı deyildir. Bənzər norma hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsində də nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, mənzil özbaşına tikili olduğundan mənzil üzərində heç kimin, eləcə də Cavabdeh1 Məmməd qızının heç bir mülkiyyət hüququ yoxdur. Lakin nəzərə alınmalıdır ki, bunun hazırkı iş üçün bir o qədər əhəmiyyəti də yoxdur. Belə ki, məhkəmə iddiaçıların bu evə köçürülməsini kiminsə mülkiyyət hüququnun pozulmasına görə yox, iddiaçıların evə köçürülmək üçün heç bir hüququ olmadığına görə qanunsuz hesab edir. İddiaçıların nəyə görə buna hüququ olmadığı isə artıq yuxarıda əsaslandırılmışdır. Digər tərəfdən, məhkəmə onu da nəzərə alır ki, mübahisəli mənzil özbaşına tikili olduğuna görə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə (1 oktyabr 2009-cu il tarixədək) qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq normalarının mübahisəyə birbaşa tətbiqi istisna edilsə də Mülki Məcəllənin 11-ci maddəsində müəyyən edilmiş qanunun analogiyası baxımından yanaşdıqda Həmin Məcəllənin bir sıra maddələri də nəzərdən keçirilməlidir. Belə ki, Həmin Məcəllənin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. (“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı) Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsi yaşayış sahəsindən müvəqqəti başqa yerə gedənin yaşayış sahəsinin cəmi altı ay saxlanıldığını müəyyən etmiş, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməyi isə icarə müqaviləsinin pozulması, beləliklə yaşayış sahəsinin itirilməsinin əsası kimi qiymətləndirmişdir. Burada həlledici məqam həmin Məcəllənin 87-ci maddəsində göstərilmiş “daimi yaşamaq üçün getmək” şərtinin müəyyən edilməsidir. Hazırkı işdən görünür ki, İddiaçı1 arvadı ilə ailə münasibətləri pozulduqdan sonra, evi 2013-cü ildə könüllü şəkildə tərk etmiş, başqa ünvanda yaşamağa başlamış, 2019-cu ildə təkrar ailə qurmuş, arvadı olan digər iddiaçı ilə birlikdə başqa ünvanda yaşamağa davam etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının məhz nikah pozulduqdan sonra keçmiş arvadı və uşaqlarının yaşadığı evi tərk etməsi, başqa ünvanda yaşamağa başlaması, bir neçə il sonra ailə qurub həmin evlə heç bir bağlılığı olmadan başqa ünvanda yaşamağa davam etməsi onun 2013-cü ildə evi tərk edərkən niyyətinin müvəqqəti olaraq başqa yerdə yaşamaq olmadığının, əksinə, daimi olaraq başqa yerdə yaşamaq, əvvəlki evlə bağlılığı olmayan, yeni həyat qurmaq niyyəti olduğunun göstəricisidir. Bu mənada məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində müəyyən edilmiş “daimi yaşamaq üçün getmək” şərti hazıkı işdə müəyyən edildiyindən İddiaçı1 yaşayış sahəsini itirmişdir. Digər iddiaçının isə, ümumiyyətlə, həmin mənzildə heç vaxt yaşayış sahəsi olmamışdır. Bu səbəbdən iddiaçıların artıq qüvvədən düşmüş Mənzil Məcəlləsinin müvafiq normaları baxımından da evə köçürülməsi üçün heç bir əsas yoxdur. Məhkəmə iddiaçıların kirayədə yaşaması ilə bağlı qeyd etdiklərinə münasibətdə bildirir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən edilməsinə ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. İddiaçının uşaqlarının bu evdə yaşaması isə iddiaçını bu evə yox, uşaqlarına bağlayan amil kimi qiymətləndirilə bilər. Lakin iddiaçı o, getdikdən 5-6 ay sonra uşaqların da evdən köçdüyünü bildirmişdir. Beləliklə, iddiaçının həmin evlə heç bir bağlılığı, geri qayıtmaq niyyəti, bunun üçün indiyə kimi hər hansı real təşəbbüsü olmamışdır. Bundan əlavə, məhkəmə iddia tələbini “uşaqlarının mübahisəli evdə yaşamasına imkan verilməməsi” ilə əsaslandıran iddiaçının diqqətinə çatdırır ki, onun əvvəlki arvadı ilə nikahından doğulmuş üç uşaqdan ikisi hazırda yetkinlik yaşına çatmışdır və yaşayış yerlərini müstəqil müəyyən etməkdə sərbəstdirlər. Digəri isə 18.04.2005-ci il təvəllüdlü olmaqla 16 yaşındadır. Bu yaşda uşaqların yaşayış yerləri isə onun valideynlərinin razılığı ilə müəyyən edilir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Yəni, əgər iddiaçı keçmiş arvadı ilə birgə nikahından doğulmuş uşağının yaşayış yeri ilə razı deyilsə, bunu məhkəmə qaydasında mübahisələndirə bilər. Hazırkı iddia tələbinin isə uşaqlara aidiyyəti yoxdur. Məsələ tamamilə iddiaçıların mübahisəli evə köçürülməsi üçün hüquqi əsasın olub-olmaması ilə bağlıdır. Bu əsasın olmadığı isə artıq yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödəniləmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiаçı İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2739/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2739/2021
30.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver