Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-276/2021 11.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, 10 saylı evin 3 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd etdiklərinə uyğun izahat verərək bildirmişdir ki, faktiki olaraq yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, 10 saylı evin, 3 saylı mənzilində 2006-cı il tarixdən ailəsi ilə birlikdə yaşayır. Yaşadığı mənzilin Suraxanı İcra Hakimiyyətinin balansında olması ona sonradan məlum olmuşdur. 2013-cü ildə onun tanışı olan X11 İcra Hakimiyyətinin məsul şəxsləri ilə müəyyən iş gördüyünü bildiyi üçün, mənzilin adına rəsmiləşdirilməsini ona təklif etmişdir. Suraxanı İcra Hakimiyyətinin başçının nəzarəti altında çıxarılan 21.11.2013-cü il tarixli, 2(010)-4667/2013 saylı qətnaməsinə əsasən yoldaşı X5 iddiası təmin edilərək, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, 10 saylı evin, 3 saylı mənzilinə istifadə hüququ tanınmış və onunla kirayə müqaviləsinin bağlanması üçün qətnamənin icrası Suraxanı İcra Hakimiyyətinə həvalə edilmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin 27.02.2014-cü il tarixli, 22 saylı sərəncamı əsasında onunla mənzilə kirayə müqaviləsi bağlanmışdır. Müqavilə baglanarkən də mənzildə kimlərin qeydiyyatda olması barədə onlara heç bir məlumat verilməmişdir. Cavabdeh X6 ilə bir çox mübahisələr olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinə əsasən cavabdehin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, 10 saylı evin, 3 saylı mənzilinə olan istifadə hüququ itirilmişdir. Suraxanı rayon Məhkəməsinin 26.02.2015-ci il tarixli, 2(010)-1268/2015 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdeh X2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası təmin edilərək cavabdehin bu mənzilə istifadə hüququ itirilmiş hesab edilmişdir. Bu mübahisə Ali Məhkəmə müstəvisində baxılmış və 02.06.2016-cı il tarixli 2(102)-2008/2016 saylı qərarı ilə X1 istifadə hüququnun itirilməsi təsdiqlənmişdir. Daha sonra Babayeva X3 rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, 10 aylı evin, 3 saylı mənzilində qeydiyyata düşmək üçün məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.06.2017-ci il tarixli, 2-1 (82)-2094/2017 Saylı qərarına əsasən Cavabdeh iddiasının təmin edilməmişdir. Cavabdeh yersiz və əsassız ambisiyalarindan və onlara yönəlmiş haqsız olaraq ədavətindən əl çəkməyərək bu mübahisədə yuxarı instansiya məhkəmələrinə çıxardı və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-632/2018 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Lakin sonradan Cavabdeh yaxın münasibətdə olduğu məmurlar vasitəsilə ilə mübahisəli mənzilə qeydiyyatı olmamasına və mənzildən istifadə hüququnun itirilməsinə baxmayaraq, mənzilə köçürülmə tələbinə dair iddiasına baxılır və 20.11.2018-ci ildə 2(010)-8688/2017 saylı qətnamə çıxardılaraq mənzilə köçməsi tələbi təmin edilməmişdir. Hal-hazırda da Cavabdeh mənzilə köçürülməsi barədə qətnaməsi olmasına baxmayaraq köçüb yaşamır. Belə ki, onun əsl məqsədi mənzilə köçmək deyildir, əsas məqsəd onlara maddi və mənəvi zərər vurmaq, rahat həyat yaşamağına qəsdən maneçilik yaratmaqdır. Cavabdeh özünə məxsus ayrıca evi vardır və orada da yaşayır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə uzun müddətdir ki, aralarında məhkəmə çəkişmələri mövcuddur. Onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhlədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilə istifadə hüququnun olması Azərbaycan SSR Orcanikidze Rayon Məhkəməsinin 19 dekabr 1988-ci il tarixli, 2-79 saylı qətnaməsi ilə tanınmışdır. İddiaçı ailə üzvləri ilə birlikdə həmin yaşayış ünvanında yaşadığından o həmin evdə yaşaya bilmir. Dəfələrlə onların həmin mənzildən çıxarılmasını tələb etsə də, iddiaçı və onun ailə üzvləri əsassız olaraq bir neçə dəfə ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ona qarşı irəli sürülmüş tələb əsassızdır, belə ki, o hazırda faktiki olaraq həmin mənzildə yaşamır. Qeyd olunanlara əsasən iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 22 nömrəli 27.02.2014-cü il tarixli Sərəncamından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, 10 aylı evin, yaşayış sahəsi 16,59 kv.m olan, 1 otaqlı, 3 saylı mənzilinə kirayə müqaviləsi 1 nəfər ailə tərkibi ilə (özü) X4 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. V.A.Qədirova ilə həmin mənzilə kirayə müqaviləsinin bağlanması və onun adına şəxsi maliyyə hesabının açılması 63 saylı MKİS-ə tapşırılmışdır. Sərəncamın surətinin RMKTB-yə 63 saylı MKİS-ə vətəndaş V.A.Qədirovaya çatdırılması aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.02.2015-ci il tarixli, 2(010)-1268/2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X5 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddiası təmin edilərək Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu mərhələdə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab olunması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu mərhələdə yerləşən 10 nömrəli evinn 3 nömrəli mənzilə köçürülməsi qət edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4233/2018 saylı, 25.06.2018-ci il tarixli qərarına əsasən cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 01.02.2018-ci il tarixli, 2(103)-1948/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(082)155/2017 saylı, 25 yanvar 2017- ci il tarixli qərardadı ilə Cavabdeh ilə yaşayış sahəsinə sosial kirayə müqaviləsinin bağlanmasının Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə vəzifə qoyulması hissəsi mümkün sayılmamışdır. İş materiallarına əlavə edilmiş 05 aprel 2016-cı il tarixli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1212/2016 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinə qarşı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmağın cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi 4048/49-cu məhəllədə yerləşən 10 saylı evin 3 saylı mənzilinə pasport qeydiyyatına alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 19.12.1988-ci il tarixli 2-79/1988 nömrəli Azərbaycan Sovet Sosialist Respublikasının qətnaməsindən müəyyən olunur ki, Orcanikidze Rayonu 63 saylı MİK-nin Cavabdeh qarşı Serebrovski qəsəbəsi 4048/49-cu məhllə, ev 10 ünvanında yerləşən mənzildən çıxarılması rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21.11.2013-cü il tarixli, 2(010)-4667/2013-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X5 cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı, maraqlı şəxs Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə “istifadə hüququnun tanınması faktının müəyyən edilməsi və kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası təmin edilərək X5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu mərhələdə yerləşən 10 nömrəli evin 1 otaqdan ibarət 3 nömrəli mənzilinə istifadə hüququnun tanınması faktı müəyyən edilmiş və kirayə müqaviləsi bağlanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 29.01.2016-cı il tarixli, 2(103)-537/2016 saylı qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4667/2013 saylı qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 6491/2017 saylı, 01.11.2017-ci il tarixli qərarına əsasən cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 29.01.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1317/2019 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdehlər X7, İddiaçı və X8 qarşı mənzildən çıxarılması tələbinə dair iddiası təmin olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhəllə, ev 10, mənzil 3 ünvanından cavabdehlər X9, İddiaçı və X10 çıxarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2(103)-3781/2020 saylı qətnaməsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı qətnaməsindən X9 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1317/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 436/2021 saylı, 05.04.2021-ci il tarixli qərarına əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3781/2020 saylı iş üzrə 17.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası MM-nin 27.3-cü madddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 1991-ci il tarixdə yarandığından həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa catmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin ücüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından cıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köcürmək ixtiyarına malikdir. Həddi-büluğa catmamış uşaqların öz valideynlərinin yanına köcürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köcmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.3.-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin və cavabdehin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsində apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan SSR Orcanikidze Rayon Məhkəməsinin 19.12.1988-ci il tarixli, 2-79 saylı qətnaməsi ilə 63 saylı MİS-nin Cavabdeh qarşı "mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə köçürülməsi qət edilmiş, qətnamələrdən müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin mənzilə istifadə hüququ əldə etmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh hazırda həmin mübahisəli mənzildə yaşamır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfin yaşayış evinə hər hansı hüququ mövcud olmadığından və bundan əlavə cavabdeh həmin mənzildə yaşamadığından İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-276/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-276/2021
11.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver