Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2783/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X* iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin cavabdehlər Cavabdeh* qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məxsus Bakı şəhəri Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsi *07A ünvanında yerləşən 70 nömrəli 3 otaqlı xidməti mənzildən Cavabdeh* çıxarılması və həmin mənzildən çıxarılan günədək mənzil üzrə kommunal xidmətlərə görə haqqın X7 tərəfindən tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzimov X4 Hallar Nazirliyinin *4 iyul 2008-ci il tarixli *507/ş nömrəli əmri ilə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Xilasedicilər dəstəsinin xilasedicisi vəzifəsinə təyin edilmişdir. Fövqəladə Hallar Nazirliyinin 22 may 20*5-ci il tarixli, 048 nömrəli əmri ilə Nazirliyin sifarişi əsasında inşa edilmiş Bakı şəhəri Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsi *07 ünvanda yerləşən xidmət mənzillər üçün bina Nazirliyin balansına götürülmüşdür. Fövqəladə Hallar Nazirliyinin balansına götürülmüş Bakı şəhəri Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsi *07 ünvanda yerləşən 70 nömrəli 3 otaqlı xidməti mənzilin Cavabdeh* verilməsinə dair qərar və kirayə müqaviləsi mövcud deyil. Fövqəladə Hallar Nazirliyinin 29 noyabr 20*6-cı il tarixli, *39*/ş nömrəli əmri ilə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Ehtiyat xilasedicilər dəstəsinin Ehtiyat xilasetmə qrupunun Ehtiyat xilasetmə bölməsinin mütəxəssis-xilasedicisi Cavabdeh* öz xahişi ilə 29 noyabr 20*6-cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh* Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsi *07A ünvanda yerləşən 70 nömrəli 3 otaqlı xidməti yaşayış sahəsinin boşaldılması tələb edilsə də, Cavabdeh* həmin yaşayış sahəsini boşaltmaqdan imtina etmişdir və hal-hazırda əsassız olaraq həmin yaşayış sahəsində yaşayır. İddia tələbinin dəyişdirilməsi İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “xahiş edirik” hissəsinin “Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məxsus Bakı şəhəri Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsi *07A ünvanda yerləşən 70 nömrəli 3 otaqlı xidməti mənzildən Cavabdeh*, Cavabdeh4, X2, Cavabdeh3 və X3 çıxarılması və həmin mənzilin Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirik” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, əldə edilən məlumata əsasən Cavabdeh* hazırda Dövlət Gömrük Komitəsində işləyir. Cavabdehə dəfələrlə şifahi şəkildə xəbərdarlıq edilmişdir ki, nazirliyin balansında olan xidməti mənzili boşaltsın. Lakin cavabdeh ona edilən xəbərdarlıqlara məhəl qoymamış və mənzili boşaltmamışdır. Mübahisə predmeti olan mənzil dövlət büdcəsinin vəsaiti hesabına inşa edilmiş və inşası başa çatdıqdan sonra nazirliyin balansına verilmişdir. Hazırkı iş üzrə Cavabdeh* və mənzili boşaltmayan digər şəxslərin nazirliyin balansında olan xidməti mənzilləri boşaltmaması səbəbindən nazirlik tərəfindən hərbiçilərə aylıq kirayə haqqı ödənilir. Qeyd olunan mənzildən istifadə edilməsi ilə bağlı cavabdehlə aralarında hər hansı müqavilə bağlanmamışdır. Cavabdeh* hazırda öz ailə üzvləri ilə birlikdə həmin xidməti mənzildə yaşayır və oranı nazirliyə təhvil vermir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh* iddia tələbini qəbul etməyək izahatında bildirmişdir ki, sözügedən mənzildə *2 ildir ki, ailə üzvləri ilə birlikdə yaşayır. O, Fövqəladə Hallar Nazirliyindəki işindən öz xahişi ilə çıxdıqdan sonra 8 il müddətində həmin mənzildən çıxmalı olması barədə heç kim ona bir kəlmə belə deməmişdir. Nazirlikdə işlədiyi dövrdə tədbir keçirilmiş və tədbirdən sonra onunla birlikdə bir neçə işçiyə mənzillərin açarları təqdim edilmişdir. Nazirliklə onun arasında həmin mənzillə bağlı hər hansı müqavilə bağlanmamış və mənzil üzərində onun mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Həmin mənzildə yaşadığı dövrdə 3 dəfə mənzili təmir etdirmiş və təmirə xərc çəkmişdir. Əgər həmin mənzilin xidməti mənzil olduğunu və sonradan ondan geri tələb ediləcəyini bilsəydi, mənzilə xərc çəkərək təmir etdirməzdi. Çünki ondan geri tələb olunacaq mənzil üçün niyə bu qədər xərc çəkirdi? Mənzil ona təqdim edilən zaman çıxarış verilməsi ilə bağlı söz verilsə də, hələ də çıxarış verilməmişdir. Hazırda həmin mənzildə həyat yoldaşı Həcər və 3 uşağı ilə birlikdə yaşayır. İddiaçı tərəflə hazırkı mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi istiqamətində aralarında heç bir barışıq əldə edilməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar *4.07.2008-ci il tarixli, *057/ş nömrəli əmrdən müəyyən olunur ki, Cavabdeh* Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Xilasedicilər dəstəsinin xilasedicisi vəzifəsinə təyin edilmişdir. 22.05.20*5-ci il tarixli, 048 nömrəli əmrdən müəyyən olunur ki, Nazirliyin sifarişi ilə inşa edilmiş və istismara qəbul olunmuş yataqxana və xidməti mənzillər üçün nəzərdə tutulan binaların Nazirliyin balansına götürülməsi əmr edilmişdir. Balansa götürülən binaların siyahısı: Xidməti mənzillər üçün nəzərdə tutulan bina – Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi *07. 29.**.20*6-cı il tarixli, *39*/ş nömrəli əmrin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsinin Ehtiyat xilasedicilər dəstəsinin Ehtiyat xilasetmə qrupunun Ehtiyat xilasetmə bölməsinin mütəxəssis-xilasedicisi Cavabdeh* öz xahişi ilə 29.**.20*6-cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə *3. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol Maddə *. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə *52. Mülkiyyət hüququnun anlayışı və məzmunu. *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. *52.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. *52.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. *52.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə *57. Mülkiyyətin müdafiəsi. *57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 9*.*, 9*.*.*. xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98.*. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə *02.*. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin *0*.2-ci və *02.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Maddə *03.*. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. Maddə *03.2. Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları aşağıdakı orqanlar tərəfindən müəyyən edilir: *03.2.*. dövlət mənzil fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; *03.2.2. bələdiyyə mənzil fonduna münasibətdə - bələdiyyə tərəfindən. Maddə *03.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - *00 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.*4. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusundan göründüyü kimi, mübahisə predmeti olan mənzil xüsusi təyinatlı yaşayış sahəsidir. Cavabdehlərdən Cavabdeh* FHN-in *4 iyul 2008-ci il tarixli əmri ilə iddia ərizəsində qeyd olunan vəzifəyə təyin edilmiş, müvafiq müqavilə bağlanmadan və qərar verilmədən Nazirliyin balansında olan Bakı şəhəri Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsi *07 ünvanda yerləşən 70 nömrəli 3 otaqlı xidməti mənzildə yaşamağa başlamışdır. Cavabdeh* öz xahişi ilə 29 noyabr 20*6-cı il tarixdən tutduğu vəzifədən azad edilmiş, lakin bundan sonra xidməti mənzili boşaldaraq aidiyyatı üzrə təhvil verməmişdir. Halbuki bu cür müqavilə bağlanmış olsaydı belə, Mənzil Məcəlləsinin *03.3-cü maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi həmin Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə etmiş olacaqdı, həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsas olacaqdı. Göründüyü kimi, nə Cavabdeh*, nə də digər cavabdehlərin xidməti yaşayış sahələrindən istifadə etmələri üçün müqavilə, yaxud digər qanuni əsas mövcud deyil. Cavabdeh*la FHN arasındakı əmək münasibətlərinə 29.**.20*6-cı il tarixdə xitam verilmişdir və həmin andan cavabdehlərin xidməti yaşayış sahəsindən istifadə etmələri qanunsuzdur. Cavabdehlərin hazırda xidməti yaşayış sahəsindən istifadə etmələri balans saxlayıcı olan FHN-in hüquqlarını pozmaqla yanaşı, nazirliklə hazırda əmək münasibətlərində olan və xidməti yaşayış sahəsinə ehtiyacı olan şəxslərin də mənafelərinə xələl gətirir. Bu səbəbdən, məhkəmə hesab edir ki, həmin xidməti yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən cavabdeh kimi göstərilmiş X6 yetkinlik yaşına çatmamış uşaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edildiyindən və hazırkı işdə hər iki valideynin mənzildən çıxarılması nəticəsinə gəlindiyindən valideynləri ilə birlikdə yetkinlik yaşına çatmayan uşaq da mübahisəli mənzildən çıxarılmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş *00 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh*, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsi *07A ünvanında yerləşən 70 nömrəli 3 otaqlı xidməti mənzildən çıxarılmalı və mənzil Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə təhvil verilməlidir və ödənilməmiş *00 manat məbləğində dövlət rüsumu Cavabdeh*, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh*, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi *07A ünvanında yerləşən 70 nömrəli 3 otaqlı xidməti mənzildən çıxarılsın və mənzil Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə təhvil verilsin. Ödənilməmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh*, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2783/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2783/2024
17.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver