Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2784/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən * nömrəli 2 otaqlı xidməti mənzildən Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, X6 və X2 çıxarılması və həmin mənzilin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi. İddia tələbinin əsaslandırıldığı hallar Cavabdeh* *5 mart 2006-cı il tarixli 7ş/h nömrəli Əmr ilə Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Bakı şəhəri X5 Mühafizəsi üzrə X* ** №-li Hərbiləşdirilmiş Yanğın Hissəsinin Növbətçi Yanğınsöndürmə Xidmətinin yanğınsöndürəni vəzifəsinə təyin edilmişdir. Fövqəladə Hallar Nazirliyinin 22 may 20*5-ci il tarixli 048 nömrəli Əmri ilə Nazirliyin sifarişi əsasında inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında yerləşən xidməti mənzillər üçün bina Nazirliyin balansına götürülmüşdür. Fövqəladə Hallar Nazirliyinin balansına götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında yerləşən * nömrəli 2 otaqlı xidməti mənzilin Cavabdeh* verilməsinə dair qərar və kirayə müqaviləsi mövcud deyil. Fövqəladə Hallar Nazirliyinin *8 oktyabr 20*4-cü il tarixli 2332/ş nömrəli Əmri ilə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin ** nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni Cavabdeh* öz arzusu ilə əlaqədar olaraq fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Cavabdeh* Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi,*07A ünvanında yerləşən * nömrəli 2 otaqlı xidməti yaşayış sahəsinin boşaldılması tələb edilməsinə baxmayaraq Cavabdeh* həmin yaşayış sahəsini boşaltmaqdan imtina etmiş və hal-hazırda əsassız olaraq həmin yaşayış sahəsində yaşamaqdadır. Tərəflərin izahatı Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, cavabdehlərin yaşamağa başqa evləri də var. Buna baxmayaraq, onlar iddiaçıya məxsus mənzildən çıxmırlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh* nümayəndəsi (vəkili) Vəkil izahatında göstərmişdir ki, iddianı qəbul etmir. 20**-ci ildə mənzil Səxavətə verilib. 20*4-cü ildə atasının xəstəliyi ilə bağlı işdən çıxıb, şəxsin başqa yeri yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh* iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, hazırda həmin evdə yoldaşı, anası və uşaqları ilə yaşayır. Qaz, su, işiq adınadır. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 22.05.20*5-ci il tarixli, 048 əmrdən məktubdan görünür ki, Nazirliyin sifarişi ilə inşa edilmiş və istismara qəbul olunmuş yataqxana və xidməti mənzillər üçün nəzərdə tutulan binalar Nazirliyin balansına götürülmüşdür. Siyahı əlavə olunmuşdur -Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07. Azərbaycan Respublikası DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Bakı şəhər X5 Mühafizəsi üzrə yanğın Təhlükəsizliyi Dəstəminin 7ş/h saylı *5.03.2006-cı il tarixli əmrinin çıxarışından görünür ki, DİO-da xidməti keçmək haqqında Əsasnaməsinə müvafiq olaraq Azərbaycan Respublikası BDYTİ Bakı şəhəri NEMM üzrə X* ** №-li Hərbiləşdirilmiş Yanğın Hissəsinin Növbətçi Yanğınsöndürmə Xidmətinin yanğınsöndürəni Cavabdeh* «daxili xidmət sıravisi» ilk xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən verilmiş *8.*0.20*4-cü il tarixli, 2332/ş nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin ** nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni daxili xidmət çavuşu Cavabdeh* öz arzusu ilə əlaqədar olaraq fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Füzuli rayon Kərimbəyli kənd icra nümayəndəliyi tərəfindən 26.05.20*0-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh* ilə X4 arasında nikah 26.05.20*0-cu il tarixdə bağlanmışdır. Şəxsiyyət vəsiqəsindən görünür ki, Qarayev Sadiq *3.03.20**-ci ildə doğulmuş, atası Cavabdeh* və anası Cavabdeh2dir. Şəxsiyyət vəsiqəsindən görünür ki, Qarayeva Pərişan 29.08.20*3-cü ildə doğulmuş, atası Cavabdeh* və anası Cavabdeh2dir. İşin faktiki halları Cavabdeh* *5 mart 2006-cı il tarixli 7ş/h nömrəli Əmr ilə Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Bakı şəhəri X5 Mühafizəsi üzrə X* ** N-li Hərbiləşdirilmiş Yanğın Hissəsinin Növbətçi Yanğınsöndürmə Xidmətinin yanğınsöndürəni vəzifəsinə təyin edilmişdir. Nazirliyin *8.*0.20*4-cü il tarixli əmri ilə Cavabdeh* *8.*0.20*4-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə X8 Heydərovun 22.05.20*5-ci il tarixli, 048 saylı əmrindən görünür ki, Nazirliyin sifarişi ilə inşa edilmiş və istismara qəbul olunmuş yataqxana və xidməti mənzillər üçün nəzərdə tutulan binalar Nazirliyin balansına götürülmüşdür. Həmin siyahıya Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən *07 saylı ev daxildir. Cavabdeh* və ailə üzvləri olan digər cavabdehlər hazırda Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən * nömrəli mənzildə yaşayırlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə *3. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol. Maddə *. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə *52. Mülkiyyət hüququnun anlayışı və məzmunu. *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. *52.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. *52.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. *52.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə *57. Mülkiyyətin müdafiəsi. *57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 329. Əqdlərin formaları. 329.*. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 35*. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 35*.*. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 35*.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 9*. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri. 9*.*. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 9*.*.*. xidməti yaşayış sahələri. Maddə 92. Xidməti yaşayış sahələrinin təyinatı. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar. 98.*. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə *03. Xidməti yaşayış sahələrinin verilməsi. *03.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 39. Müstəsna aidiyyət 39.*. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - *00 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.*4. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi Cavabdeh* *5 mart 2006-cı il tarixli 7ş/h nömrəli Əmr ilə Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Bakı şəhəri X5 Mühafizəsi üzrə X* ** N-li Hərbiləşdirilmiş Yanğın Hissəsinin Növbətçi Yanğınsöndürmə Xidmətinin yanğınsöndürəni vəzifəsinə təyin edilmişdir. Nazirliyin *8.*0.20*4-cü il tarixli əmri ilə Cavabdeh* *8.*0.20*4-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə X8 Heydərovun 22.05.20*5-ci il tarixli, 048 saylı əmri ilə Nazirliyin sifarişi ilə inşa edilmiş və istismara qəbul olunmuş yataqxana və xidməti mənzillər üçün nəzərdə tutulan binalar Nazirliyin balansına götürülmüşdür. Həmin siyahıya Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən *07 saylı ev daxildir. Cavabdeh* və ailə üzvləri olan digər cavabdehlər hazırda Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən * nömrəli mənzildə yaşayırlar. İddiaçı Nazirlik isə onların mənzildən çıxarılmasını tələb edir. Göründüyü kimi, iş materiallarından mübahisəli mənzilin cavabdehlərin sahiblik və istifadəsində qalmasına əsas verən hər hansı bir halın olması müəyyən edilmir. Belə olan halda iddiaçı Nazirlik cavabdehlərin mənzildən çıxarılmasını və mənzilin iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən cavabdeh kimi göstərilmiş Sadiq Qarayev və Pərişan Qarayeva *4 yaşına çatmamış uşaqlardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayıldığından valideynləri ilə birlikdə onlar da mübahisəli mənzildən çıxarılmalıdır. Məhkəmə xərcləri İddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan və iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilməmiş *00 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər mübahisəli mənzildən çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməli, ödənilməmiş *00 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh*, Cavabdeh3, Cavabdeh2 (X6 və X3 ilə birlikdə) Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən, * nömrəli mənzildən çıxarılsın və mənzil iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təhvil verilsin. Ödənilməmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh*, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2784/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2784/2024
28.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver