Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2785/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə* iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin cavabdehlər Cavabdeh*, Cavabdeh2, X5, X*0, X8 və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Cavabdeh* qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 66 nömrəli 3 otaqlı xidməti mənzildən Cavabdeh* çıxarılması və həmin mənzildən çıxarılan günədək mənzil üzrə kommunal xidmətlərə görə haqqın Cavabdeh* tərəfindən tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Fövqəladə Hallar Nazirliyi iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 66 nömrəli 3 otaqlı xidməti mənzildən Cavabdeh*, Cavabdeh2, X9, X6 çıxarılması və həmin mənzilin Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Fövqəladə Hallar Nazirliyi iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 66 nömrəli 3 otaqlı xidməti mənzildən Cavabdeh*, Cavabdeh2, X4, X9, X6 və X* çıxarılması və həmin mənzilin Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh* Daxili İşlər Nazirliyindən xidmətini davam etdirməsi üçün ezam olunaraq Fövqəladə Hallar Nazirliyinin 3* may 2006-cı il tarixli 049ş nömrəli Əmri ilə sərəncama götürülmüş və Fövqəladə Hallar Nazirliyinin 4 aprel 2007-ci il tarixli 2*3/ş nömrəli Əmri ilə Bakı şəhəri Əzizbəyov rayon X*3 Hissəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Fövqəladə Hallar Nazirliyinin 22 may 20*5-ci il tarixli 048 nömrəli Əmri ilə Nazirliyin sifarişi əsasında inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında yerləşən xidməti mənzillər üçün bina Nazirliyin balansına götürülmüşdür. Belə ki, Fövqəladə Hallar Nazirliyinin balansına götürülmüş Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında yerləşən 66 nömrəli 3 otaqlı xidməti mənzilin Cavabdeh* verilməsinə dair qərar və kirayə müqaviləsi mövcud deyildir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin *3 iyun 20*6-cı il tarixli 0702/ş nömrəli Əmri ilə Nazirliyin X*3 Xidmətinin Bakı şəhəri Suraxanı rayon X*3 Hissəsinin rəisi Cavabdeh* öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Cavabdeh* Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 66 nömrəli 3 otaqlı xidməti yaşayış sahəsinin boşaldılması tələb edilməsinə baxmayaraq Cavabdeh* həmin yaşayış sahəsini boşaltmaqdan imtina etmiş və hal-hazırda əsassız olaraq həmin yaşayış sahəsində yaşamaqdadır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 66 nömrəli 3 otaqlı xidməti mənzildən Cavabdeh*, Cavabdeh2, X4, X9, X6 və X* çıxarılması və həmin mənzilin Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatı.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə* iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh*, Cavabdeh2, X**, X*4, X*2 və X7 məhkəmə iclasına gəlməmişlər, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.
İş materialları.
5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş *3.06.20*6-cı il tarixli, 0702/ş nömrəli əmrdən görünür ki, Nazirliyin X*3 Xidmətinin Bakı şəhəri Suraxanı rayon Dövlət yanğından hissəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Cavabdeh* arzusu ilə Fövqəladə Hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir.
6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 2*3/ş nömrəli əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası DİN-dən xidmətini davam etdirilməsi üçün ezam olunaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 3*.05.2006-cı il tarixli 049 ş nömrəli əmri ilə sərəncama qəbul olunmuş Cavabdeh* Bakı şəhəri Əzizbəyov rayon X*3 Hissəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.
7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 22.05.20*5-ci il tarixli, 048 nömrəli əmrdən görünür ki, Nazirliyin sifarişi əsasında inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında yerləşən xidməti mənzillər üçün nəzərdə tutulan bina Nazirliyin balansına götürülmüşdür.
İşin faktiki halları.
8. Azərbaycan Respublikası DİN-dən xidmətini davam etdirilməsi üçün ezam olunaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 3*.05.2006-cı il tarixli 049 ş nömrəli əmri ilə sərəncama qəbul olunmuş Cavabdeh* Bakı şəhəri Əzizbəyov rayon X*3 Hissəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.
9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş *3.06.20*6-cı il tarixli, 0702/ş nömrəli əmrdən görünür ki, Nazirliyin X*3 Xidmətinin Bakı şəhəri Suraxanı rayon Dövlət yanğından hissəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Cavabdeh* arzusu ilə Fövqəladə Hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. *0. Cavabdehlər Cavabdeh2, X**, X*4, X*2 və X7 Cavabdeh* yaxın qohumları və övladlarıdır. Onlarda hazırda Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 A ünvanında yerləşən, 66 nömrəli xidməti mənzildə yaşayırlar. Tətbiq edilən hüquq.
**. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə *3. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
*2. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə *. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
*3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə *52. Mülkiyyət hüququnun anlayışı və məzmunu. *52.*. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. *52.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. *52.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. *52.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə *57. Mülkiyyətin müdafiəsi. *57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 329. Əqdlərin formaları. 329.*. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 35*. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 35*.*. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 35*.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
*4. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
Maddə 9*. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri. 9*.*. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 9*.*.*. xidməti yaşayış sahələri. Maddə 92. Xidməti yaşayış sahələrinin təyinatı. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar. 98.*. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə *03. Xidməti yaşayış sahələrinin verilməsi. *03.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
*5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*0-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”.
*.3. Yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. *.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 3.5. Aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.*. bu Qaydanın *.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı.
*6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
*7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - *00 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.*4. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi.
*8. İşin hallarından görünür ki, hazırda cavabdehlərin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 A ünvanında yerləşən, 66 nömrəli xidməti mənzil Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin balansındadır. Cavabdeh* 3*.05.2006-cı ildən *3.06.20*6-cı ilədək olan müddət ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləmişdir. “Nazirliyin sistemində xidmət edən bəzi hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin xidməti yaşayış sahələri ilə təmin edilməsi haqqında” Nazirliyin Kollegiyasının 09.02.20*7-ci il tarixli qərarı ilə Cavabdeh* Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 A ünvanında yerləşən, Nazirliyə məxsus xidməti yaşayış sahəsində mənzillə təmin edilmişdir. Hazırda cavabdehlər həmin mənzildə yaşayır. İddiaçı Fövqəladə Hallar Nazirliyi isə cavabdehin 20*6-cı ildən vəzifədən azad edilməsini nəzərə alaraq, onların mənzildən çıxarılmasını tələb edir. *9. Göründüyü kimi, tərəflər arasında xüsusi təyinatlı (xidməti) yaşayış sahəsinin kirayə münasibətləri olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kollegiyasının 09.02.20*7-ci il tarixli qərarından görünür ki, mübahisəli mənzil məhz xidməti fəaliyyətlə əlaqədar iddiaçı Nazirliyin həmin dövrdə əməkdaşı olan cavabdehə xidməti yaşayış sahəsi kimi verilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında olan əmək münasibətlərinə *3.06.20*6-cı il tarixdən etibarən xitam verilmişdir. Belə ki, cavabdeh müvafiq əmrlə həmin tarixdən işdən azad edilmişdir. Bununla da mənzilin cavabdehlərin sahiblik və istifadəsinə verilməsi üçün əsas olmuş hal aradan qalxmışdır. Belə olan halda iddiaçı Fövqəladə Hallar Nazirliyi cavabdehlərin mənzildən çıxarılmasını və mənzilin iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.
20. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən cavabdeh kimi göstərilmiş X*4, X*2 və X7 yetkinlik yaşına çatmamış uşaqlardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edildiyindən və hazırkı işdə hər iki valideynin mənzildən çıxarılması nəticəsinə gəlindiyindən valideynləri ilə birlikdə yetkinlik yaşına çatmayan uşaq da mübahisəli mənzildən çıxarılmalıdır.
Məhkəmə xərcləri.
2*. İddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan və iddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilməmiş *00 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər mübahisəli mənzildən çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməli, ödənilməmiş *00 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir.
23. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddiа təmin edilsin. Cavabdehlər Cavabdeh*, Cavabdeh2 və X** (yetkinlik yaşına çatmayan uşaqları X*4, X*2 və X7 ilə birlikdə) Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 A ünvanında yerləşən, 66 nömrəli xidməti mənzildən çıxarılsın və mənzil iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təhvil verilsin. Ödənilməmiş - *00 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh*, Cavabdeh2 və X3 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova