Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2790/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh2, Allahverdiyeva (Verdiyeva) Sevinc Müslüm qızının, Cavabdeh4 və Cavabdeh5, X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Verdiyeva) Sevinc Müslüm qızına, Cavabdeh4, Cavabdeh5, X4 və Maraqlı şəxsnə qarşı “evin naturada bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Allahverdiyeva (Verdiyeva) Sevinc Müslüm qızına, Cavabdeh4, Cavabdeh5, X4 və Maraqlı şəxsnə qarşı iddia ərizəsi ilə müraciət edərək paylı mülkiyyət hüququ ilə ona (iddiaçıya) və cavabdehlərə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə ona (iddiaçıya) məxsusdur. Qeyd edilən evi 05.11.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında X2 almış və hal-hazırda qeyd edilən daşınmaz əmlak onun və cavabdehlərin mülkiyyətindədir. Həmin daşınmaz əmlakın paylı mülkiyyətdə olması onun əmlakdan istifadə etməsini və ona dair sərəncam verməsini çətinləşdirir. Belə ki, əmlakla bağlı istənilən addım atılan zaman digər mülkiyyətçinin razılığı da tələb olunur. Bu səbəbdən də o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus hissəsinin naturada bölünməsi istəyir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh5 iddia tələbini qəbul edərək bildirmişdir ki, o evin İddiaçı məxsus “B” tikilisi (2 otaq, 46.9 kv.m) hissəsində naturada ayrılmasına etiraz etmir. Digər cavabdehlər Cavabdeh2, Allahverdiyeva (Verdiyeva) Sevinc Müslüm qızı, Cavabdeh4 eyni məzmunlu izahat verərək bildirmişlər ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı hissələrdən ibarətdir və İddiaçı məxsus “B” tikilisi (2 otaq, 46.9 kv.m) hissəsində naturada ayrılmasına etiraz etmirlər. İş üzrə digər cavabdehə və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki tərəfin iddia tələbi ilə bağlı mövqeləri eyni olduğundan aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “F” tikilişi 29.03.2012-ci il tarixdən Cavabdeh1, “Ə” tikilisi 08.02.2012-ci il tarixdən Cavabdeh2, “A” tikilisindən 1 otaq 08.02.2012-ci il tarixdən Cavabdeh3, “A” tikilisindən 2 otaq 08.02.2012-ci il tarixdən Cavabdeh4 və “B” tikilisi 2 otaq 46.9 kv.m 12.11.2019-cu il tarixdən İddiaçı adına dövlət qeydiyyatından keçmişdir. İş materiallarına əlavə edilmiş AN-İ seriyalı № ******* saylı 05.11.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi (2 otaq, 46.9 kv.m) hissəsində İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti X5 və başqalarıdır. Suraxanı rayon məhkəməsinin 30.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 29.11.2021-ci il tarixli 10/4458 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus “B” tikilisinin (2 otaq, 46.9 m2) mülki iş materiallarının 11-ci səhifəsində yer alan “Bölgü sxemi”ndə qeyd olunan sərhədlər daxilində faktiki olaraq ayrıldığı və bunun “İnşaat Norma və Qaydaları” 2.08.01.89*-un və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri böiməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə uyğun olduğu müəyyən olundu. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.1-ci, 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “F” tikilişi 29.03.2012-ci il tarixdən Cavabdeh1, “Ə” tikilisi 08.02.2012ci il tarixdən Cavabdeh2, “A” tikilisindən 1 otaq 08.02.2012-ci il tarixdən Cavabdeh3, “A” tikilisindən 2 otaq 08.02.2012-ci il tarixdən Cavabdeh4 və “B” tikilisi 2 otaq 46.9 kv.m 12.11.2019-cu il tarixdən İddiaçı adına dövlət qeydiyyatından keçmişdir. Hazırda İddiaçı paylı mülkiyyət hüququ ilə ona və cavabdehlərə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsini xahiş edir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və əldə edilmiş 29.11.2021-ci il tarixli 10/4458 saylı ekspert rəyi ilə bölgünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 29.11.2021-ci il tarixli 10/4458 saylı rəyi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus “B” tikilisinin (2 otaq, 46.9 m2) mülki iş materiallarının 11-ci səhifəsində yer alan “Bölgü sxemi”ndə qeyd olunan sərhədlər daxilində faktiki olaraq ayrıldığı və bunun “İnşaat Norma və Qaydaları” 2.08.01.89*-un və Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri böiməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə uyğun olduğu müəyyən olundu. Belə olan halda məhkəmə ekspert rəyinə uyğun olaraq qeyd edir ki, hazırda iddiaçının iddiası təmin edilməlidir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus “B” tikilisi (2 otaq, 46.9 kv.m) hissəsində mövcud olan payının faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkündür. Odur ki, məhkəmə hesab edir ki, iddia ekspert rəyinə uyğun olaraq təmin edilməlidir. Bundan başqa, iddia tələbi tam təmin edildiyinə görə, aparılmış ekspertiza xərci 50 (əlli) manat İddiaçı tutularaq dövlət nəfinə tutulmalıdır. Beləliklə məhkəmə təqdim edilmiş və məhkəmə zamanı əldə edilmiş bütün sübutların mötəbərliyini əsas götürərək iddianın tam təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “Bölgü sxemi”ndə qeyd olunan sərhədlər daxilində İddiaçı məxsus “B” tikilisi (2 otaq, 46.9 kv.m) hissəsində mövcud olan payı faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri-50 (əlli) manat İddiaçından tutularaq dövlət xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2790/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2790/2021
21.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver