Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2796/2021 11.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçının X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdeh xx xxxxxxxx 1983-cü il təvəllüdlü Cavabdeh ləyaqətsiz vərəsə hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh onun doğma qızıdır və 2012-ci il tarixə kimi onunla birlikdə yaşamışdır. Cavabdeh 2012-ci ildən valideynlərinə ögey münasibət göstərərək valideynlərinə qarşı saymamazlıq edərək, ailənin şərəfini alçaldaraq, tüfeyli həyat keçirməyə başlamışdır. Digər qızı X7 23.08.2018-ci il tarixdə vəfat etmişdir. Mərhum əri vəfat edənə qədər müxtəlif xəstəxanalarda stasionar müalicə almışdır. Cavabdehin atası xəstəxanalrda yatarkən cavabdeh bir dəfə də olsun atasını ziyarət etməmişdir. Baxmayaraq ki, atası xəstəxanada yatarkən Güneli dəfələrlə arzulamış, onu görmək istəmişdir. Lakin cavabdeh bir dəfə də olsun atasının səhhəti ilə maraqlanmamışdır. Əri - cavabdehin atası X8 03 noyabr 2018-ci ildə vəfat etmişdir. Yaşadığı mənzil Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən 30/104705 nömrə ilə 21.09.1996-cı il tarixdə qeydiyyata alınmış qeydiyyat vəsiqəsinə əsasən məhrum əri X5 xüsusi mülkiyyətində olmuşdur. Yuxarıda qeyd etdiyim kimi əri 03 noyabr 2018- ci il tarixdə vəfat etmişdir. Cavabdehin ləyaqətsiz hərəkətləri səbəbindən, onun üzrə vərəsə kimi miras qoyanın mirasını qəbul edə bilmir. Cavabdehin onun öz iradəsini həyata keçirilməsinə qəsdən maneələr törədir. Odur ki iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Doğum haqqında şəhadətnamənun sürətindən görünür ki, Cavabdeh Oruc qızının atası X8, anası X3r. İş materiallarından görünür ki, Suraxanı rayon Kommunal Təsərrüfat Birliyinin 27.04.2021-ci il tarixli 382№-li arayışından görünür ki, Cavabdeh Yeni Günəşli qəsəbəsi V yaşayış sahəsinin 5 saylı evinin, 53№-li mənzilindən 20.12.2013-cüu il tarixindən qeydiyyatdan çıxıb yaşamır. İş materiallarında olan Az İ974094 №-li Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 03.11.2018-ci il tarixində ölmüşdür. İş materiallarından görünür ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi ev 5, mən. 53 Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən 30/104705 nömrə ilə qeydiyyata alınmış qeydiyyat vəsiqəsinə əsasən məhrum əri X5 xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, şəxsin ləyaqətsiz vərəsə hesab edilməsindən ötrü şəxs miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməlidir. Yaxud da vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməlidir ki, bu zaman isə şəxsin təqsiri məhkəmədə təsdiq olunsun. Məhkəmə qeyd edir ki, hər hansı şəxsi ləyaqətsiz vərəsə hesab edilməsindən ötrü iki hal müəyyən edilmişdir. Həmin hallardan hər hansı biri olduqda şəxs ləyaqətsiz vərəsə hesab oluna bilər. İddiaçı yuxarıda qeyd olunan və ləyaqətsiz vərəsələr hesab edilməsi üçün əsas verən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: X2 Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2796/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2796/2021
11.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver