Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2802/2020 07.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun vəkili X8, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ”uşaqların onun himayəsinə verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat olmaqla alimentin tutulub ona (iddiaçıya) ödənilməsi və xx.xx.2011-ci təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək onun (iddiaçının) himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəmə iclasında iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, azyaşlı cavabdehin işləməməsini və maddi imkanını nəzərə alaraq aliment hissəsində tələb etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsini rəhbər tutaraq xx.xx.2011-ci təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək onun (iddiaçının) himayəsində qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh ilə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Faktiki nikahdan xx.xx.2011-ci təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə nikahlarını rəsmləşdirməmişlər, uşaqların doğum haqqında şəhadətnaməsini də tək ana kimi almışdır. Cavabdehlə faktiki ailə qurduqdan sonra bir müddət normal yaşadıqdan sonra aralarında fikir ayrılığı olmuşdur. Belə ki, cavabdeh ailəsinə qarşı çox etinasız olmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixində uşaqları atıb evdən çıxıb getmiş və iki aydan çoxdur ki, bir dəfə də olsun uşaqları ilə maraqlanmamışdır. Cavabdehin belə məsuliyyətsizliyini görüb uşaqların atasının müəyyən olunması üçün Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsinə gəlməsini xahiş etmişdir. Cavabdeh isə bunun qarşılığında 2000 manat məbləğində ondan pul tələb etmişdir. O isə məcbuiyyət qarşısında qalaraq xx.xx.2020-ci il tarixində uşaqları aparıb cavabdehə təhvil vermişdir. xx.xx.2020-ci il tarixində cavabdeh bacısı ilə birlikdə azyaşlı uşaqları aparıb sığınacağa vermiş, bu barədə o sosial mediadan xəbər tutmuşdur. Xəbər tutan kimi cavabdehin yaşadığı evə getmiş və uşaqları ondan alıb özü saxlamaq üçün cavabdehin anasına 600 manat bacısına isə 200 manat pul vermişdir. Bundan sonra cavabdeh razılaşıb onunla 2 saylı Asan xidmət mərkəzinə getmiş və uşaqlara atalığın müəyyən olunması barədə şəhadətnamə almışdır. Uşaqlar isə yeddi gün sığınacaqda qalmışlar, hal-hazırda hər iki uşaq xx.xx.2020-ci il tarixindən onun yanındadırlar, onlara dayə baxır və dayənin aylıq əmək haqqısı 400 manat təşkil edir. Uşaqların sağlamlığı və saxlanılması ilə bağlı heç bir maddi problem yoxdur. Uşaqların gündəlik tələbatlarını tam yüksək səviyyədə ödəyir və bu əsasla uşaqların onun yanında qalması məqsədə uyğundur. Uşaqların gələcəkdə təhsil almalarına və onların təminatını ödəməyə gücünün çatdığını bildirmişdir. Onun tək istədiyi hər iki övladı xx.xx.2011-ci təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X9 onun himayəsində qalmalarıdır. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ilə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar və onlarin faktiki nikahdan xx.xx.2011-ci təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. İlk əvvəl ailə münasibətləri normal olsa da, sonradan onların arasında fikir ayrılığı olmuşdur. o, azyaşlı övladlarına 10 il müddətinə tək ana kimi baxmışdır. O evi özü tərk etməmiş, iddiaçı onları gəzməyə getmələri adı ilə evdən çıxarmış və sonradan qapının açarlarını dəyişmişdir. Uşaqları sığınacağa verməsi ilə tamamilə yalandır. Belə ki, iddiaçı uşaqları gətirib bloka qoyub çıxıb getmiş və o evdə olmadığından onun bacısı uşaqları aparıb polisə təhvil vermişdir. Polis isə həmin uşaqları apararaq İctimai Birliyə təhvil vermişdir. Sonradan həmin məsələni onun bacısı mediyada işıqlandırmış və buna görə də o 200 manat xərc çəkmişdir. Halhazırda heç bir yerdə işləmir, onun evi və uşaqlara baxacaq şəraiti yoxdur. Övladlarından ayrı yaşamaq istəməsə də, buna məcbur olduğunu bildirmişdir. Hər iki övladının müvəqqəti olaraq atasının himayəsində qalmasına razı olduğunu və bununla bağlı ərizə təqdim edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. X2 izahat verərək bildirmişdir ki, onun yeddi yaşı var, ikinci sinifdə oxuyur və halhazırda atası ilə qalır. Belə ki, onun üçün atası ilə qalmaq daha rahatdır və o atasının himayəsində qalmaq istədiyini bildirmişdir. X4 izahat verərək bildirmişdir ki, onun doqquz yaşı var və 4-cü sinifində oxuyur. O, hal-hazırda atası ilə qalır. O hərdən anası ilə görüşmək istəyir. Lakin atasının himayəsində qalmaq istədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Anası Cavabdeh, atası İddiaçıdur. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. Anası Cavabdeh, atası İddiaçıdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli AZ İ№ 391956 saylı atalığın müəyyən etmək haqqında şəhadətnamədən görünür ki, İddiaçı X6 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli AZ İ№ 391957 saylı atalığı müəyyən etmək haqqında şəhadətnamədən görünür ki, Nəbiyev X7 Ayan Cavid qızının atası hesab edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-2802/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “uşaqların onun himayəsinə verilməsi və və aliment” tələbinə dair mülki işə rəy verilməsi Bakı şəhəri Suraxanı RİH-nin Qəyyumluq və Himayə Komissiyasına həvalə olunmuşdur. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli rəyi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, İddiaçı ilə Cavabdeh arasında faktiki nikahdan doğulmuş xx.xx.2011-ci təvəllüdlü X12 və xx.xx.2013cü il təvəllüdlü X9 İddiaçı himayəsinə verilməsi yetkinlik yaşına çatmayanların mənafeyi baxımından RİH yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən məqsədəuyğun hesab edilmişdir. İş materiallarına əlavə olunmuş “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyi tərəfindən verilmiş 164 saylı xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayonu Polis İdarəsi 30-cü polis Bölməsinin əməkdaşı Polis kapitanı X13 tərəfindən xx.xx.2011-ci təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X1 yerləşdirilmişdir. xx.xx.2020-ci il tarixində X22 Yardım İctimai birliyinin hüquqşünası X14 tərəfindən ana xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh sağ-salamat təhvil verilib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsin əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, Cavabdeh və İddiaçı faktiki nikaha daxil olaraq ailə qurmuşlar və nikahlarını rəsmiləşdirməmişlər. Tərəflərin birgə nikahından xx.xx.2011-ci təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X15 adlı uşaqları dünyaya gəlmişdir. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onunla Cavabdeh arasında olan faktiki nikahdan doğulmuş hər iki övladı xx.xx.2011-ci təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X9 onun himayəsində saxlanılmasını xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi işdə göstərilən əsaslara görə, həmçinin cavabdehin ərizəsi nəzərə alınmaqla təmin edilməli, xx.xx.2011-ci təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X15 atası İddiaçı yanında saxlanılmaqla onun himayəsinə verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X3 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. X3 Baş Məclisinin xx xxxxxx 1959-cu il tarixli, 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş X5 6-cı prinsipində qeyd edilir ki, uşaq, şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir, azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Yetkinlik yaşına çatmayan uşaqlar - xx.xx.2011-ci təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X15 atası İddiaçı oğlunun himayəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2802/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2802/2020
07.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver