Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2841/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1992-ci il tarixdən hal-hazıradək fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində daimi yaşaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci.ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuşdur. Ailəlidir, birgə nikahdan 5 (beş) övladı var. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. 1992-ci ildə Gürcüstan Respublikasında “Sıvanlar tərəfindən” azərbaycanların kütləvi şəkildə çıxarılması ilə bağlı hadisələrlə əlaqədar o, ailəsi ilə birlikdə məcbur olub vətəni Azərbaycana gəlmişdir. Hal-hazırda o, 1992-ci ildən ünvan 2 ünvanında yaşayır. O, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq məqsədilə AR-sı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, müraciətinə cavab olaraq AR-sı Dövlət Miqrasiya Xidmətindən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun 14cü maddəsinin 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxaq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı ilin yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması üçün indiki vəziyyətdə 2006-cı ilin yanvar 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə məhkəmə qətnaməsinin qəbul edilməsi zərurəti yaranmışdır. Hazırki vəziyyətdə onun 1992-ci ildən hal-hazıradək Azərbaycan Respublikasına yaşaması mövcud arayışlar, qonşu və qohumların izahatları və digər sənədlərlə, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması isə müvafiq səlahiyyətli orqanlardan əldə edilmiş məlumatlar və ümumvətəndaş pasportunun olmaması ilə təsdiq edilir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək ərizənin təmin edilməsini xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, ərizəçinin ərizəsinin təmin edilməsinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən etiraz edilmir. Bununla əlaqədar olaraq təyin ediləcək məhkəmə iclaslarının DMX-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını dinləyib, hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş DSİA Kvemo Kartli VRA xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1965-ci ildə Gürcüstan, Dmanisidə anadan olmuş, valideynləri Qarayev Hümbət və Qarayeva Həcərdir. Sovet Sosial Respublikalar X3 görünür ki, Ərizəçi 1965-ci il 20 mart tarixində, Gürcüstan SSR Dmanisi rayonu, Gödək-dağ kəndində anadan olmuş, milliyyəti azərbaycanlı, pasportu verən orqan Gürcüstan SSR Dmanisi rayonu daxili işlər şöbəsidir. Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayənədəliyinin xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, 14A saylı evdə 1992-ci ildən bu günədək qeydiyyatsız yaşayır. Gürcüstanın Azərbaycandakı səfirliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi Gürcüstanın Ədliyyə Nazirliyinin dövlət servisləri inkişaf agentliyinə təqdim olunan sənədlərə və agentlik əldə etdiyi sənədlərə əsasən Gürcüstan vətəndaşı hesab olunmur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2019-cu il tarixli R/Y-4798 saylı Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, Ərizəçi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş xx.xx.2019-cu il tarixli Q-7673 nömrəli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar bildirilir ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında’’ Azərbaycan Respublikasrnın 1998-ci il 30 sentyabr-tarixli 527-İQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Odur ki, 1992-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” ******* saylı arayışından müəyyən olunur ki, xx xxxx 1965-ci il təvəllüdlü Ərizəçi-in 217327/m nömrəli, 04 oktyabr 2021-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Nikah haqqında şəhadətnamənin tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş nüsxəsindən müəyyən olunur ki, Ərizəçi ilə Hüseyn Ömərov arasında nikah xx.xx.1984-cü il tarixdə bağlanmış və arvada Ömərova soyadı verilmişdir. Əsas təhsil haqqında şəhadətnamədən müəyyən olunur ki, 1992-ci il təvəllüdlü X9 Bakı şəhəri C.Rəhimov adına 146 №-li orta məktəbdə oxumuş və 2009-cu ildə əsas təhsilini bitirmişdir. Əsas təhsil haqqında şəhadətnamədən müəyyən olunur ki, 1990-cı il təvəllüdlü X8 Bakı şəhəri C.Rəhimov adına 146 №-li orta məktəbdə oxumuş və 2008-ci ildə əsas təhsilini bitirmişdir. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1965-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuşdur. 1984cü ildə Hüseynov Ömərlə nikaha daxil olmuşdur. 1992-ci ildə Gürcüstan Respublikasından azərbaycanların kütləvi şəkildə çıxarılması ilə bağlı hadisələrlə əlaqədar o, ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. O, həmin vaxtdan ünvan 2 ünvanında daimi olaraq yaşayır. X.X4 nikahından iki övladı vardır. X1 1990-cı il təvəllüdlüdür və 2008-ci ildə Bakı şəhəri C.Rəhimov adına 146 №-li orta məktəbində əsas təhsilini bitirmişdir. X2 1992-ci il təvəllüdlüdür və 2009-cu ildə Bakı şəhəri C.Rəhimov adına 146 №-li orta məktəbində əsas təhsilini bitirmişdir. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin ərizəçiyə məsələnin həlli ilə bağlı rayon məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda məhkəmə müəyyən edir ki, ərizəçi nə Azərbaycan Respublikasının, nə də Gürcüstan Respublikasının vətəndaşı deyil. Hazırda ərizəçinin vətəndaşlıqla bağlı müraciət etməsi üçün onun Azərbaycan Respublikası ərazisində 1992-ci ildən bu günədək daimi yaşama faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi milliyyətcə azərbaycanlıdır və azərbaycan dilində səlis danışır. Beləliklə də məhkəmədə müəyyən edilmişdir ki, ərizəçi faktiki olaraq 1992-ci ildən hazırki vaxta kimi fasiləsiz olaraq 30 ildir ki, ailəsi ilə birgə Azərbaycan Respublikasının Bakı şəhərində yaşayır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, Ərizəçi 1992-ci il tarixdən bu günədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217, 307-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi 1992-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2841/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2841/2022
13.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver