Məhkəmə qərarları › İş №2(010)-2845/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2845/2025

24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2845/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5 05.08.*952-ci il tarixində Ermənistan SSR Amasiya (Qukasyan) rayonunda doğulmasına dair akt qeydinin bərpa edilməsi, onun doğum akt qeydində ata adı qrafasında X**, milliyyəti azərbaycanlı, ana adı qrafasında X9, milliyyəti azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X4 05.08.*952-ci il tarixində Ermənistan SSR Amasiya (Qukasyan) rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnamə də orada verilmişdir. Qeyd edir ki, naməlum şəraitdə doğum haqqında şəhadətnamə itirilmiş, hazırda məlum səbəblərdən sənədin dublikatını almaq mümkün olmamışdır. X4 dünyasını dəyişdiyi üçün vərəsəlik işinin açılması ilə əlaqədar notariusa müraciət edilməsi üçün, gələcəkdə vərəsəlik şəhadətnaməsinin alınmasında istifadə edilməsi üçün doğum haqqında şəhadətnamənin bərpa edilməsi lazımdır. Yəni miras qalmış əmlakın sənədləşdirilməsi üçün doğum haqqında şəhadətnamənin alınması zərurəti vardır. Bundan əlavə qeyd edir ki, qeydiyyat şöbəsi şəhadətnamənin verilməsindən imtina etmişdir. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün anasının doğum haqqında şəhadətnaməsi lazım olduğundan, bu məqsədlə o, 4 saylı Bakı “Asan Xidmət” X*6 müraciət etmişdir, lakin müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, “05 avqust *952-ci ildə Ermənistan SSR, Amasiya (Qukasyan) rayonu Oxçuoğlu kəndində anadan olmuş X5 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır". Qeyd edir ki, ərizəyə əlavə edilmiş anasına məxsus **.04.2009-cu il tarixli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 05 avqust *952-ci ildə Ermənistan SSR, Amasiya (Qukasyan) rayonu Oxçuoğlu kəndində anadan olmuşdur. Bundan əlavə ərizəyə əlavə edilmiş ərizəçinin valideynlərinə məxsus **.04.*974-cü il tarixli “Nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X4 05 avqust *952-ci ildə Ermənistan SSR, Amasiya (Qukasyan) rayonu Oxçuoğlu kəndində anadan olmuşdur. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçinin X4na doğum haqqında şəhadətnamənin verilməsindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Doğum haqqında şəhadətnaməni başqa formada ala bilmədiyi üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Həmçinin qeyd edir ki, anasının doğulması faktını təsdiq edəcək sübutları ərizəyə əlavə edir. Eyni zamanda anasının doğum faktını təsdiq edəcək şahidlərin iştirakını məhkəmə iclasında təmin edəcəkdir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs olan 4 saylı Bakı “Asan Xidmət” X*3 nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* bildirmişdir ki, o, X3nın şəhadətnaməsi üçün gəlmişdir. Qeyd etmişdir ki, X7 ən böyük bacısıdır, 8 martda rəhmətə gedib, 5-6 avqust *952-ci ildə anadan olub. Əlavə olaraq özünün Ermənistanın Amasiya rayonunun Oxçuoğlu kəndində anadan olduğunu, valideynlərinin də orada anadan olub yaşadığını, X3nın Gürcüstana ərə getdiyini, Amasiya rayonu Oxçuoğlu kəndində anadan olduğunu, Gürcüstana köçən vaxtının yadında olmadığını və ondan 8 yaş böyük olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, X3nın doğum haqqında şəhadətnaməsi itib. Qeyd etmişdir ki, şəhadətnamənin harada itdiyini bilmir, X3 05 avqust *952-ci ildə anadan olmuşdu, özündən sonra 2 qardaşı var. Əlavə olaraq 5 bacı, 4 qardaş olduqlarını, tək bu bacısının rəhmətə getdiyini, X3nın Amasiya rayonu, Oxçuoğlu kəndində anadan olduğunu, qaçqınlıq dövründə valideynlərinin Bakıya gəldiyini, özünün isə yaşadıqları kənddən daha əvvəl çıxaraq ərə getdiyini qeyd etmişdir. Bildirmişdir ki, valideynləri *988-ci ildə Bakıya gəlmişdir, bacısı X* vaxt isə yadında deyil, həmin vaxt balaca olub. Bacısı X2 ərə getmişdi. İş materialları. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-*6-5/8-*5-3*7/2025 nömrəli məktuba cavabdan görünür ki, şəxsin 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən X4nın doğum haqqında akt qeydinin bərpası ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətinə baxılmış və bildirilmişdir ki, ərizənin icrası mümkün olmamışdır. Həmçinin, ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş X5 şəxsiyyət vəsiqəsindən görünür ki, o, Ermənistan, Qukasyan rayonunda 05 avqust *952-ci ildə anadan olmuşdur. Marneuli rayonu, Gulpar kənd soveti tərəfindən verilmiş **.04.*974-cü il tarixli, İ-ТИ seriyalı, 255893 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Ağəli və X7 arasında **.04.*974-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə *2 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Sənədin surətindən görünür ki, X7 Ermənistan SSR Amasiya (Qukasyan) rayonu, Oxçuoğlu kəndində anadan olmuşdur. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən *4.03.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 4940*6 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında *4.03.2025-ci il tarixdə 29* nömrə ilə qeyd edilmişdir. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən *2.07.*994-cü il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 47*773 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X** *3.06.*994-cü il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında *2.07.*994-cü il tarixdə 623 nömrə ilə qeyd edilmişdir. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 07.0*.20*0-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 392360 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 28.*2.2009-cu il tarixdə kəskin ürək damar çatmamazlığı səbəbindən Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 07.0*.20*0-cu il tarixdə ** nömrə ilə qeyd edilmişdir. Ermənistan SSR Oxçoqlu kənd soveti tərəfindən verilmiş *4.08.*965-ci il tarixli, İ-ЗЖ seriyalı, 8537*9 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 (atası X**, anası X9) xx.xx.*965-ci ildə Ermənistan SSR, Amasya rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *4.08.*965-ci il tarixdə 57 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *66. Doğumun qeydə alınması qaydası *66.*. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. *66.2-*. Doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür… Maddə *68. Doğum haqqında qeydiyyat *68.*. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. *68.2. Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2.**. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 nömrəli 3* oktyabr 2003-cü il tarixli Qərarı. 2.23. Doğumun dövlət qeydiyyatı üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq *6 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Müəyyən olunmuş müddətdə qeyd olunmamış *6 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra "vaxtı keçmiş qeydiyyat" sözləri yazılmaqla aparılır. 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4nın 05.08.*952-ci il tarixində Ermənistan SSR Amasiya (Qukasyan) rayonunda doğulmasına dair akt qeydinin bərpa edilməsini, onun doğum akt qeydində ata adı qrafasında X**, milliyyəti azərbaycanlı, ana adı qrafasında X9, milliyyəti azərbaycanlı kimi qeyd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən proses iştirakçılarının izahatları və iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, 05.08.*952-ci il təvəllüdlü X7 Ermənistan SSR, Amasiya (Qukasyan) rayonunda anadan olmasına baxmayaraq onun doğumun qeydə alınma faktını, vaxtını və yerini təsdiq edən sənədi-doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itirildiyindən bərpa edilməsi mümkün olmamışdır. Şahidlərin ifadələrindən və işə əlavə edilmiş sənədlərdən görünür ki, X7 05.08.*952-ci il tarixdə Ermənistan ərazisində doğulmuşdur. Həmçinin, onun valideynləri və bacıları da Ermənistan ərazisində doğulmuş və müəyyən müddətə qədər orada yaşamışdırlar. Marneuli rayonu, Gulpar kənd soveti tərəfindən təqdim edilmiş **.04.*974-cü il tarixli, 255893 nömrəli nikah haqqında şəhadətnamənin surətindən də aydın olur ki, X5 doğulduğu yer Ermənistan SSR, Amasiya (Qukasyan) rayonu, Oxçoğlu kəndidir. Həmçinin ərizəyə əlavə edilmiş X6 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 05.08.*952-ci ildə Ermənistan SSR, Qukasyan rayonunda anadan olmuşdur. Bununla yanaşı, X5 bacısı – Şahid2 doğum haqqında şəhadətnaməsinin surətindən də görünür ki, onun ata qrafasında ata adı - X**, ana qrafasında ana adı - X9 olaraq qeyd edilmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi X4nın doğumun qeydə alınma faktının müəyyən edilməsi üçün 4 saylı Bakı “Asan xidmət” X*6 müraciət etmiş, lakin, doğum haqqında akt qeydinin bərpasına dair kifayət qədər sübut olmadığından ərizənin qeydiyyat şöbəsində təmin olunması mümkün olmadığı bildirilmişdir. Belə olan halda, Ərizəçi ərizə ilə müvafiq olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə hesab edir ki, belə olan halda, doğum faktının (doğuma dair akt qeydi) digər yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 05.08.*952-ci il təvəllüdlü X5 Ermənistan SSR Amasiya (Qukasyan) rayonunda anadan olması faktı müəyyən edilməli, X5 milliyyəti-azərbaycanlı, ata qrafasında ata adı - X**, ana qrafasında ana adı - X9 olaraq qeyd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 05.08.*952-ci il təvəllüdlü X5 Ermənistan SSR Amasiya (Qukasyan) rayonunda anadan olması faktı müəyyən edilsin. 05.08.*952-ci il təvəllüdlü X5 milliyyəti-azərbaycanlı, ata qrafasında ata adı - X**, ana qrafasında ana adı - X9 olaraq qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar