Məhkəmə qərarları › İş №2(010)-285/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-285/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-285/2022 06.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı “01.08.2019cu il tarixli **********93119 №-li Kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.08.2019-cu il tarixli **********93119/İM №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsində istifadədə olan 0,0756 ha torpaq sahəsində yerləşən 50 A nömrəli, 9 mərtəbəli binada 94,58 kv.m ümumi, 65.03 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı, 3 nömrəli mənzilə tutmanın yönəldilməsi və 01.08.2019-cu il tarixli **********93119 №-li Kredit xətti müqaviləsi üzrə borc alan "Nahid-V” MMC-nin iddiaçı ASC «Xalq» Bankı qarşısında 22 220,47 manat məbləğində vaxtı keçmiş əsas borc, 01.08.2020-ci il tarixdən (kreditin verilməsi müddətinin bitdiyi tarixdən) 30.09.2021-ci il tarixə (iddia ərizəsinin verildiyi tarixə) olan dövr üçün illik 20 % dərəcəsi ilə hesablanmış 668,53 manat məbləğində əldən çıxmış fayda (zərər), cəmi 22 889,01 manat məbləğində pul vəsaiti və 30.09.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda, sənədin notariat qaydasında təsdiq edilməsinə görə 3 (üç) manat məbləğində çəkilmiş xərc ipoteka predmetinin dəyərindən iddiaçı ASC "Xalq" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) məhkəmə tərəfindən tərəflərin qarşılıqlı razılığı ilə seçdikləri İpoteka müqaviləsində (3.9-cu bənd) qeyd olunmuş ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) müstəqil qiymətləndiricilərdən birinin rəyi əsasında müəyyən edilməsi, ipoteka predmeti olan mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, onun ailə üzvləri və digər şəxslər mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması, məhkəmə qətnaməsinin "xxxx" MMC-nin hüquq və vəzifələrinə təsir edə biləcəyini nəzərə alaraq, həmin şirkət cavabdehlərin tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştiraka cəlb edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək mübahisənin məhkəmədən kənar həll edildiyini, kredit müqaviləsi üzrə borcun tam ödənildiyini, borc alanın bank qarşısında öhdəliyinin mövcud olmadığını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı “01.08.2019-cu il tarixli **********93119 №-li Kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də həmin iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu Məcəllənin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin məcəllənin 261.0.4.-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı “01.08.2019cu il tarixli **********93119 №-li Kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işlə bağlı 02.02.2022-ci il tarixli iddiadan imtinası qəbul olunsun. İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı “01.08.2019cu il tarixli **********93119 №-li Kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar