Məhkəmə qərarları › İş №2(010)-2850/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2850/2025

22.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2850/2025 22.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas kаtibliyi ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.*966-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.*966-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuşdur. X3, anası isə X4r. Valideynlərinin başqa övladları da vardır. Onlar Ermənistan Respublikasından qaçqın düşdükləri zaman onun doğum haqqında şəhadətnaməsi digər sənədlərlə birlikdə orada qalmışdır. Bununla bağlı hansı orqana müraciət etsə də, həmin sənədin dublikatını əldə edə bilməmişdir. Müəyyən hüquqi sənədləşmə işləri aparmaq üçün həyat yoldaşının doğum haqqında şəhadətnaməsi lazım olduğundan, bu məqsədlə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətə məktubla cavab olaraq qeyd edilmişdir ki, “Siz xx.xx.*966-cı il tarixdə Ermənistan Respublikasının Ağababa rayonunda anadan olmuşunuz və doğum Ermənistanda qeydə alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *62.*-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin, həmin məcəllənin *62.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Qeyd olunanlara əsasən, Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etməyinizi tövsiyyə edir”. Ərizəyə əlavə edilmiş ona məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.*966-cı ildə anadan olmuşdur. Qardaş və bacısına məxsus doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, qardaşı X9 2*.06.*968-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda andan olmuş, X3, anası isə X4r. X* *5.*2.*962-ci il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuş, X3, anası isə X4r. Ona doğum haqqında şəhadətnamənin verilməsindən Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin qeyd edir ki, bu faktı təsdiq edəcək şahidlərin iştirakını məhkəmə iclasında təmin edəcəkdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 24.*. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Maddə 25.*. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Maddə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ. 4.*. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. *3.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Maddə 26*. İcraata xitam verilmə əsasları. 26*.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 26*.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.*. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi öldüyündən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın, yəni doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə hazırlıq iclası zamanı iş üzrə Ərizəçi şəxsiyyəti haqqında məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilməsi zamanı sonuncunun xx.xx.2025-ci il tarixdə öldüyü aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Göründüyü kimi, müvafiq prosessual hüquq normasının tətbiq edilməsi üçün hər iki şərt eyni anda mövcud olmalı və həmin şərtlərin mövcudluğu halında iş üzrə icraata xitam verilməlidir. Hazırkı iş üzrə tərəf olan ərizəçi – Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat etdiyi və barəsində mübahisə edilən hüquq münasibəti prosessual hüquq varisliyinə yol vermədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26*-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elekton məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar