Məhkəmə qərarları › İş №2(010)-2852/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2852/2021

10.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2852/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Ərizəçi Fərhadova (Rzayeva) Ruqayıb Əli qızının iştirakı ilə, Ərizəçi Fərhadova (Rzayeva) Ruqayıb Əli qızının Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Fərhadova (Rzayeva) Ruqayıb Əli qızı Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Leyla adında övladının doğum faktının qeydə alınmasını, ona Leyla adını, Rzazadə soyadını, ata adının isə Anar olmasının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Fərhadova (Rzayeva) Ruqayıb Əli qızı ərizəsini onunla əsalandırmışdır ki, o, Fərhadova (Rzayeva) Ruqayıb Əli qızı xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. Onun, 03.03.2014-cü il tarixdə X9 bir qız övladı doğulmuşdur. Uşağa Leyla adını vermişlər. Uşaq ev şəraitində doğulduğundan, doğuma aid heç bir rəsmi sənəd olmamışdır. Övladına doğum haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, ona Qeydiyyat şöbəsi tərəfindən 16 aprel 2021-ci il tarixli, 377-05/75 nömrəli məktubla cavab verərək bildirmişlər ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003- cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 2.5-ci bəndinə əsasən, doğumun qeydə alınmasını təsdiq edən müvafiq sənədlər olduqda, doğum haqqında şəhadətnamə verilə bilər. Əks halda belə sənədləri təqdim etmədikdə hüquqi faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini tövsiyə edərək, doğum haqqında şəhadətnaməni verməkdən imtina etmişlər. Övladı Leylanın ev şəraitində doğulduğunu qonşularda təsdiq etmişlər. Bunun üçün akt tərtib olunmuş, Suraxanı RİHB-nın Hövsan qəsəbəsi üzrə nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Övladının sağ və salamat olmasını, 16 nömrəli uşaq poliklinikası tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli, 301 nömrəli arayış da təsdiq edir. Bundan əlavə, o, X10 18 noyabr 2020-ci il tarixdə, X19 ilə 3 saylı Bakı “Asan xidmət mərkəzində nikanı rəsmiləşdirmişdir. Ona, Rzayeva soyadı verilmişdir. Odur ki, ərizəçi Fərhadova (Rzayeva) Ruqayıb Əli qızı övladı Leyla doğum faktının qeydə alınmasını, ona Leyla adını, Rzazadə soyadını, ata adının isə Anar olmasının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Fərhadova (Rzayeva) Ruqayıb Əli qızı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, Fərhadova (Rzayeva) Leyla Anar qızının 3 mart 2014-cü il tarixində Bakı şəhərində doğum faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasınadək Maraqlı şəxs tərəfindən verilmiş məktuba əsasən, Ərizəçi doğumun qeyd edilmə faktı tələbinə dair mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ərizəçi Fərhadova (Rzayeva) Ruqayıb Əli qızının evinə gedib-gəlmişdir. Anasını, atasını və babasını tanıyır. Uşaq kənddə doğulmuşdur. Uşağın 2 yaşı olanda onu görmüşdür. Uşağa doğum haqqında şəhadətnamənin alınması ilə bağlı bir neçə dəfə ərizəçi X2 bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 öz izahatında, ərizəçinin əri olduğunu, Fərhadova (Rzayeva) Ruqaıb Əli qızı ilə birgə faktiki nikahdan 3 mart 2014-cü ildə Leyla adlı uşağın anadan olduğunu, sonrada Ərizəçi Fərhadova (Rzayeva) Ruqayıb Əli qızı ilə nikaha daxil olduğunu bildirmişdir. Uşaq axşam saatlarında evdə doğulmuşdur. Uşaq doğularkən o, evdə olmamışdır. Uşağın hal-hazırda 6 yaşı var. Məhkəmə iclasında dindirilən azyaşlı X17 hal-hazırda Xırdalan şəhərində yaşadığını, anasının adı Ruqayib, atasının adı Anar, anasının atasının adı Əli, nənəsinin adı Məsti, digər nənəsinin adı Sveta olduğunu, bacı və yaxud qardaşının olmadığını bildirmişdir. İş materiallarında olan 02.06.2021-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X13 uşağın evdə doğulduğunu, uşağın adının Leyla olduğunu, o və digər qonşusu və ərizəçinin qohumu Minayə ilə uşağın doğulmasında iştirak etdiyini və halhazırda Leylanın 6 yaşı olduğunu bildirmişdir. İş materiallarında olan 02.06.2021-ci il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X8 ərizəçi X4 qaynının qızı olduğunu, uşağın evdə anadan olduğunu, adının Leyla olduğunu, uşaq doğularkən o, Yaqut və Xoşqədəmin (ərizəçinin qaynanasının) iştirak etdiyini bildirmişdir. İş materiallarında olan 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 noyabr 2020-ci il tarixli, AZ seriyalı 419783 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X19 və X10 18 noyabr 2020-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 noyabr 2020-ci il tarixdə 2400 nömrə ilə qeyd edilmişdir. Ərə Rzayev soyadı, arvada Rzayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən 16 aprel 2021-ci il tarixli, 377-05/75 saylı məktuba əsasən X5 ərizəsinə cavab olaraq Maraqlı şəxs bildirmişdir ki, “X1” Sisteminə 16.04.2021-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən 03.03.2014-cü il tarixdə doğulmuş qızınız barəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası ”nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; valideynlərin nikah haqqında şəhadətnaməsi; doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; həmçinin həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən yuxarıda sadalanan sənədləri təqdim etmədiyindən ərizənin Maraqlı şəxs tərəfindən icra olunması mümkün deyildir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Baş Səhiyyə İdarəsi 16 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli 301 saylı arayışa əsasən, Hövsan qəsəbəsi Dənizkənarı küçəsi, ev 4-də yaşayan X6 övladı olan 03.03.2014-cü il təvəllüdlü X14 26.04.2014-cü ildən 16 saylı uşaq poliklinikasında tibbi qeydiyyatdadır. Hal-hazırda uşaq sağ və salamatdır. İş materiallarına əlavə edilmiş X13, X3 və X8 tərəfindən imzalanmış 12.04.2021-ci il tarixli akta əsasən, qonşuları X11 03.03.2014-cü il tarixdə evdə sağlam bir qız uşağı doğmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi içraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Beləliklə məhkəmə iclasında iştirak edən şahidlərin ifadələri, eləcə də, ərizəçinin təqdim etdilmiş materialları ilə o cümlədən, Hövsan qəsəbəsi Dənizkənarı küçəsi, ev 4-də yaşayan X11 onun qız övladı 03.03.2014-cü il təvəllüdlü X14 26.04.2014-cü ildən 16 saylı uşaq poliklinikasında tibbi qeydiyyatda oduğu barədə Bakı şəhəri Baş Səhiyyə İdarəsi 16 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli 301 saylı arayışı ilə Fərhadova (Rzayeva) Leyla Anar qızının 3 mart 2014-cü il tarixində Bakı şəhərində anadan olması müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Fərhadova (Rzayeva) Leyla Anar qızının 3 mart 2014-cü il tarixində Bakı şəhərində doğum faktının işin materialları ilə sübuta yetirilir. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alın hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və ərizəçi Fərhadova (Rzayeva) Ruqayıb Əli qızının həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün ərizə təmin olunmalı və onun azyaşlı övladı Fərhadova (Rzayeva) Leyla Anar qızının 3 mart 2014-cü il tarixində Bakı şəhərində doğulması barədə hüquq fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-311, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edlisin. Ərizəçi Fərhadova (Rzayeva) Ruqayıb Əli qızının azyaşlı övladı Fərhadova (Rzayeva) Leyla Anar qızının 3 mart 2014-cü il tarixində Bakı şəhərində doğulması barədə hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar