Məhkəmə qərarları › İş №2(010)-2858/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2858/2024

20.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2858/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh*, Cavabdeh2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Cavabdeh* qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Nazirliyə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 B ünvanında yerləşən 2* nömrəli 2 otaqlı xidməti mənzildən Cavabdeh* çıxarılması və həmin mənzildən çıxarılan günədək mənzil üzrə kommunal xidmətlərə görə haqqın Cavabdeh* tərəfindən tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. *9.08.2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə2 cavabdehin cəlb olunması və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə vəsatət verərək, Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07B ünvanında yerləşən 2* nömrəli 2 otaqlı xidməti mənzildən Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 çıxarılması və həmin mənzilin Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmayan Fövqəladə Hallar Nazirliyinin (bundan sonra-Nazirlik) əməkdaşlarına xidməti yaşayış sahələrinin verilməsi məqsədilə Nazirliyin sifarişi əsasında inşa edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında yerləşən xidməti mənzillər üçün bina Nazirliyin 22 may 20*5-ci il tarixli 048 nömrəli Əmri ilə balansa götürülmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9*-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabinetinin) müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikası Prezidentinin 268 nömrəli 24 may 20*0-cu il tarixli Fərmanı ilə bu kateqoriyalar müəyyən edilmişdir. Bildirirlər ki, vətəndaş Cavabdeh* heç bir zaman Nazirliyin əməkdaşı olmamışdır. Buna baxmayaraq Nazirliyin balasında olan Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07B mənzil 2* ünvanında yerləşən 2 otaqlı xidməti mənzildə əsassız olaraq yaşamaqdadır. Vətəndaş Cavabdeh* dəfələrlə xidməti yaşayış sahəsinin boşaldılması tələb edilmiş, lakin Cavabdeh* həmin yaşayış sahəsini boşaltmaqdan imtina etmişdir. Vətəndaş Cavabdeh* əsassız olaraq Nazirliyin balansında olan xidməti mənzildə yaşaması həmin hərbi qulluqçulara xidməti mənzilin verilməsində çətinlik yaradır və həmin hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada və məbləğdə pul kompensasiyası ödənilməsinə səbəb olur. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını, Cavabdeh* ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07B mənzil 2* ünvanında yerləşən 2 otaqlı xidməti mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh* bildirmişdir ki, Nazirliyin özü atasına ev vermişdir. Atası rəhmətə gedəndən sonra onları çıxarırlar. Atası rəhmətə gedəndən sonra Nazirliyə dəvət olunmuşdular, orada yaşamağa davam edə biləcəklərini demişdilər. Evin sənədi yoxdur. İddianın rədd olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin *85.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materialları. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 22 may 20*5-ci il tarixli, 048 nömrəli əmrinə əsasən, Nazirliyin sifarişi ilə inşa edilmiş və istismara qəbul olunmuş yataqxana və xidməti mənzillər üçün nəzərdə tutulan binalar Nazirliyin balansına götürülmüşdür. Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında yerləşən xidməti mənzillər balansa götürülən binaların siyahısındadır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Suraxanı Rayon Dövlət X* *5.*2.20*7-ci il tarixli 37/39-374 və 37/39-373 nömrəli arayışından görünür ki, xx xxxxxx *994-cü il təvəllüdlü vətəndaş Cavabdeh* hal hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, bina *07B, mənzil 2* ünvanında qeydiyyatsız yaşayır. ünvan 4ilən AZ-İ № 832*35 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X2 06.09.20*7-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02.*0.20*7-ci il tarixdə ** nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kollegiyası tərəfindən verilmiş 09 fevral 20*7-ci il tarixli, *8/0*-002 nömrəli qərara əsasən, cədvəldə adları qeyd olunan hərbi qulluqçular, xüsusi rütbəli əməkdaşlar və digər işçilərin Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi *07A və *07B ünvanda yerləşən nazirliyə məxsus xidməti yaşayış sahələrində mənzil ilə təmin edilməsi qərara alınmışdır. Cavabdeh* və onun mərhum atasına, Cavabdeh2 və Cavabdeh3 dair hər hansı məlumat siyahıda qeyd edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 22 may 20*5-ci il tarixli, 048 nömrəli əmrinə əlavə olan Balansa götürülən binaların siyahısından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07 ünvanında yerləşən xidməti mənzillər üçün nəzərdə tutulan binanın balans dəyəri **554822 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə *3. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə *52. Mülkiyyət hüququnun anlayışı və məzmunu *52.* Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. *52.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. *52.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. *52.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.... Maddə *53. Mülkiyyət hüququnun subyektləri *53.*. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. *53.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. *53.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə *55. Dövlət mülkiyyəti hüququ *55.*. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. *55.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. *55.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Maddə *57. Mülkiyyətin müdafiəsi *57.*. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. *57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 329. Əqdlərin formaları 329.*. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 9*. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 9*.*. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 9*.*.*. xidməti yaşayış sahələri;... Maddə 92. Xidməti yaşayış sahələrinin təyinatı Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*0-cu il 6 may tarixli, 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”. *.5. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 2.*. Xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - *00 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.*4. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, eləcə də cavabdehlərin iddiaçıya aid mənzilə hüquqlarının olduğunu göstərən hallar mövcud olmadığına görə iddia tələbi təmin edilməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, bina *07B, 2* nömrəli mənzil 22 may 20*5-ci il tarixli, 048 nömrəli əmrinə əsasən Fövqəladə Hallar Nazirliyinin balansındadır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kollegiyasının 09.02.20*7-ci il tarixli qərarı ilə Nazirliyə məxsus mənzillərin məhz xidməti fəaliyyətlə əlaqədar bir sıra şəxslərə verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh izahatında mübahisəli mənzilin onun mərhum atasına Nazirlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verildiyini bildirmiş, lakin mübahisəli mənzilin onların istifadəsinə xidməti fəaliyyətlə əlaqədar verilməsini və həmin evin onların mülkiyyətinə verilməsini (özəlləşdirilməsini) təsdiq edən sənədləri və sübutları təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, xidməti yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xidməti yaşayış sahələrinin kirayə müqavilələri (bundan sonra — kirayə müqaviləsi) əsasında verilir. İşin hallarından müəyyən edilir ki, tərəflər arasında yazılı xidməti yaşayış sahəsinin kirayə müqaviləsi və yaxud Cavabdeh2, Cavabdeh3, Cavabdeh* və ya onun mərhum atasına mübahisəli mənzilin xidməti fəaliyyətlə əlaqədar verilməsini təsdiqləyən müvafiq qərar mövcud deyildir. Göründüyü kimi, tərəflər arasında xüsusi təyinatlı (xidməti) yaşayış sahəsinin kirayə münasibətləri də mövcud olmamışdır. Bununla da mənzilin cavabdehlərin sahiblik və istifadəsinə verilməsi üçün əsas olan hər hansı halın mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda, iddiaçı Fövqəladə Hallar Nazirliyi cavabdehlərin mənzildən çıxarılmasını və mənzilin iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən cavabdeh qismində göstərilmiş Cavabdeh4 Cavabdeh* uşağı olduğundan, bu səbəbə görə onunla bir yerdə mübahisəli mənzildə yaşadığından, Cavabdeh4 atası Cavabdeh* ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Mübahisəli mənzil Fövqəladə Hallar Nazirliyinin balansında olduğu üçün, Nazirliyinə təhvil verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mülkiyyətində olan Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07B ünvanında yerləşən 2* nömrəli 2 otaqlı xidməti mənzildən çıxarılmalı və həmin mənzil Fövqəladə Hallar Nazirliyinə təhvil verilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan qiymətləndirməyən iddia üzrə *00 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 2*6-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin balansında olan Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07B ünvanında yerləşən 2* nömrəli 2 otaqlı xidməti mənzildən çıxarılsın və həmin mənzil Fövqəladə Hallar Nazirliyinə təhvil verilsin. Ödənilməmiş *00 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh*, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar