Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2867/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X26 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Bağbanova (Abdullayeva) Liza Elman qızının Cavabdeh1 və qeyrisinə qarşı “evə köçürülmə” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bağbanova (Abdullayeva) Liza Elman qızı Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bağbanova (Abdullayeva) Liza Elman qızının övladları 20.04.2005-ci il təvəllüdlü X8 və 23.08.2006-cı il təvəllüdlü X9 Bakı şəhəri, Suraxanı rayonu, X27si, Bakı Aeroport yolu, Mərkəzi küçə, Keçid 4, Nömrəsiz fərdi həyət evinə (X18 yanı, 316 saylı Məktəbin arxası, cavabdehlərin rəsmi qeydiyyatda olduqları ünvanla üzbə-üz sənədsiz fərdi həyət evi) köçürülmələrini, bu evdən onun istifadəsinə yaradıla biləcək maneənin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bağbanova (Abdullayeva) Liza Elman qızı Cavabdeh2 ilə 24.09.2005-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Ailə qurarkən el adəti ilə toyları olmuş, toydan sonra cavabdeh və onun valideyinləri ilə birlikdə ilk vaxtlar Binəqədi rayonu, ünvan 1 ünvanında birlikdə yaşamaqla ümumi təsərrüfatı birgə idarə etmişlər. Onların birgə nikahlarından iki övladları - 20.04.2005-ci il tarixdə X12 və 23.08.2006-cı il tarixdə X13 anadan olmuşdur. Sonradan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7203/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə aralarında 24.09.2005-ci il tarixdə bağlanmış nikahları pozulmuş, uşaqların onun yanında qalması müəyyən olunmuş və cavabdehdən alimentin tutulması qət olunmuşdur. Hal-hazırda onun və uşaqların ayrıca yaşayış sahəsi yoxdur, faktiki yaşadığı ünvan 2 ünvanında kirayədə yaşayırlar, özü isə Qaraçuxur qəsəbəsində qadın Gözəllik salonunda işləyir. Övladlarından kiçik oğlu 23.08.2006-cı il təvəllüdlü X9 psixologiyasında problemlər yaranmışdır, belə ki, uşaq özünə qapanır, evdən çıxıb gedir, heç kəslə ünsiyyətdə olmaq istəmir. O isə işlədiyinə görə onunla çox da məşğul ola bilmir, hal-hazırda uşağa müalicə tələb olunur, onun isə qazandığı pullar, evin kirayə puluna, uşaqların saxlanmasına xərcləndiyindən, onu həkimə apara bilmir. Halbuki, mübahisələndirilən evdə cavabdehlər kimi onun və uşaqların da yaşamaq hüquqları vardır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İcra Hakimiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, mübahisələndirilən evin heç bir hüquqmüəyyənedici sənədi yoxdur, kommunal xidmətlərindən su sayğacı keçmiş həyat yoldaşı Cavabdeh2 adınadır. Həmin ev hazırda Suraxanıda yerləşir. Belə ki, onlar qeyd olunan qaynatasına məxsus ünvanda 2008-ə kimi yaşayıblar, 2009-2010-cu ildə 4 sot, sotu 7000 manat olan torpağı 28000 manata alıblar. İddiaçının bildirdiyinə görə İlham həmin vaxt ev alqı satqısı ilə məşğul imiş, ordan ona 300 min manat pul qalıb həmin məbləğ ilə torpaq alınıb. Torpağın mülkiyyətdə olması barədə məlumatı olmamış, lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, köçürülmək istədikləri ev qaynanası Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, X27si, 174 saylı bağ ünvanında yerləşən 0,04 ha tropaq sahəsi üzərində inşa edilən evdir. İddiaçı ailə üzvləri ilə birlikdə 2012-ci ildən 2018-ci ilə kimi mübahisəli evdə yaşamışdır. Həmin evlə üzbəüz İlhamın qardaşının evi yerləşir, bütün ailə üzvləri orada qeydiyyatdadır. Qarşıda yerləşən qeyd etdikləri ünvanda isə faktiki yaşayırlar. Buna görə də qeyd olunanların nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 izahat verərək bildirdi ki, təqdim etdiyi sənədlərdən də görünür ki, 04.09.2011-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri Suraxanı rayonu X27si 174 saylı bağ ünvanında yerləşən 0.04 ha torpaq sahəsini X14 almış və həmin torpaq sahəsinə dair 05.10.2011-ci il tarixdə cavabdehə çıxarış verilmişdir. İddiaçı ilə cavabdehin əvvəl yaşadıqları ünvan 6 ünvanında yerləşən mənzil qaynatası tərəfindən 2012-ci ildə satılmışdır. Bu sənədlər isə sübut edir ki, iddiaçının köçmək istədiyi həmin torpaq sahəsinə aid çıxarış var, lakin torpaq sahəsi üzərində olan tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd yoxdur. X20 tərəfindən 2012-ci ildə satılan həmin mənzilin pulu hesabına da hazırki ev tikilmişdir. Mübahisə predmeti olan evin məhz nikah dövründə onunla İlhamın birgə qazancları hesabına tikilməsini sübut etmək iddiaçı tərəfin üzərindədir. Çünki məhkəmə iclasında müəyyən olunan faktlardan və sənədlərdən də göründüyü kimi mübahisəli evin tərəflərin birgə nikah dövründə onların gəlirləri hesabına tikilməsi sübut olunmur və tarixlər üst-üstə düşmür. Buna görə də qeyd edilənləri nəzərə alaraq iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 27.01.2021-ci il tarixdə verilmiş Arayışdan görünür ki, Bağbanova (Abdullayeva) Liza Elman qızı ünvan 7 ünvanında qeydiyyatdadır. ASAN 5 tərəfindən 31.10.2018-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 Bakı şəhəri, Suraxanı rayonu, X27si, ünvan 8 ünvanında qeydiyyatdadır. ASAN 5 tərəfindən 05.11.2018-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 Bakı şəhəri, Suraxanı rayonu, X27si, ünvan 8 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 28.01.2021 və 31.03.2021-ci il tarixdə verilmiş Arayışlardan görünür ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, X27si, Bakı Aereport yolu, Mərkəzi küçə, keçid 4 ünvanında qeydiyyatdadırlar. "xxxx" ASC tərəfindən verilmiş abonent kartından görünür ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında 01.10.2012-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, X27si, Mərkəzi küçə, döngə 6, ev 0 ünvanına aid dair su xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır. "xxxx" ASC tərəfindən verilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, Cavabdeh1 adına ünvan 11 ünvanında sayğac quraşdırılmışdır. "xxxx" ASC tərəfindən verilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, Cavabdeh1 adına Bakı şəhəri, ünvan 12 ünvanında sayğac quraşdırılmışdır. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 03.05.2019-cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 və X15 arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv olunandan sonra qadına Bağbanova soyadı verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 316 № li tam orta məktəb tərəfindən 29.03.2021-ci il tarixdə verilmiş 11 №-li məktubdan görünür ki, 20.04.2005-ci il təvəllüdlü X12 2017-2018-ci tədris ilində Vİ sinfi, 23.08.2006-cı il təvəllüdlü X13 2017-2018-ci tədris ilində Vİİ sinfi bitirərək 14.09.2018-ci il tarixdən 107 nömrəli tam orta məktəbə yerdəyişmə etmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən 12.04.2021-ci il tarixdə verilmiş 1/432 №-li arayışdan görünür ki, Suraxanı RİHB-nın X27 İnzibati Ərazi Dairəsi ürzə Nümayəndəliyindən alınan arayışa əsasən sözügedən ünvanda yerləşən evə dair hüquq müəyyənedici sənəd yoxdur. X5 və onun oğlu Cavabdeh2 Suraxanı rayonu X27si ünvan 14 ünvanda yaşayırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, X27si, 174 saylı bağ ünvanında yerləşən 0,04 ha tropaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına 05.10.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 89 nömrəli reyestr kitabının 8455 nömrəli vərəqində qeydiyyata alınmışdır. X16 ilə X10 arasında bağlanmış 13.09.2012-ci il tarixli AN-İ seriyalı ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X16 ona məxsus ünvan 15 ünvanını X2. X21 ilə X10 arasında bağlanmış 04.09.2011-ci il tarixli AN-İ seriyalı ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X16 ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, X27si, 174 saylı bağ ünvanında yerləşən 0,04 ha tropaq sahəsini X1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2021-ci il tarixli, 10/4724 №-li ekspert rəyində qeyd olunmuşdur ki, tərəflər və məhkəmənin təqdim etdikləri torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən tikililərə dair mülki iş materiallarında qeydiyyat vəsiqəsinin və texniki pasportunun olmadığı, eləcə də torpaq sahəsinin yerləşmə vəziyyəti ilə mülki iş materiallarında olan planı və ölçüsündə olan situasiya planının (yaşayış evlərinin, yolların yerləşmə vəziyyəti) mübahisəli əraziyə uyğun gəlmədiyi üçün mübahisəli torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Milli qanunvericilik mənzilə köçürmə tələbinin əsaslılığını iki halla şərtləndirir. Bunlardan biri şəxsin köçürülməsini tələb etdiyi mənzildən istifadə hüququnun yaranmış olması, digəri isə, şəxsin bilavasitə özünün və ya birgə təsərrüfat apardığı ailə üzvləri ilə birlikdə inşa etdiyi və ya dövlətə məxsus olsa da, orada uzun müddət yaşamaqla, yeganə yaşayış yeri kimi mənzil şəraitinin qurulması halıdır. Birinci halla bağlı qanunvericilik konkret əsaslar nəzərdə tutub. Mənzil qanunvericiliyində və mülki qanunvericilikdə istifadə hüququ bir qayda olaraq mülkiyyətdə olan mənzilə münasibətdə yaranır və mülkiyyətçi ilə qarşılıqlı hüquq və vəzifələr yaradır. Hazırkı işdə iddiaçının köçürülməsini tələb etdiyi mənzil özbaşına tikintidir və buna görə də, həmin mənzildən istifadə hüququ yarana bilməz. Köçürülmə ilə bağlı ikinci əsasa gəldikdə isə, iş materialları ilə iddiaçının həmin mənzildə daimi olaraq yaşaması, həmin mənzilin iddiaçı ilə onun keçmiş ərinin birgə nikah dövründə onların gəlirləri hesabına tikilməsi və həmin mənzilin onun yeganə yaşayış yeri olması halı öz təsdiqini tapmır. Əksinə, həm iş materialları və tərəflərin izahatları ilə təsdiq edilib ki, mübahisəli yaşayış evinin altındakı torpaq sahəsi iddiaçının qaynanası Cavabdeh1 mülkiyyətindədir. Bu hal, həmin evin məhz iddiaçı və onun əri tərəfindən, onların birgə vəsaiti hesabına tikilməsi ilə bağlı daha ağır sübutetmə yükü yaradır. İddiaçı həmin evə su təchizatının ərinin adına sənədləşdirilməsini belə sübutlardan hesab etsə də, həmin evə qaz və elektrik təchizatının məhz Cavabdeh1 adına sənədləşdirilməsi həmin evin faktiki olaraq Cavabdeh1 və onun ərinə məxsus olması ehtimalını gücləndirir. İddiaçı həmin evin tikilməsi şəraiti, tikintiyə cəlb edilmiş usta və digər şəxslərlə, tikintinin smetası ilə bağlı hər hansı konkret sübuta istinad etməyib. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi, iddiaçı mübahisəli yaşayış yerinə köçürülməsini tələb etsə də, bu tələbinin əsasını təşkil edən hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 27.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Bağbanova (Abdullayeva) Liza Elman qızı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat pul iddiaçı Bağbanova (Abdullayeva) Liza Elman qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Bağbanova (Abdullayeva) Liza Elman qızının Cavabdeh1 və qeyrisinə qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul iddiaçı Bağbanova (Abdullayeva) Liza Elman qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X7, Kod 210005 VÖEN ********** X29 41 NABZ******************** CTREAZ 22) köçürülsün. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-2867/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2867/2021
27.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver