Məhkəmə qərarları › İş №2(010)-2880/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2880/2020

29.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2880/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildə çıxarlma iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 4 saylı evin 46 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 4 saylı evin 28 kv m sahəsi olan iki otaqlı 46 saylı mənzili verilmiş və bu barədə iddiaçının adına xx xxxxxx 1992-ci il tarixli 017028 saylı order də tərtib edilmişdir. Lakin mənzil Ağdam rayonundan məcburi köçkün olan Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tərəfindən zəbt edilmiş iddiaçı həmin mənzilin iddiaçıya məxsus otağından onların çıxmasını dəfələrlə tələb etsə də, onlar iddiaçıya məxsus mənzildən çıxmamış, iddiaçının orada yaşamağına icazə verməmişlər. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, mənzilin öz adına özəlləşdirilməsini istəsə də, həmin mənzildə başqa şəxslərin yaşaması buna imkan verməmişdir. İddiaçı həmin mənzilin iddiaçıya məxsus olmasını cavabdehlərə dəfələrlə bildirərək, onlardan mənzili tərk etmələrini tələb etsə də, cavabdehlər iddiaçının mənzilindən çıxmadığından, o yaşayış yerindən məhrum olmuşdur. Hal-hazırda iddiaçının yaşamağa başqa yeri yoxdur və bu müddət ərzində iddiaçı ailəsi ilə birlikdə kirayə yaşamağa məcbur olmuş, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində uzun illər kirayə haqqı ödəməli olmuşdur. Məhz bütün bu faktları nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan mülkiyyət hüquqlarının bərpa edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 4 saylı evin 28 kvm sahəsi olan iki otaqlı 46 saylı mənzilindən çıxarılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bununla əlaqədar cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 4 saylı evin 46 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 etibarnamə üzrə nümayəndəsi X6 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı iddia ərizəsinə dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, iddia ərizəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 4 saylı evin 46 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddia ərizəsində göstərilən ünvan da müəyyən yalnışlığın olduğunu bildirərək, iddia ərizəsinə dəqiqləşdirmə ərizəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 2 saylı evin 46 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X8 mübahisənin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirərək, izahatında göstərdi ki, Ağdam rayonundan olan köçkünlərin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 2 saylı evin 46 saylı mənzilində məskunlaşmışdır. Dövlət proqramına əsasən bütün məcburi köçkünlərin mərhələli şəkildə yaşayış yeri ilə təmin olunması həyata keçiriləcəkdir. İddia tələbini əsaslı hesab edərək, onun təmin edilməsinə dair etiraz etməmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və maraqlı şəxslər gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin və maraqlı şəxsin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə yuxarıda göstərilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş: Qaradağ rayon X9 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx xxxxxx 1992-ci il tarixli 017028 nömrəli order Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 4 saylı evin 28 kvm sahəsi olan iki otaqlı 46 saylı mənzili İddiaçı verilmişdir. Eyni zamanda ailə üzvləri da orderdə qeyd olunmuşdur Azərbaycan Respublikası Bakı şəhəri Qaradaq rayonu İcra Hakimiyyəti Başçısı aparatının xx xxxxxx 2020-ci il tarixli, 5/62-1 saylı arayışa əsasən Qaradağ rayon X9 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx xxxxxx 1992-ci il tarixli 017028 nömrəli order texniki səhv olaraq ünvan ünvan 1 mənzil 46” əvəzinə “Bakı şəhəri, Qara-çuxur qəsəbəsi, 4057-4060 kvartalı, ev 4, mənzil 46” yazılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq vətəndaş İddiaçı verilmiş xx xxxxxx 1992-ci il tarixli 017028 nömrəil orderdə ünvan” ünvan 1 mənzil 46” kimi oxunmalıdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimyyəti Başçısının Aparatının Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 137 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 596 nömrəli arayışa əsasən həqiqətən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi 2 saylı binanın, 46 saylı mənzili xx.xx.1992-ci il tarixli, 017028 № li orderə əsasən İddiaçı məxsusdur. Lakin sözügedən mənzildə Ağdam rayonundan məcburi köçkün olan Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, X12, Cavabdeh3 məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu sektorunun 4043 nömrəli, xx.xx.2019-cu il tarixli arayışa əsasən Cavabdeh1 həqiqətən Ağdam rayonundan məcburi köçkündür, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi ev 2, mənzil 46 ünvanda müvəqqəti məskunlaşmış ailə tərkibi :Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3dur. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin 1620 nömrəil xx xxxxxx 2019-cu il tarixli arayışa əsasən həqiqətən Cavabdeh1 Bakı şəhəri, Qara-suxur qəsəbəsi, Z.Şərifov küçəsi, 2 saylı evin 46 nömrəil mənzilində Ağdam rayonundan məcbur köçkün kimi müvəqqəti məskunlaşmış. Onunla birlikdə akilə üzvləri Cavabdeh5, Cavabdeh2, X7, Cavabdeh3 məskunlaşmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri uzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən İddiaçı ünvan 3 mənzil 19 ünvanında qeydiyyatdadır. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli, 352 saylı Fərmanı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. Mübahisəli predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 2 saylı evin 46 saylı mənzilin orderə əsasən İddiaçı məxsus olması, Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məcburi köçkün kimi orada məskunlaşması işin faktiki halları ilə sübuta yetirilir. İddiaçı evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmasa da, Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bundan başqa, X10 Məhkəməsinin oxşar məzmunlu iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarını (Akimova Azərbaycana qarşı) order və icarə müqaviləsi əsasında dövlət mülkiyyətində olan mənzilə yaranan hüququn müdafiəsini mülkiyyət hüququnun müdafiəsinə bərabər tutmaq məsələsində məhkəmə presedent kimi qəbul edir. Həmin qərarın müvafiq bəndlərində məhkəmə müəyyən etmişdir ki, “39. ... Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlakı başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Yuxarıda qeyd olunan X10 Məhkəməsinin oxşar məzmunlu iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarı (Akimova Azərbaycana qarşı) ilə də qaçqın, yaxud məcburi köçkün statusunun mülkiyyətçinin mülkiyyət hüququnu pozmasına əsas olmaması, bunun əksinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməsi müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 2 saylı evin 46 saylı mənzilindən çıxarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 2 saylı evin 46 saylı mənzilindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar