Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2881/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X3, Bakı şəhəri 35 saylı Notariat Ofisi və Hövsan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla arayışın, etibarnamənin etibarsız sayılması, torpaqdan istifadəyə yaradılmış maneənin qadağan olunması və zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi. 1.İddiaçı cavabdehlər Cavabdeh1, X3, Bakı şəhəri 35 saylı Notariat Ofisi və Hövsan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla arayışın, etibarnamənin etibarsız sayılması, torpaqdan istifadəyə yaradılmış maneənin qadağan olunması və zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hövsan südçülük sovxozunun 27 may 1993-cü il tarixli 60 saylı əmri ilə X5 ayrılmış 0,08 hektar torpaq sahəsinə dair Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli, 252 nömrəli arayışın və Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adından Cavabdeh1 adına verilmiş Reyestrdə 7E-445 nömrə ilə qeyd edilmiş, AR-İİ №068489, xx.xx.2022-ci il tarixli etibarnamənin etibarsız sayılaraq ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən burada apardığı tikililərin öz hesablarına sökülərək götürülməsi və torpaq sahəsininin əvvəlki vəziyyətinə gətirilməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və onun torpaqdan istifadəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hövsan südçülük sovxozunun 27 may 1993-cü il tarixli 60 saylı əmri ilə X5 ayrılmış 0,08 hektar torpaq sahəsinə dair Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli, 252 nömrəli arayışın və Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adından Cavabdeh1 adına verilmiş Reyestrdə 7E-445 nömrə ilə qeyd edilmiş, AR-İİ №068489, xx.xx.2022-ci il tarixli etibarnamənin etibarsız sayılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən burada apardığı tikililərin öz hesablarına sökülərək götürülməsi və torpaq sahəsininin əvvəlki vəziyyətinə gətirilməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və onun torpaqdan istifadəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri
2. Abşeron rayonu Hövsan südçülük sovxozunun 27 may 1993-cü il tarixli 60 saylı əmri ilə 0,08 hektar torpaq sahəsi X5 ayrılmışdır. X9 onun həyat yoldaşı olmuş və xx.xx.2017-ci ildə vəfat etmişdir. Torpaq sahəsi mişar daşından yarımçıq formada tərəfindən hasara alınsa da, maddi imkanı olmadığından heç bir tikinti işləri aparılmamışdır. Buna baxmayaraq onun tərəfindən torpaq sahəsinə mütamadi olaraq nəzarət edilmişdir. 2023cü ilin aprel ayında onlar burada olarkən heç bir hüquqi əsası olmadan Cavabdeh1 torpaq sahəsində tikinti işlərinin aparmasının şahidi olmuş və ondan işlərin aparılmasının dayandırılmasını tələb etdikdə o, işləri dayandırmamış, oğlu ilə aralarında münaqişə baş vermişdir.
Tərəflərin izahatları.
3. Cavabdehlər X3, Bakı şəhəri 35 saylı Notariat Ofisi və Hövsan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə razı olmadığını bildirdi.
İş materialları.
7. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X4 xx.xx.1969-cu il tarixdə nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra arvada Süleymanova soyadı verilmişdir.
8. Abşeron rayonu Hövsan südçülük sovxozunun 27 may 1993-cü il tarixli 60 saylı əmrindən görünür ki, X5 0.08 hektar torpaq sahəsi ayrılması müəyyən edilmişdir.
9. AZ-İ seriyalı, 882155 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
10. Abşeron rayonu Hövsan südçülük sovxozunun 09 dekabr 2000-ci il tarixli 16 saylı əmrindən görünür ki, Sovxozda işləyən, özünəməxsus evi və torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün müraciət edən Cavabdeh2 0.08 ha torpaq sahəsi ayrılması müəyyən edilmişdir.
11. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 252 nömrəli Arayışından görünür ki, Hövsan – Südçülük sovxozu ünvanında 800 kv.m olan torpaq sahəsi hal-hazırda Cavabdeh2 istifadəsindədir.
12. xx.xx.2022-ci il tarixli “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh2 onun faktiki istifadəsində olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 252-nömrəli Arayışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan – Südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsini, nəzərdə tutulmuş qaydada mülkiyyətinə verilməsi ilə bağlı zəruri sənədləri toplamağı, AR ƏMDK yanında DƏDRX-nə təqdim etməyi, bununla bağlı adından ərizə verməyi, mülkiyyət hüququnun dövlət qeydiyyatına dair sənədləri almağı, həmin torpaq və yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında göstərilən torpaq sahəsinin 800 kv.m torpaq sahəsini satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, ona çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsilə ödənildikdə onu bankda təmsil etməyi, əmlak və torpaq vergi borcunu ödəməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir.
13. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Hövsan Südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsinin dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eyni təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim edilməmişdir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
14. AR Milli Arxiv İdarəsinin Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu Hövsan südçülük sovxozunun 2000-ci ilə aid arxiv sənədləri saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyindən vətəndaş Cavabdeh2 adına torpaq sahəsi ayrılıbayrılmaması barədə araşdırma aparılması mümkün olmamışdır.
15. 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi barədə hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından və adları qərardadda qeyd olunan şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir qeydiyyat aşkar edilmədiyindən qərardadın icrası mümkün olmamışdır.
16. AR İN ƏMDX DƏDKR X13 4 saylı Abşeron Ərazi İdarəsinin 19 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 faktiki istifadəsində (4 tərəfi daş hasar) olan torpaq sahəsi **********05 reyestr nömrəli çıxarışla X2 üzrə icarəsində olmuş yerdəqalan (10.84 ha) torpaq sahəsi ilə üst-üstə düşür. X7 icarəsində olmuş 48.3091 ha torpaq sahəsinin 37.4691 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında digər şəxslərin adına özgənkiləşdirilmişdir. Yerdəqalan torpaq sahəsi digər şəxslərin adına notarial qaydada alqı-satqı olunub olunmaması barədə idərənin elektron baza məlumatlarında məlumat aşkarlanmamışdır.
İşin faktiki halları.
17. İşin faktiki halları ondan ibarətdir ki, həm iddiaçı, həm də Cavabdeh1 mübahisə obyekti olan torpaq sahəsinin özlərinə məxsus olduğunu iddia edir. İddiaçı tərəf bu iddiasında mərhum həyat yoldaşının adına verilmiş Abşeron rayonu Hövsan südçülük sovxozunun 27 may 1993-cü il tarixli 60 saylı əmrinə əsaslanır. Cavabdeh Elnur Bəyərov isə torpaq sahəsini digər cavabdeh Babaxanov Ağamayıldan aldığını, bununla bağlı sonuncu tərəffindən ona etibarnamə verildiyini bildirir. Abşeron rayonu Hövsan südçülük sovxozunun 09 dekabr 2000-ci il tarixli 16 saylı əmrinə görə isə, 0.08 ha torpaq sahəsinin Cavabdeh2 ayrıldığı bildirilmişdir. Mübahisə obyekti olan torpaq sahəsinə dair nə iddiaçının adına, nə də cavabdehlərin adına hüquqmüəyyənedici sənədlər yoxdur. hazırki iş üzrə iddiaçı onun mərhum həyat yoldaşına məxsus olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilərək orada tikinti işləri aparmaqla maneə yaradıldığını bildirir. İddiaçı tələbinin əsası kimi qeyd olunan torpaq sahəsinin Abşeron rayonu Hövsan südçülük sovxozunun 27 may 1993-cü il tarixli 60 saylı əmri ilə mərhum həyat yoldaşı X5 aryılmasına istinad edir. Cavabdeh1 isə iddia tələbini qəbul etmir və bildirir ki, qeyd olunan torpaq sahəsi iddiaçının yoldaşına məxsus olmamışdır, torpağı o alıb. Digər cavabdehlər tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1 Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
Maddə 4. Torpaq sahəsi 4-cü maddənin 1-ci bəndinə görə torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin maddənin 2-ci bəndinə görə torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. 65-ci maddəsinin 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Maddənin 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
21. İnsan Hüquqlarının və X6 haqqında Konvensiyaya dair 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
22. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı Həmin qərarın 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
24. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir.
25. Məhkəmə hazırkı mübahisəyə hüquqi qiymət vermək üçün iddiaçının mübahisə obyekti olan torpaq sahəsinə hüquqlarının olub-olmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda istinad edillən maddi hüquq normalarından göründüyü kimi, daşınmaz əmlakın bir növü kimi torpaq sahəsinə olan mütləq və ya məhdud əşya hüququ 3-cü şəxsə ötürülərkən, hüquqmüəyyənedici sənədə həmin torpaq sahəsinin sərhədlərini, ölçüsünü, yerləşməsini müəyyən etməyə imkan verən texniki göstəricilər də əlavə edilməlidir. Hazırki iddia tələbində iddiaçı öz tələbinin əsası kimi iddia tələbində qeyd etdiyi mübahisəli torpaq sahəsinin Abşeron rayonu Hövsan südçülük sovxozunun 27 may 1993cü il tarixli 60 saylı əmri ilə mərhum həyat yoldaşı X5 aryılmasına istinad edir. Həmin sənəddə qeyd edilir ki, X5 0,08 ha torpaq sahəsi ayrılmışdır. Bununla belə, həmin torpaq sahəsinin harada yerləşməsi və sərhədləri ilə bağlı hər hansı texniki sənəd mövcud deyildir. İddiaçı bildirir ki, həmin sahə məhz mübahisə obyekti olan torpaq sahəsidir. Həmin sahəyə məhkəmə tərəfindən, müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin və tərəflərin iştirakı ilə baxış keçirilmiş və nümayəndə tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Baxışın nəticəsi olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13nin 4 saylı Abşeron Ərazi İdarəsinin 19 oktyabr 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Cavabdeh1 faktiki istifadəsində (4 tərəfi daş hasar) olan torpaq sahəsi **********05 reyestr nömrəli çıxarışla X2 üzrə icarəsində olmuş yerdəqalan (10.84 ha) torpaq sahəsi üzrə üst-üstə düşür. X7 icarəsində olmuş 48.3091 ha torpaq sahəsinin 37.4691 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında digər şəxslərin adına özgəninkiləşdirilmişdir. Deməli, müəyyən edilir ki, tərəflərin mübahisə etdikləri torpaq sahəsi icarə hüququ ilə üçüncü şəxsə məxsus olmuşdur. Mübahisəsi gedən torpaq sahəsi ilə bağlı iddiaçının və yaxudda onun mərhum həyat yoldaşının (eləcə də cavabdehlərin) adına hər hansı bir qeydin və ya sənədləşmənin aparıldığı müəyyən edilmir. Beləliklə, Abşeron rayonu Hövsan südçülük sovxozunun 27 may 1993-cü il tarixli 60 saylı əmri əsasında iddiaçının mübahisəli torpaq sahəsinin hüquqlarının olması öz təsdiqini tapmır. Belə olduğu halda, iddiaçının həmin torpaq sahəsinə münasibətdə qanuni sahibliyi müəyyən edilmədiyinə görə, bu hüquqa əsaslanan qanuni sahibliyin müdafiəsi tələbi də əsaslı sayıla bilməz. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
Məhkəmə xərcləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
27. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X3, Bakı şəhəri 35 saylı Notariat Ofisi və Hövsan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla arayışın, etibarnamənin etibarsız sayılması, torpaqdan istifadəyə yaradılmış maneənin qadağan olunması və zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
28. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddiaçı cavabdehlər Cavabdeh1, X3, Bakı şəhəri 35 saylı Notariat Ofisi və Hövsan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti olmaqla arayışın, etibarnamənin etibarsız sayılması, torpaqdan istifadəyə yaradılmış maneənin qadağan olunması və zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.