Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2885/2022 27.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, İddiaçı Cavabdeh qarşı “aliment və qəyyum təyin edilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment və qəyyum təyin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəvələri Fatimə və Zəhranın onun himayəsinə verilmələrini və belə olan halda onu nəvələrinin qəyyumu təyin olunması, eləcə də cavabdehdən yaşayış minumumu haqqında Azərbaycan Respublikası qanuna əsasən cavabdehdən iki uşaq üçün 380 manat yetkinlik yaşına çatanaqədər alimentin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 17 mart 2022-ci il tarixli Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin qərarından görünür ki, 30.07.2008-ci il təvəllüdlü X1 və 26.03.2013-cü il təvəllüdlü X2 üzərinə İddiaçı qəyyum təyin edilməsi RİH yanında Qəyyumluq və Himayə Komissiyasi tərəfindən məqsədəd uyğun hesab edilməmişdir. Bu halı nəzərə alaraq qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.0 və 2.0.1.-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. Həmin qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İddiaçı icra orqanı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin qərarından şikayətlə məhkəməyə müraciət etməli olduğu halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə verilməli və ya göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı Cavabdeh qarşı “aliment və qəyyum təyin edilməsi” tələbi barədə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. İddiaçıya Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin qərarından Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüquqları izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2885/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2885/2022
27.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver