Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2891/2022 06.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, iddiaçı “X1 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X1 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 06 sentyabr 2022-ci il tarixə, saat 10:45-ə təyin edilmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, həmin torpağı 2003-cü ildə almış, buna dair sənədləri də var. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi sərəncam verib və həmin sərəncam fərdi ev tikintisi üçün verilib. O, orada tikinti işi aparanda biraz söz-söhbət olmuş, ondan arxiv sənədi istəmişlər. Sonradan sərəncam, arxiv çıxarışı ilə onun aldığı müəyyən olmuşdur. Verilən sahəni Zığ bələdiyyəsi bölüşdürüb, həmin şəxslər isə artıq vəfat edib. Bu xəritədə görünən üst hissəni Hacıbala Abutalıbov, digər hissəni isə bələdiyyə verib. O, 2017-ci ildə həmin hissəni satmışdır. O, torpağı satmış, indi də kimsə orada ev tikib. Bu məsələyə görə dəfələrlə məhkəmə iclasına çağırılır, ancaq ona illər əvvəl satdığı torpaq sahəsinə görə məhkəməyə çağırılması hələ də məlum deyil. İddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, onlar 2020-ci ildə torpaq sahəsində tikinti işlərinin getdiyini aşkar etmişlər. Onlar tikintini kimin etdiyi üçün ora yaxınlaşdıqda Cavabdeh şəxsiyyət vəsiqəsini təqdim etmiş, onun tikinti işləri apardığını bildirmişlər. Cavabdeh həmin hissəni alqı-satqı müqaviləsi əsasında 2017-ci ildə satıb. Onun köhnədən olan öz evinə çıxarış alıb. Öz hissəsindən satdığı 6 sot hissədə tikinti işlərini Lətafət xanım aparıb. Onlar Lətafət adlı şəxsə yaxınlaşdıqda o Güllü xanımın tikinti işləri apardığını bildirmişdir. Onlar ona dəfələrlə qanunsuz tikinti aparması barədə xəbərdarlıq etmişlər. Lətafət xanımın evin tikintisinin Güllü xanıma aid olduğunu deməsindən cavabdehin də məlumatı var. Hətta onlar Güllü xanıma məhkəməyə getməməsini deyiblər. Onlar müraciət etmədən əvvəl torpağa yaxınlaşdıqda Güllü xanım tikintinin ona məxsus olduğunu deyirdi. Mülki iş bu vaxta kimi gəldikdə artıq cavabdeh torpağı satdığını bildirmişdir. Bu hal onlara yeni məlum olub. Hazırda həmin şəxsin şəxsiyyət məlumatları ona məlum olmadığı üçün vəsatət təqdim edərək cavabdehin əsl cavabdeh ilə əvəz edilməsini tələb edə bilmir. Bu səbəbdən ərizə təqdim edərək sənədlərin əsillərinin ona geri qaytarılmasını və mülki işin hazırlıq iclasından baxılmamış saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-cı maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X1 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və s.” tələbinə dair tələbinə dair iddia ərizəsi baxılmadan sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-2891/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2891/2022
06.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver