Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2912/2020 10.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Cavabdehlər X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mulhət qızına, Cavabdeh5 və Cavabdeh6 qarşı fəpdi yaşayış evinə istifadə hüququnun itirilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mulhət qızına, Cavabdeh5 və Cavabdeh6 qarşı fəpdi yaşayış evinə istifadə hüququnun itirilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, 9 nömrəli fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. iddiaçı iddia tələbini belə əsaslandırmışdı ki, Bakı şəhəri SuraxanıRayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-43/2018 saylı qətnaməsinə əsasən cavabdehlər X9, Əbdürəhimova Hökümə Rasim qızı, X3, X5, X12 və Rəhim-zadə Elşad Fəxrəddin oğlundan müştərək qaydada 47574.53 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, 9 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1209/2019 saylı qətnaməsi ilə xx.xx.2018-ci il tarixli, 2(010)-43/2018 saylı qətnaməsi qismən ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin oradan çıxarılması, evin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə iddianın təmin edilməmiş hissəsində ləğv edilmiş həmin hissədə iddia tələbi təmin edilmiş qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nm xx.xx.2019-cu il tarixli 2(102)-4554/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1209/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, 9 nömrəli fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, 9 nömrəli fərdi yaşayış evində bu günə kimi hələ də qeydiyyatda olmaları əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. Bununla yanaşı, həmin mənzildə qeydiyyatda olan, həmçinin keçmiş mülkiyyətçinin yetkinlik yaşına çatmayan uşaqları, yəni xx.xx.2010-cu il təvəllüdlü X18, xx.xx.2012- ci il təvəllüdlü X13, xx.xx.2013cü il təvəllüdlü X14, xx.xx.2015-ci il təvəllüdlü X7 qeydiyyatdadılar. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında cavabdehlər X10 və Cavabdeh2 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh X8 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, mübahisənin predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, 9 nömrəli fərdi yaşayış evinə onun və digər cavabdehlərin heç bir aidiyyatı yoxdur. Belə ki, onun və digər cavabdehlərin qeydiyyatda olduğü və yaşadıqları ev Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi döngə 1, 9 ünvanında yerləçir. Onun və ailə üzvlərinin iddia tələbində olduğu ünvanla onun heç bir əlaqəsi yoxdur və həmin ünvanla bağlı heç bir cavbadehlik daşımırlar. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında cavabdeh X8 göstərdikləri xüsusatları qeyd edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 Mulhət qızına, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izaһatını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həminin azaldılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, israfil Quliyev küçəsi, ev 9 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətindədir. Cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, döngə 1, 9 saylı sahə X1 xüsusi mülkiyyətindədir. Məhkəməyə təqdim olunmuş Asan 1 xidmətinin xx.xx.2020-ci il tarixli «yaşayış yeri üzrə qeydiyyat haqqında» arayışından görünür ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, döngə ev 9 Cavabdeh1, X7, Cavabdeh4, Mirzəyeva Zəhra taleh qızı, Cavabdeh3, X11, X4, X6, X14, Cavabdeh2, X13, Cavabdeh6, X21 qeydiyyatdadır. Beləliklə də, məhkəmə iclasında müəyyən olunmuş hallar ondan ibarətdir ki, iddia tələbi üzrə cavabdehlər İddiaçı QSC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, 9 nömrəli fərdi yaşayış evində deyil Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, döngə 1, 9 nömrəli fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayırlar. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, 9 nömrəli fərdi yaşayış evi ilə bağlı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mulhət qızına, Cavabdeh5 və Cavabdeh6a qarşı iddianın əsaslığı sübuta yetirilmədiyindən iddia tələbi rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mulhət qızına, Cavabdeh5 və Cavabdeh6 qarşı fəpdi yaşayış evinə istifadə hüququnun itirilməsi tələbi barədə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2912/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2912/2020
10.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver