Məhkəmə qərarları › İş №2(010)-2919/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2919/2020

13.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2919/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə cavabdeh X1 istifadə hüuqunun itirilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Adıçəkilən evi mərhum atasından miras əmlak olaraq qalmışdır. Eyni zamanda bildirir ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır və onunla nikahı 2019-cu ildə pozulmuşdur, Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İ 325467 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda cavabdeh ona məxsus olan mənzildə yaşamır və onlar birgə təsərrüfat aparmırlar. Cavabdehlə nikahları pozulduqdan sonra cavabdeh ona məxsus olan mənzildən özünə məxsus olan əşyaları götürərək çıxıb getmişdir. Eyni zamanda bildirir ki, cavabdehin qeydiyyatının onun mənzilinə olması formal xarakter daşıyır. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehin onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda olması formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını da pozur. Əvvəla, o, onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, də cavabdehin onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, ondan razılığın alınması onun üçün əlavə problemlər yarada bilər. Həmçinin qeyd edir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaşaması amma onun mənzilində qeydiyyatda olmaları onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Bununla əlaqədar onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə cavabdeh X1 istifadə hüququnun itirilməsi barədə qətnamə qət edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 öz izahatında şifahi və yazılı şəkildə iddianı qəbul edərək, vaxtı olmadığı səbəbindən bu vaxta qədər qeydiyyatdan çıxmamasını qeyd edərək, iddianın təmin edilməsinə etiraz etməməsini bildirmişdir. Məhkəmə iddianın təmin edilməsinə dair iddiaçının və iddianın etiraf edilməsinə dair cavabdehin izahatlarını və çıxışlarını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Murad Abdullayev küçəsi, (Komsomolskaya küçəsi, ev 59), ev 37 Yeni qaydalarla: AZ 1043, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 27 ünvanında olan 111.70 kvm-dən ibarət olan fərd yaşayış evi İddiaçı və Səkinə Zalı qızının ümumi birgə paylı mülkiyyəti əsasında xüsusi mülkiyyətindədir.( İddiaçı həmin hüququ xx.xx.2020-ci il tarixdə ********** sayla qeydə alınmışdır.) Mülki işdə olan Asan 4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən, İddiaçı xx xxxxxx 2002-ci ildən ünvan 1 ünvanında qeydiyyatdadır. Eyni zamanda X13, X10, X5, X7, Cavabdeh, X11, X8, X6, X3 və X14 qeydiyyatdadır. Mülki işdə olan Suraxanı rayon Məhkəməsi tərəfindən qət edilmiş xx.xx.2019-cu il tarixli qətnaməyə əsasən, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Səadət Sarayı tərəfindən 1999-cu il avqustun 01-də qeydə alınmış 975 nömrəli nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X4 və İddiaçı aralarında olan nikah xx xxxxxx 2019-cu il tarixdə ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 299 sayla qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə soyadı ------, qadının isə Rəhmanova kimi qeyd edilmişdir. Mülki işdə olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, iddianı qəbul etdiyini və istifadə hüququnun ləğv edilməsinə etiraz etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikas Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə formal olaraq qeydiyyatında qalmaları mənzilin mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Məhkəmə araşdırılması zaman müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı və Səkinə Zalı qızına məxsusdur. Cavabdeh X4 və İddiaçı aralarında olan nikah xx xxxxxx 2019-cu il tarixdə ləğv edilmişdir. Hər iki tərəfin izahatlarına əsasən müəyyən edilmişdir ki, mübahisəli ev iddiaçını mərhum atasına məxsus olmaqla, sonradan ona miras əmlak kimi qalmış və iddiaçı tərəfindən qəbul edilməklə, ona dair xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh nikahın pozulmasından əvvəl həmin mübahisəli ünvanda qeydiyyatda olsa və yaşasa da, nikah pozulduqdan sonra artıq bir ilə yaxın başqa yerdə yaşayır, həmin əmlaka dair heç bir tələbi yoxdur. Mənzildə cavabdehə məxsus hər-hansı əmlak yoxdur. Cavabdeh iddiaçının mənzilində uzun müddət yaşamamış, cavabdeh mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququ onun həmin evin vaxtı ilə qeydiyyatsız olması ilə yarandığından və bu hüquqa həmin əmlaka dair mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydə alındığından və tərəflər arasında ailə münasibətlərinə xitam verildiyindən cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, cavabdeh iddiaçının mənzilində yaşamasa da mənzildə onların pasport qeydiyyatı hazırki dövrə kimi formal olaraq saxlanılmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilində qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasənhər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddələrinə əsasən qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 saylı ünvana dair istifadə hüququ itirilmiş hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh ünvan 1 saylı ünvana dair istifadə huququna xitam verilsin. Bu qətnamə Cavabdeh ünvan 1 saylı ünvana olan qeydiyyatının ləğv edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar