Məhkəmə qərarları › İş №2(010)-2919/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2919/2021

31.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2919/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1, Cavabdeh2 Qulu qızına, Cavabdeh3 və Cavabdeh4 Bafadar oğluna qarşı “torpaq sahəsindən və onun üzərində tikilmiş tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər X1, Cavabdeh2 Qulu qızına, Cavabdeh3 və Cavabdeh4 Bafadar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən 0.3172 ha sahədən ibarət olan 59 saylı torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6.-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X1, Cavabdeh2 Qulu qızına, Cavabdeh3 və Cavabdeh4 Bafadar oğluna qarşı “torpaq sahəsindən və onun üzərində tikilmiş tikilidən çıxarılma” tələbinə dair mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərinə və işə onların iştirakları olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etmədiklərinə görə baxılmamış saxlanılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1, Cavabdeh2 Qulu qızına, Cavabdeh3 və Cavabdeh4 Bafadar oğluna qarşı “torpaq sahəsindən və onun üzərində tikilmiş tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar