Məhkəmə qərarları › İş №2(010)-2922/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2922/2023

29.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2922/2023 29.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X2* qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: *. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anası X5 *9.*2.20*9-cu il tarixdə vəfat etmişdir. O, vəfat edənə qədər ünvan 1 ünvanda yerləşən *00 kvadrat metr torpaq sahəsinin mülkyyətçisi olmuşdur. Əvvəldən torpaq sahəsinin ölçüsü 400 kvadrat metr olmuş, *0.0*.2007-ci il tarixdə notariat qaydasında bağlanmış “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nə əsasən (AN-İ 0078*38) torpaq sahəsinin 300 kvadrat metr sahəsi X4, qalanı isə - *00 kvadrat metri anası X3 mülkiyyətində qalmışdır. Qeyd edilən halı notariat qaydasında təsdiq edilmiş müqavilə təsdiq edir. Anasından miras qalmış torpaqdan bu günə qədər fasiləsiz istifadə edir, həmin torpaq sahəsində inşa edilmiş yaşayış evində 22 ildir ki, yaşayır, həmin evin qaz, işıq, su pulunu ödəyir, torpaq sahəsini abad şəkildə saxlayır. Ərizəçinin tələbi:

2. Onun tərəfindən mərhum anası X2 miras qalmış mirasın - ünvan 1 ünvanda yerləşən *00 kvadrat metr torpaq sahəsinin qəbul edilməsi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları:

3. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, o, mübahisəli torpağı anasının adına almış, həmin torpaqda yerləşən fərdi yaşayış evini öz hesabına tikmişdir və 200*-ci il tarixdən orada yaşayır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Maraqlı şəxs X8 məhkəmənin *5.08.2023-cü il tarixli hazırlıq iclasında ərizəyə etiraz etməyərək, izahatında qeyd etmişdir ki, Elçin onun oğludur, Elçin mübahisəli torpağı anasının adına almışdır və 200*-ci il tarixdən orada yaşayır, ərizənin təmin olunmasına etrazı yoxdur.

6. Maraqlı şəxslər X*2, X*4, X*3 və X*6 məhkəmənin *5.08.2023-cü il tarixli hazırlıq iclasında ərizəyə etiraz etməyərək, izahatlarında qeyd etmişlər ki, Elçin onların qardaşıdır və X6 izahatını təsdiq edərək ərizənin təmin olunmasına etrazları olmadığını bildirmişlər.

İş materialları:

7. AЗБ seriyalı, *2**24 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.*97*-ci il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamənin atası qrafasında “X8”, anası qrafasında “X5” qeyd olunmuşdur.

8. AZ-İİ seriyalı, 0585*6 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 *9.*2.20*9-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 26.*2.20*9-cu il tarixdə 2537 nömrə ilə qeyd edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, *9.*2.20*9-cu il tarixdə vəfat etmiş X3 adına V-553/2022 saylı vərəsəlik işi açılmışdır. Ona Mülki Məcəllənin *246-cı və *248-ci maddəsinə əsasən imtina cavabı verilərək, mirasın qəbulu faktı ilə abğlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. *0. AN – İ seriyalı, 0078*38 nömrəli, *0.0*.2007-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 09.0*.07-ci il tarixdə verilmiş **/3242 nömrəli arayışa əsasən ünvan 1 ünvanda yerləşən 400 kv. m. torpaq sahəsindən 300 kv. m. torpaq sahəsini X9 mülkiyyətinə vermişdir. Qalan *00 kv. m. torpaq sahəsi satıcının istifadəsində qalır. **. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Sabir küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. *2. Maraqlı şəxslər X8, X*2, X*4, X*3 və Haqverdiyeva (Musayeva) Nəsibə Umud qızı tərəfindən məhkəmə iclasında məhkəməyə ünvanlanan ərizədən görünür ki, onlar ərizəni qəbul edirlər və ərizənin təmin olunmasına etirazları yoxdur.

Tətbiq edilən hüquq:

*3. Azərbayсan Respublikası Mülki Məсəlləsi.

Maddə **33. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə **45. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə **46. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə **5*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar Maddə *243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə *246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə *255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.9. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin məhkəmə müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

Məhkəmənin mövqeyi:

*5. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. *6. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, *9.*2.20*9-cu il tarixdə ölmüş X2 ünvan 1 ünvanda yerləşən *00 kv.m torpaq sahəsi miras qalmışdır. Qeyd edilən torpaq sahəsi Güləndam Haqverdiyevaya məxsus olduğundan, həmin torpaq sahəsi miras əmlakı kütləsidir. Miras qoyan Güləndam Haqverdiyevanın vəsiyyətnamə qoyması məhkəmədə müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanda yerləşən *00 kv.m torpaq sahəsi miras qoyan Güləndam Haqverdiyevanın ölüm məqamı mülkiyyətində olduğundan, ərizəçi miras qoyanın oğlu olduğundan, ünvan 1 ünvanda yerləşən *00 kv.m torpaq sahəsi miras əmlakı kütləsinə daxil olduğundan, ərizəçi miras qoyanın vəfatından sonra mirası qanun üzrə qəbul etmək üçün 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməklə mirası qanun üzrə qəbul etdiyindən, ərizə əsaslıdır. *7. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. *8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *8 oktyabr 20*3-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” *8 iyul 20*4-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. *9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” *2 aprel 20*9-cu il tarixli qərarının *0-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır.

20. X* qanun üzrə birinci növbədə digər vərəsələri mərhumun uşaqları və əri hazırki iş üzrə maraqlı şəxs qismində işə cəlb olunmuş və onlar məhkəmə baxışı zamanı Ərizəçi 200*-ci ildən mübahisəli torpaq sahəsində yaşadığını, həmin torpaq sahəsini anasının adına aldığını, ərizəçidən qeyd olunan mirasla bağlı hər hansı pay tələb etmədikılərini, ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişlər. 2*. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mirası qəbul edilməsi faktının müəyyən edilməsinin miras əmlakın vərəsəlik üzrə qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

22. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mirası qəbul edilməsi faktının müəyyən edilməsinin miras qoyan X2 miras qalmış əmlakın vərəsəlik üzrə qəbul edilməsinə dair əhəmiyyəti olduğundan, ərizəçinin miras qoyan X2 miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır. Lakin, ərizəçi buna dair ona lazım olan sənədi başqa qaydada əldə edə bilməmişdir. Buna görə də mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, X2 miras qalmış ünvan 1 ünvanda yerləşən *00 kv.m torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir.

23. Bununla da Ərizəçi mirası faktiki olaraq qəbul etmiş və bu faktla bağlı digər vərəsələr olan miras qoyanın övladları və əri arasında mübahisə yoxdur. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib təmin edilməsi qənaətinə gəlir.

24. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir.

Məhkəmə xərcləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin gəldiyi nəticə:

27. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə X2 miras qalmış ünvan 1 ünvanında yerləşən *00 kv. m. torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

Ərizə təmin edilsin. X2 miras qalmış ünvan 1 ünvanında yerləşən *00 kvadrat metr torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar