Məhkəmə qərarları › İş №2(010)-2932/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2932/2020

31.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2932/2020 31.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X3katibliyi, İddiaçı oğlunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, iddiaçının mülkiyyətçisi olduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 11, mənzil 2 saylı mənzilə olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəyişdirərək, Cavabdeh, iddiaçının mülkiyyətçisi olduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 11, mənzil 2 saylı mənzilə olan yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəyişdirilməsinə” dair ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki,Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 11 saylı evin 2 saylı mənzil MH seriyalı, 045589 nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçıdan xüsusi mülkiyyətində olan evə bir illik qeydiyyata alınmasını xahiş etmiş və iddiaçı cavabdehi mənzilə pasport qeydiyyatına alınmasına razılıq vermişdir. Cavabdeh həmin mənzilə qeydiyyata düşməsinə baxmayaraq heç vaxt həmin mənzildə yaşamamışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdehin iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda olması mülkiyyətşi kimi hüquqlarını əsaslı şəkildə pozur, bununla da iddiaçının, sahiblik, sərancam və istifadə hüquqlarını həyata keçirə bilmir. İddiaçı cavabdehə mənzilindən könüllü olaraq pasport qeydiyyatından çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Buna görə də, məhkəmədən Cavabdeh, iddiaçının mülkiyyətçisi olduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, ev 11, mənzil 2 saylı mənzilə olan yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Cavabdeh ünvanlanmış məhkəmə bildirişinin kötüyündən müəyyən edilir ki, “Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 11 saylı evin 2 saylı mənzilində yaşamır” bu barədə 137 saylı MKİSnin rəisi M.Mustafayev müvafiq qeyd apararaq təsdiq etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəyişdirilməsinə” dair ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərəəsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1996-cı il tarixli MH seriyalı 045580 saylı qeydiyyat vəsiqəsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Kərimzadə küçəsi, 11 saylı evin 2 saylı mənzili xx.xx.1996-cı ildə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 137 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı, X1, Nümayəndə, X2 və Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 11saylı evin 2 saylı mənzilində qeydiyyatdadırlar. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 11saylı evin 2 saylı mənzilində qeydiyyatdadır, lakin yaşamır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 11saylı evin 2 saylı mənzili İddiaçı mülkiyyət hüququ ilə məxsusdur. Eyni ilə müəyyən olundu ki, Cavabdeh mülkiyyətçinin ailə üzvü deyildir və onların evin mülkiyyətçisi ilə mübahisəli mənzilə istifadə hüquqlarını müəyyən edən müqavilə mövcud deyildir. Məhkəmə iş üzrə sübutların məcmusuna qiymət verməklə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 11saylı evin 2 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq həmin evdə yaşaması və ya onun iddiaçı ilə mənzildən istifadə hüququnun yaranması barədə müqavilə bağlaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Çünki qeydiyyat əmlak hüquqlarını yaratmır. Qeydiyyatın məqsədi isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair məhkəmə qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə cavabdehlərin mübahisəli ünvana istifadə hüququ yaranmamışdır. Göstərilən halların məcmusunu və yuxarıda sadalanan qanunvericilik normasını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilə dair istifadə hüquqlarıəmələ gəlməmişdir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdehə münasibətdə iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, həmin cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 11saylı evin 2 saylımənzilinə istifadə hüququnun olmaması müəyyən edilməlidir. Həmçinin iddia üzrə cavabdehin evə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehlərin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüquqlarının olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 11 saylı evin 2 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsi, 11 saylı evin 2 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar