Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2957/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X38 qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi X14 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A, 23 nömrəli mənzil Bakı şəhəri Nizami rayonu İH-nın başçısının xx.xx.2011-ci il tarixli 15 nömrəli sərəncamına əsasən şəhid ailəsi kimi X2na verilmiş və onun adına rəsmiləşdirilmişdir. X2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdehin həyat yoldaşı X22 evdə təmir işləri aparmaq adı ilə etibardan sui-istifadə edərək kələkbazlıq etmiş, həmin mənzili onun və anasının razılığı olmadan və iradələrinin əksinə zidd olaraq ikinci həyat yoldaşı Cavabdeh oğlu X23 olmaqla zəbt etmiş, sonradan onu və X2nı da həmin mənzilə buraxmamışlar. Anası sağlığında bütün baş verənləri ona danışmış və xx.xx.2020-ci il tarixdə mübahisəli mənzilin satılaraq ayrı-ayrı mənzillər alınması və ya yenidən bu mənzili geri qaytarmaq şərtilə iki ayrı-ayrı mənzillərin verilməsi üçün AR-nın Prezidenti Cənab İ.H.Əliyevə yazılı müraciət etmişdir. O, xx.xx.2019-cu ildən X17 ilə ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2021-ci il tarixdə oğlu X33 dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra qanunla onlara məxsus otağın birində yaşamaqlarına imkan vermədikləri üçün bir ildən artıq ayı 300 manata Yasamal rayonu ərazisində kirayədə yaşamış, ailə büdcəsinə böyük maddi ziyan dəymiş, cavabdehin və ailəsinin hərəkətləri nəticəsində onların bir neçə illər ərzində və hal-hazırda mənzilin bir otağında yaşamaq hüquqları qanunla təsbit edildiyi hal-hazırda bilərəkdən və şüurlu surətdə pozulmuş, maddi ziyan bu gün də artmaqda davam edir, bu da onun və ailənin dövlət tərəfindən qanunla tanınmış hüquqlarının pozulmasına rəvac vermiş, maddi, mənəvi və psixoloji gərginlik keçirməyinə səbəb olmuşdur. Cavabdeh Əfəndiyeva X20 öz ailəsi ilə heç bir razılıq olmadan və qeydiyyatsız olaraq həmin mənzildə yaşayır. Cavabdeh onların kirayədə yaşadığı mənzildə olmuş və fotoşəkillər vardır. Mübahisəli mənzilə köçürülməkləri ilə əlaqədar Nizami Rayon Məkəməsi və Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il il tarixli, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsilə onun və azyaşlı övladı X25 mübahisəli mənzilə köçürülməsi qət edilmiş, köçürülmə təmin edilmişdir. Lakin indiyə qədər cavabdeh və ailəsi onlara aid bir otaqdan əşyalarını çıxarmamış və otağın açarını onlara verməmiş, bununla da münaqişə üçün zəmin yaratmaq istəyirlər. Mübahisəli mənzilə pasport qeydiyyatına alınmaqla əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun və azyaşlı övladı X25 ünvan 1 ünvanına qeydiyyata alınma öhdəliyi cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə həvalə edilmişdir. Cavabdehin həyat yoldaşı X24 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixdə şikayətə baxmış, cavabdehin şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı X17 da məlum mübahisəli mənzilə köçürülməsi tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və işə (xx.xx.2023) hakim Rübabə Qafarovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılmış, xx.xx.2023-cü il tarixdə qətnamə qəbul edilmiş, mənzilə köçürülmə iddiası təmin edilməmişdir. Belə ki, hakim həyat yoldaşının mübahisəli mənzilə köçürülməsilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddiaçının buna subyektiv hüququnun olmadığını bildirir. Hakim R.Qafarova dünyanın heç bir yerində tətbiq olunmayan maddəni tətbiq etmişdir. Ata və övladı – azyaşlı, südəmər körpə uşağın köçürülməsi məhkəmə tərəfindən təmin edilmiş, ana isə köçürülə bilməz. Yetimlər evindən yiyəsiz, ata-anasız körpələri evlərə verirlər, qeydiyyata alırlar, burda isə ata ilə südəmər körpə Hövsanda yaşamalıdır, ana isə Keşlədə. Həmin qətnamədən gəldiyi nəticə budur ki, həyat yoldaşı X10 məlum mübahisəli mənzilə köçürülməsi üçün subyektiv hüququnun olmadığı bildirilib və mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Əgər onun həyat yoldaşı X11 məlum mübahisəli mənzilə köçürülməsi üçün subyektiv hüququn olmadığı bildirilirsə, onda mübahisəli mənzili qeyri-qanuni zəbt etmiş, heç bir qeydiyyatı olmayan Cavabdeh da heç bir subyektiv hüququ yoxdur.
İddiaçının tələbi.
2. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A, 23 nömrəli mənzildə yaşaması üçün heç bir subyektiv hüququ olmadığını nəzərə alaraq mübahisəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçı onun qaynıdır. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 15 saylı Sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A saylı binanın 8-ci mərtəbəsində ümumi sahəsi 84,85 kv.m, yaşayış sahəsi 41,29 kv.m olan 2 otaqlı, 23 saylı mənzili 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı – 1984cü il təvəllüdlü X24, qaynı – 1988-ci il təvəllüdlü İddiaçı) 1960-cı il təvəllüdlü şəhid ailəsi qaynX2nın adına rəsmiləşdirilmişdir. Qaynanası sağlığında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, ev 23, mənzil 405-i qaynı İddiaçı bağışlamış və həmin bağışlama müqaviləsinə həyat yoldaşı X24 Bakı şəhəri 15 saylı Notariat ofisində rəsmi qaydada etirazının olmadığını bildirmiş, eyni zamanda qaynanası Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A saylı binanın 23 saylı mənzilini həyat yoldaşı Əfəndiyev Vasifə ailəsi ilə birlikdə vermişdir. İddiaçı iddia ərizəsində də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, ev 23, mənzil 405-də yaşamasını göstərir, eyni zamanda həyat yoldaşı Əfəndiyev Vasif də həmin mənzildə qeydiyyatdadır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsibnin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X33 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A saylı binanın 23 saylı mənzilinə köçürülmüşdür. Həmin qətnamə üzrə icra sənədi Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Suraxanı rayon İcra şöbəsi həmin icra sənədini icra edərək İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X33 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A saylı binanın 23 saylı mənzilə köçürülmüş, həmin 2 otaqlı mənzilin 1 otağını iddiaçıya azyaşlı oğlu ilə birlikdə vermişdir. Digər 1 otağında isə o, həyat yoldaşı və oğlu ilə birlikdə yaşayırlar. O, 2013-cü ildən həyat yoldaşı ilə birlikdə həmin mənzildə yaşayırlar və hazırda iddiaçının onu mübahisəli mənzilin ailəvi yaşadıqları 1 otağından çıxarmaq hüququ yoxdur. O, göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etdi.
5. Cavabdehin nümayəndəsi X24 cavabdehin izahatına uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.
İş materialları.
6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1505/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A nömrəli binanın 2 otaqlı, 23 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir.
7. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1318/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X33 ilə birlikdə ünvan 3 ünvanda yerləşən mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-8411/2022 saylı qərardadı ilə şikayətin təmin olunmaması, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1318/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9860/2022 saylı qərarı ilə iddianın təmin edilməsi, iddiaçı xx.xx.1988-ci il təvəllüdlü İddiaçı və onun azyaşlı uşağı xx.xx.2021-ci il təvəllüdlü X25 ünvan 3 ünvanına qeydiyyata alınmaları öhdəliyinin cavabdeh Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
10. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-866/2023 saylı qətnaməsi ilə iddiaçı X10 cavabdeh X18 qarşı “mənzilə köçürmə” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
12. Nizami rayonu ƏSMM tərəfindən verilən ******* nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür.
13. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 15 nömrəli sərəncamından çıxarışın (yaşayış yeri üzrə mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə ayrılmış mənzillərin onların adına rəsmiləşdirilməsi haqqında) surətindən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84,85 kv.m, yaşayış sahəsi 41,29 kv.m olan 2 otaqlı, 23 saylı mənzili 3 nəfər ailə tərkibi ilə (özü, 1984-cü il təvəllüdlü X24, 1988-ci il təvəllüdlü İddiaçı) 1960-cı il təvəllüdlü şəhid ailəsi X3 adına rəsmiləşdirilmişdir.
14. “Elektron notariat” X1 çıxarışdan görünür ki, X24 tərəfindən aşağıdakı məzmunda ərizə verilmişdir: X6 məxsus olan qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi, 23 saylı evin 405 nömrəli xüsusi mənzilini İddiaçı bağışlamasına heç bir etirazı yoxdur.
15. AZ-İİ seriyalı 227054 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə Əfəndiyeva (Abdiyeva) Gülşən Həmzəxan qızı xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar.
16. AZ-İV seriyalı 081192 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. X8, anası Cavabdehdır.
17. Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 105 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfinfən verilən xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, X4 qəsəbəsi, E.Qasımov küçəsi, 14A saylı evin 23 nömrəli mənzilində yaşayır. Digər qeydiyyatsız yaşayan şəxslər: Cavabdeh, X23.
18. Suraxanı rayonu Hövsan qəsəbə İcra Nümayəndəliyinə Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a, mənzil 27 ünvanında qeydiyyatda olan X29 və Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a, mənzil 22 ünvanında qeydiyyatda olan X15 tərəfindən verilən ərizənin surətindən (notarial qaydada təsdiq olunub) görünür ki, xx.xx.1989-cu il təvəllüdlü qonşuları Cavabdeh Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a ünvanında yerləşən 23 nömrəli mənzildə ailə üzvləri ilə birlikdə faktiki olaraq yaşayır. Tətbiq edilən hüquq.
19. Azərbaycan Respublikası Konstitusiyası.
Maddə 43. Mənzil hüququ. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 5. Mənzil toxunulmazlığı hüququnun təmin edilməsi. 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Maddə 17. Mənzil fondu. 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 59. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi. 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Maddə 68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 70. Müvəqqəti başqa yerə getmiş yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və onun ailə üzvlərinin hüquq və vəzifələri. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
Məhkəmənin mövqeyi.
23. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsassızdır.
24. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçı və cavabdehin əri X24 qardaşdır. Onların atası X16 xx.xx.1994-cü il tarixdə X13 şəhid olmuşdur. Bundan sonra, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14ada yerləşən 23 saylı mənzil hazırkı iş üzrə iddiaçı və cavabdehin ərinin anası X5 adına rəsmiləşdirilmişdir. Ailə tərkibi hazırkı iş üzrə iddiaçı və onun qardaşından ibarət olmuşdur. Lakin bu mənzildə cavabdeh Əfəndiyev Vasif öz ailə üzvləri ilə birlikdə yaşamışdır. X9 isə xx.xx.2020-ci il tarixdə ölmüşdür.
25. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə İddiaçı X18 qarşı “mənzilə köçürülmə" tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X33 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14a-da yerləşən 23 saylı mənzilə köçürülməsi, iddianın hazırki mülki iş üzrə iddiaçı X12 münasibətdə isə həmin şəxsin iddia ərizəsində iddiaçı kimi qeyd edilməməsi və əri ilə birlikdə iddiaçı statusunu almaması əsası ilə təmin edilməmişdir.
26. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ddiaçı X10 cavabdeh X18 qarşı "mənzilə köçürülmə" tələbinə dair iddiası subyektiv hüququ olmadığından rədd edilmişdir.
27. Hazırda iddiaçı ünvan 4 ünvanında yerləşən mənzildə yaşamaq üçün cavabdehin heç bir subyektiv hüququ olmadığından, onun çıxarılmasını istəyir. Cavabdeh isə isə iddia tələbi ilə razılaşmır və etirazını onunla əsaslandırır ki, iddiaçı, oğlu ilə birlikdə qeyd edilən mənzilə köçürülmüş, həmin iki otaqlı mənzilin bir otağını iddiaçıya azyaşlı oğlu ilə birlikdə verilmişdir. Digər bir otağında isə o, həyat yoldaşı və oğlu ilə birlikdə yaşayırlar. O, 2013cü ildən həyat yoldaşı ilə birlikdə həmin mənzildə yaşayırlar.
28. Məhkəmə qeyd edir ki, mübahisələndirilən mənzil iddiaçı və cavabdehin əri ailə üzvləri olmaqla, onların anaları X6, həyat yoldaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı hərbi əməliyyatlar zamanı şəhid olduğuna görə, rayon İcra Hakimiyyətinin sərəncamına əsasən verilmişdir, belə olan halda həmin mənzil sosial kirayə müqaviləsi əsasında istifadə məqsədi ilə dövlət mənzil fondundan ayrılmış sosial təyinatlı mənzildir. Habelə mənzil miras əmlak kütləsinə daxil deyildir, qanun üzrə və ya vərəsəlik hüququ əsasında keçməmişdir. Ona görə məhkəmə hesab edir ki, mübahisəyə hüquq münasibətlərinin yarandığı dövrdə və hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
29. Tərəflərin izahatından məhkəmə iclasında aydın odu ki, cavabdeh, iddiaçının qardaşı ilə 2017-ci ildə rəsmi nikaha daxil olsa da, 2013-cü ildən faktiki ailə münasibətlərinə daxil olaraq, kirayəçi olan qayınanası tərəfindən qeyd olunan yaşayış sahəsinə köçürülmüş, 2013-cü ildən qeyd edilən mənzildə yaşamış və həmin müddətdə bir uşağı olmuş və mübahisə predmeti olan yaşayış sahəsindən yeganə yaşayış yeri kimi istifadə edir.
30. Məhkəmə hesab edir ki, cavabdeh mübahisəli mənzilə ümumi razılşama ilə köçdüyündən, Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən ailə üzvü olduğundan onun mənzildən çıxarılması əsassızdır.
31. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
32. Cavabdehin başqa yaşayış yerinin olması işdən görünmür.
33. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
34. İş materiallarından göründüyü kimi iddiaçı şəhid ailəsi olmaqla dövlət rüsumunun ödənilməsindən azad olduğundan, iddia ərizəsi isə təmin edilmədiyindən tərəflərdən heç birindən rüsum tutulmamalıdır.
Məhkəmənin gəldiyi nəticə.
35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14A saylı binanın 23 nömrəli mənzilindən cavabdehin çıxarılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.