Məhkəmə qərarları › İş №2(010)-2962/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2962/2020

23.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2962/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı və İddiaçının vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən azyaşlı övladı X4 ilə birlikdə ünvan 1-də yerləşən özbaşına tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 2014-cü ildə qeyd olunan mənzilə gəlin köçmüş, beş il orada yaşamışdır. Qayınatası hal-hazırda orada yaşayır. O, həftənin şənbə və bazar günləri evə gəlmiş, beş il ona qulluq etmişdir. Lakin hazırda həmin evdə qalmağa ona imkan vermirlər. Ev özbaşına tikilidir və heç kəsin mülkiyyətində deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin, işin aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsinə etirz etmədiyini bildirdi. Məhkəmə iclasında iddiaçının vəkili X5 iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin, işin aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsinə etirz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdən görünür ki, iddiaçının köçürülmək istədiyi özbaşına tikili olan ev ünvan 1 ünvanında yerləşir. İşin bu halını məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi də mübahisələndirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən aidiyyəti üzrə iddiaçının köçürülmək istədiyi özbaşına tikilinin yerləşdiyi rayonun məhkəməsində, yəni Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının köçürülmək istədiyi özbaşına tikili olan ev Xəzər rayonunda yeləşdiyindən mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 267 və 268ci mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar