Məhkəmə qərarları › İş №2(010)-2989/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2989/2025

02.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2989/2025 02.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1-da babasına məxsus mənzildə müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün olan X2 və digərlərinin həmin mənzildən çıxarılmasına dair ədalətli və qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 qeydiyyatda olaraq, Suraxanı rayon Məhkəməsinə müraciət edərək, aşağıdakıları bildirmək istəyir. 1984-cü ildə onun babası X16 dövlətdən mənzil almışdır (17 oktyabr 1984-cü il tarixli 204911 nömrəli order). Babası ilə bərabər həmin mənzildə anası X14 da qeydiyyatda olub, yaşayırdı. 1994-cü ildə həmin mənzil Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Laçından məcburi köçkün olan X3 və onun ailəsi tərəfindən zəbt edilmişdir. Ərizəçiyə görə, bir neçə tələblərinə baxmayaraq, mənzili tərk etməkdən imtina edərək göstərmişdir ki, o, məcburi köçkündür və başqa yaşayış yeri yoxdur. Babası X17 xx.xx.1987-ci ildə rəhmətə gedmişdir. Anası X18 xx.xx.2007-ci ildə rəhmətə gedmişdir. Anası ilə atasının dəfələrlə bu məsələ ilə bağlı müxtəlif dövlət orqanlarına ərizə ilə müraciətləri olmuşdur. Həmin müxtəlif dövlət orqanlarından alınan cavablardan məlum olurdu ki, yaxın gələcəkdə Azərbayacan dövləti qaçqınları sığınacaqla təmin edərək, babasının evini sahiblərinə qaytaracaq. Bu haqda həmin dövlət orqanları anasının hər bir müraciətilə bağlı, ona problemin yaxın gələcəkdə həllinə söz verirdi. Ancaq, təəssüflər olsun ki, bu günə kimi, bu problem öz həllin tapmayıb. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə icraçıları baş idarəsinin rəisi Baş məhkəmə məmuru baş ədliyyə müşaviri cənab Xanlar Zeynalovun 08 iyul 2008-ci il tarixli 04/2946 saylı cavab məktubunda qeyd edilmişdir ki, “...sonrakı müddət ərzində sonuncunun ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxanlması tələbi ilə bağlı ailəniz tərəfindən məhkəməyə müraciət edilməmiş və mübahisəli məsələnin həlli ilə bağlı hər hansı məhkəmə qəran və yaxud icra sənədi mövcud deyil. İzah edirik ki, mənzil mübahi səsinin həlli ilə bağlı aidiyyəti məhkəməyə müraciət edə bilərsiniz. Məhkəmə qərarının nəticəsindən asılı olaraq, qanunauyğun tədbirlərin görülməsi təmin ediləcəkdir”. xx.xx.2022-ci il tarixli X1 sədri Eldar Zeynalovun cava məktubunda qeyd olunmuşdur ki, “...Laçın rayonundan məcburi köçkün X3 ailə üzvləri ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 33, 16 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Diqqətinizə çatdırırıq ki, ərazilərimiz işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı profilaktik təhlükəsizlik tədbirləri həyata keçirilir ki, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlər, o cümlədən X2 ailəsi də uzun illər yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürüləcəklər”. Həmçinin, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2008-ci il tarixli ½-H-60 saylı cavab məktubunda qeyd edilmişdir ki, “...müəyyən edilmişdir ki, mərhum X6 adına olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 33,16-cı mənzil Laçın rayonundan məcburi köçkün X3 və onun ailə üzvləri tərəfindən 1993-cü ildə zəbt edilmişdir. Həmin şəxslərin mübahisəli mənzildən çıxarılması tələbi ilə bağlı tərəfinizdən məhkəməyə müraciət edilməmiş və mübahisənin həlli ilə bağlı hər hansı məhkəmə qərarı olmamışdır. Buna görə də mənzil mübahisəsinin həlli ilə bağlı qanunvericiliklə müəyyən olumnuş qaydada məhkəməyə müraciət edilməlidir”. Ümumiyyətlə isə, müxtəlif Dövlət qurumlarından gələn bir çox cavab məktublarda da qeyd edilir ki, Laçın rayonundan məcburi köçkün X2 ailəsi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 33, 16-cı mənzili zəbt eünişdir və orada qanunsuz olaraq, yaşayır. Suraxanı rayon Mİ şöbəsinin rəisi, Ədliyyə müşaviri cənab Amin Əhmədzadənin cavab məktubunda qeyd edilmişdir İd, “mərhum ananız X7 adına 17 oktyabr 1984-cü il tarixli 204911 nömrəli order əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 33, 16 saylı mənzil ayrılmış və 1993-cü ildə Laçın rayonunun qaçqınları olan Bəxşeyiş Abbasovun 6 nəfərdən ibarət ailə üzvləri tərəfindən zəbt olunmuş mənzilin boşaldılmasına dair Suraxanı rayon Prokurorluğu tərəfindən 340-J 95 saylı, xx.xx.1995-ci il tarixli sanksiya verilmişdir. ... Qaçqınların acınacaqlı vəziyyətini nəzərə alaraq, Dövlət tərəfindən ayn-ayn o cümlədən Ağdam, Bərdə, Tərtər, Beyləqan, Saatlı, Səbirabad, Fizuli Biləsuvar və sair rayonlarda qaçqın şəhərciləri inşa edilir və mütəmadi olaraq zərərçəkmiş soydaşlarımız həmin evlərə köçürülürlər”. Tərəflərin izahatları. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında İddiaçı bildirmişdir ki, mənzil babasından qalmışdı. Mənzil Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında yerləşir. 1994-cü ildə cavabdeh və ailəsi tərəfindən məcburi köçkün kimi zəbt olunmuşdur. 30 ildir orada yaşayırlar. İddia ərizəsi ilə müraciət etdi ki, cavabdeh ailəsi ilə birlikdə həmin mənzildən çıxarılsın. Anası tərəfindən o vaxtda dövlət orqanlarına müraciət olmuşdur. O vaxt da deyilmişdi ki, torpaqlar işğaldan azad olunandan sonra onlara ev veriləcək. Lakin, bu günə kimi bu məsələ həll olunmayıb. Yaşamağa evi yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, o evdə məskunlaşan vaxtı ora xarabalıq idi. 4-5 ay sonra Eldar və onun həyat yoldaşı müraciət etmişdi. O, da dedi ki, nə vaxt kəndləri azad olsa gedəcək. Bir müddət gəlib getdilər, hətta satmağı təklif etdilər. Onun imkanı yox idi. Onda o, Ulu Öndərə müraciət etdi, Prokurorluq orqanlarına yazdı. Orada da o, demişdi ki, kəndləri azad olunan kimi evi boşaldacaq. Nə vaxt torpaqlarında ev tikilib istifadəyə veriləcək onda o da evdən çıxacaqdır. İş materialları. İş materiallarına əlavə edilmiş 204911 saylı xx.xx.1984-cü il tarixli orderin surətindən görünür ki ünvan 2 ünvanında yerləşən mənzil X17 və onun ailə üzvlərinə X18, X8, X10 və X4 istifadəyə verilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 070872 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1987-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020ci il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, xx.xx.1997-ci il tarixli XX-ЖГ № 337125 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (atası X9, anası X18) xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixində 186 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 236809 nömrəli, xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007ci il tarixdə 210 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixdə verilmiş 192/12 nömrəli doğum haqqında arayışın surətindən görünür ki, X18 (atası X17, anası X5) xx.xx.1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1951-ci il tarixində 17 nömrə ilə qeyd edilmişdir. 104 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli, x/80 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanı 204911 saylı 17 oktyabr 1984-cü il tarixli orderə əsasən (mərhum) X15 verilmişdir. 104 saylı Mənzil Kommunal İstismar Sahəsində olan məlumata görə aşağıdakı adları qeyd olunan sakinlər sözügedən ünvanda qeydiyyatda olmuşdular. 1. (Mərhum) X17 – (vəfat edib), 2. (mərhum) X18 – (vəfat edib), 3. (mərhum) X8 – (vəfat edib). Hal-hazırda ünvan 3-da X11 nəvəsi İddiaçı qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-43515/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanın qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********35 saylı, xx.xx.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, aparılan araşdırma zamanı idarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı, qeyd olunan mənzildə məcburi köçkünlərin məskunlaşdığı müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi mövqe. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilmişdir ki, Cavabdeh 1993-cü ildən Laçın rayonundan məcburi köçkün kimi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1da məskunlaşmışdır. xx.xx.1984-cü il tarixli orderə əsasən, ünvan 4 ünvanında yerləşən 16 nömrəli mənzil X15 istifadəyə verilmişdir. Həmçinin onunla birlikdə iddiaçının anası olan məhrum X12 da qeyd olunan mənzildən istifadə hüququ verilmişdir. X18 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Həmin orderdə İddiaçı adı qeyd olunmamış, lakin o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 33 ünvanında yerləşən 16 nömrəli mənzildə qeydiyyatdadır. Hazırda iddia tələbi ondan ibarətdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1-da babasına məxsus mənzildə müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün olan X2 və digərlərinin həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Cavabdeh X2 həmin mənzildən çıxarılması tələbi tam əsassız görünür, çünki iddiaçının bununla bağlı subyektiv hüququ olmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçı həmin mənzilin mülkiyyətçisi deyil, orada qeydiyyatda olmaqla heç vaxt yaşamamışdır. İddiaçı sözügedən mənzildən istifadə hüququn olub-olmamasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının həmin mənzildə qeydiyyatda olması isə onda istifadə hüququnun da olmasını təsdiq etmir. Qeyd olunan əsasları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1-da babasına məxsus mənzildə müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün olan X2 və digərlərinin həmin mənzildən çıxarılmasına dair tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1-da babasına məxsus mənzildə müvəqqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün olan X2 və digərlərinin həmin mənzildən çıxarılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar