Məhkəmə qərarları › İş №2(010)-2991/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2991/2025

04.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2991/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X*3 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 Əlmirzə qızı və Maraqlı şəxs4 Əlmirzə qızının iştirakı ilə Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 28.**.20*3-cü ildə vəfat etmiş X2 qalmış mirasın qəbulu faktının ("xxxx" ASC-də müəyyən sayda səhmləri ilə bağlı hesablanmış dividentlərin qəbulunun) müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri

2. Ərizəçi xx.xx.*957-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Atası - X8 28.**.20*3-cü ildə “Kəskin konorar çatışmazlıq” diaqnozu ilə vəfat etmişdir. Anası - X4 *8.02.20*2-ci ildə “Kəskin konorar çatışmazlıq” diaqnozu ilə vəfat etmişdir. Mərhum atası X5 adına "xxxx" ASC-də müəyyən sayda səhmləri ilə bağlı hesablanmış dividentlərin nağdsız qaydada qəbul edilməsi ilə bağlı 4 saylı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət etmiş olsa da, 24.*0.2024-cü il tarixdə mirasın qəbulu müddəti ötürüldüyündən mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Qeyd edir ki, mərhum atasının adına olan səhmlərlə bağlı dividentlərin nağdsız qaydada qəbul edilməsi ilə bağlı 2024-cü ilin sentyabr ayında xəbəri, məlumatı olmuşdur. Belə ki, mərhum atasının sonuncu dəfə işlədiyi "xxxx" ASC-dən bildiriş məktubu olmasa idi, o, hələ də mərhum atasının adına qeyd edilən müəssisədə dividentlərin olmasını bilməyəcəkdi. Bununla belə, atasından qalan bütün əşyaları, o cümlədən şəxsi əşyaları belə onda olmuşdur. Buna görə də hesab edir ki, atasından qalan mirası qəbul etməyi tanınmalıdır.

Proses iştirakçılarının izahatları

3. Maraqlı şəxslər AR ƏN 4 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat Ofisinə və Maraqlı şəxs5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, lakin maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi.

6. Məhkəmə iclasında Maraqlı şəxs3 Əlmirzə qızı bildirdi ki, hazırki ərizənin təmin edilməsinə etiraz etmir.

7. Məhkəmə iclasında Maraqlı şəxs4 Əlmirzə qızı ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi.

İş materialları

8. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*957-ci il tarixdə anadan olmuşdur. X*, anası X3r.

9. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 *8.02.20*2-ci il tarixdə vəfat etmişdir. *0. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28.**.20*3-cü il tarixdə vəfat etmişdir. **. "xxxx" ASC-nin *9.06.2023-cü il tarixdə saat *7.00-da səhmdarların ümumi yığıncağı barədə bildiriş iş materiallarına əlavə edilmişdir. *2. Maraqlı şəxs2 4 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat Ofisinə ünvanlanmış 24.*0.2024-cü il tarixli ərizəsindən görünür ki, o, 28.**.20*3-cü il tarixdə vəfat etmiş atası X2 irs qalmış yaşayış, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsini faktiki olaraq qəbul etməmişdir və etmək niyyətində deyil. *3. Maraqlı şəxs3 Əlmirzə qızının 4 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat Ofisinə ünvanlanmış 24.*0.2024-cü il tarixli ərizəsindən görünür ki, o, 28.**.20*3-cü il tarixdə vəfat etmiş atası X2 irs qalmış yaşayış, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsini faktiki olaraq qəbul etməmişdir və etmək niyyətində deyil. *4. Maraqlı şəxs4 Əlmirzə qızının 4 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat Ofisinə ünvanlanmış 24.*0.2024-cü il tarixli ərizəsindən görünür ki, o, 28.**.20*3-cü il tarixdə vəfat etmiş atası X2 irs qalmış yaşayış, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsini faktiki olaraq qəbul etməmişdir və etmək niyyətində deyil. *5. Maraqlı şəxs5 4 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat Ofisinə ünvanlanmış 24.*0.2024-cü il tarixli ərizəsindən görünür ki, o, 28.**.20*3-cü il tarixdə vəfat etmiş atası X2 irs qalmış yaşayış, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsini faktiki olaraq qəbul etməmişdir və etmək niyyətində deyil. *6. Ərizəçi 4 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat Ofisinə ünvanlanmış 24.*0.2024-cü il tarixli ərizəsindən görünür ki, o, 28.**.20*3-cü il tarixdə vəfat etmiş atası X2 irs qalmış səhmdən ona çatası hissətə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. *7. AR ƏN 4 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat Ofisinin Ərizəçi ünvanlanmış 24.*0.2024-cü il tarixli, 33*5 nömrəli cavab məktubundan görünür ki, Ərizəçi mirasın qəbulu faktı ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. *8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24.*2.2024-cü il tarixli, 2(008)- 7548/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh 4 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair iddiası təmin edilməmişdir.

İşin faktiki halları

*9. İşin faktiki halları ondan ibarətdir ki, Ərizəçi 28.**.20*3-cü il tarixdə vəfat etmiş X5 övladıdır. Ərizəçi hazırki tələbində atasından miras qaldığını qeyd etdiyi irsin (* ədəd səhmin) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edir. Maraqlı şəxslər ərizənin təmin edilməsinə etiraz etməmişdirlər.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə **33. Vərəsəlik anlayışı **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə **5*. Miras əmlak **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə *243. Mirasın qəbul edilməsi *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

2*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli Qərarı:

Həmin Qərarın *0-cu bəndində qeyd edilir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın *02-ci bəndinin 3cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

23. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

24. Məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətlərini tənzimləyən müllki qanunvericilik normalarından aydın olur ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Hazırkı ərizə miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi barədədir. Ərizəçi daha əvvəl – 24.*0.2024-cü il tarixdə həmin mirasa (səhmə) münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etmiş, lakin notariat orqanı ərizəçiyə mirasın qəbulu müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Daha sonra ərizəçi məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh 4 saylı Bakı ASAN Xidmət mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair iddiası təmin edilməmişdir.

25. Məhkəmə qeyd edir ki, qanunvericilik miras əmlakın faktiki qəbul edilməsi, yəni həmin əmlaka qulluq etmək, əmlakı idarə etmək və lazımi səviyyədə saxlamaq yolu ilə qəbul edilməsi halını da nəzərdə tutur. Hazırki işdə Ərizəçi 28.**.20*3-cü il tarixdə vəfat etmiş X2 miras qaldığını qeyd etdiyi aktivin - "xxxx" ASC-də müəyyən sayda səhmlərin onun tərəfindən qəbulu faktının müəyyən edilməsini xahiş etsə də, lakin həmin səhmin mərhum atası 28.**.20*3-cü il tarixdə vəfat etmiş X7 məxsus olması halı işin araşdırılan halları ilə müəyyən edilmir. Ərizəçi hazırki iş materialına bununla bağlı "xxxx" ASC-nin *9.06.2023-cü il tarixdə saat *7.00-da səhmdarların ümumi yığıncağı barədə bildirişi əlavə etsə də, lakin həmin bildirişin səhmdar olaraq kimə ünvanlanması müəyyən edilməmişdir. Başqa sözlə, həmin səhmin mərhuma məxsus olması işin hallarından görünmür. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, ərizəçinin tələbdə qeyd etdiyi həmin səhmin mərhum atasından miras qalması halı müəyyən edilmədiyindən hazırki ərizə təmin edilə bilməz.

Məhkəmə xərcləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

28. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməməli və iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar