Məhkəmə qərarları › İş №2(010)-30/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-30/2024

14.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-30/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı ümumipaylı mülkiyyətdə olan mənzilin naturada ayrılması və ya açıq hərracda satılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı ümumipaylı mülkiyyətdə olan mənzilin naturada ayrılması və ya açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ümumi paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzildən 1/2 hissə paylarının naturada ayrılması, əgər mənzilin naturada bölünməsi mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında 1/2 hissə paylara mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. O, X2 Cavabdeh ilə xx.xx.2000-ci ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan 2 övladları anadan olmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(013)-147/2019 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil əldə etmişdirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, MA seriyalı ******* №-li Çıxarışa əsasən həmin mənzil onun adına qeydiyyatdan keçirilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-60/2022 saylı qətnaməsinə əsasən həmin mənzilin 1/4 hissəsi onun, 1/4 hissəsi isə Cavabdeh mülkiyyətinə verilmişdir. O, həmin mənzildən öz payının ayrılmasını istəyir. Mənzil 3 otaqlı olmaqla binada yerləşdiyinə görə həmin mənzilin paylarına uyğun naturada bölünməsi mümkün deyildir. O, dəfələrlə cavabdehə mübahisəli mənzilin satılmasını və satışdan əldə edilmiş pulun paylara uyğun olaraq aralarında bölünməsini təklif etmişdir. Lakin, cavabdeh onun təklifinə şifahi və ya yazılı şəkildə heç bir cavab verməmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyniməzmunlu izahat verərək tələbin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırki iş üzrə təqdim edilmiş ekspert rəyi ilə razıdırlar.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, onun iddiaçının mənzilə olan payını almağa maddi imkanı yoxdur və mənzilin açıq hərracdan satılmasını və satışdan əldə ediləcək pulun tərəflər arasında paylarına mütənasib bölünməsini xahiş edir.

İş materialları.

6. Ağdam Rayon Məhkəməsinin 2(013)-147/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2000-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olan uşaqların ananın yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci ildən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat aliment tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, MA seriyalı ******* №-li Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 67.01 kv.m olan 3 otaqlı mənzil İddiaçı mülkiyyətində olmuşdur.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2881/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-60/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, ilkin iddiaçı Cavabdeh Zahı̇ d oğlunun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15 B saylı evin, 80 saylı, 3 otaqlı mənzilinin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması və Cavabdeh Zahı̇ d oğlunun həmin mənzilə köçürülməsi, iİlkin iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Hüseynova Səbı̇ nə Rafı̇ q qızından tutularaq Cavabdeh Zahı̇ d oğluna ödənilməsi, qarşılıqlı iddia, ünvan 2 ünvanında yerləşən 80 nömrəli mənzilin ilkin iddiaçı Cavabdeh Zahı̇ d oğlu ilə qarşılıqlı İddiaçı birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməsi hissəsində təmin edilməsi və qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Hüseynova Səbı̇ nə Rafı̇ q qızına aid edilməsi və iş üzrə qiymətləndirmə xərci olan 300 manat məbləğində pulun qarşılıqlı iddia üzrə iddiaçı Hüseynova Səbı̇ nə Rafı̇ q qızından tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə cavabdeh Hüseynova Səbı̇ nə Rafı̇ q qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-60/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Hüseynova Səbı̇ nə Rafı̇ q qızının özünə aid edilməsi qət edilmişdir.

9. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 10/5304 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15B ünvanında yerləşən 80 saylı mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89*-un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X1 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur.

İşin faktiki halları.

10. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15B ünvanında yerləşən 80 saylı mənzil üzərində xx.xx.2011-ci il tarixdə İddiaçı mülkiyyət hüququ rəsmiləşdirilmiş və bu hüquq dövlət qeydiyyatına alınmaqla ona daşınmaz əmlaka dair müvafiq Çıxarış təqdim edilmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-147/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan rəsmi nikah pozulmuşdur. Daha sonra isə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-60/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh Zahı̇ d oğlunun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15 B saylı evin, 80 saylı, 3 otaqlı mənzilinin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması və Cavabdeh Zahı̇ d oğlunun həmin mənzilə köçürülməsi qət edilmişdir (qeyd olunan qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır). Beləliklə, məhkəmə aktı ilə mübahisə obyekti olan mənzilin tərəflərin birgə paylı mülkiyyəti olması müəyyən edilmişdir. Hazırki iddia tələbində iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15B ünvanında yerləşən 80 saylı mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması və ya həmin mənzilin açıq hərracda satılmasını və əldə edilən pul vəsaitinin paylara uyğun bölünməsini tələb edir. İşin hallarından müəyyən edilir ki, mənzilin naturada bölgüsü mümkün deyil. Cavabdeh öz növbəsində mənzilin hərracdan satılması və satış pulunun bərabər şəkildə bölünməsinə etiraz etmir. Cavabdeh, həmçinin onu da bildirir ki, iddiaçının payını almağa onun maddi imkanı yoxdur.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6 Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

13. AR Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli “AR Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Qərarı. Həmin qərara əsasən, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

15. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

16. Məhkəmə qeyd edir ki, qanunverici sözügedən mübahisələrin həlli zamanı əməl olunması məcburi olan prosedurlar müəyyən etmişdir. Bu prosedurların məhz növbəli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iddia tələbində iddiaçı qeyd olunan növbəlilik qaydasına əməl etməklə ilk növbədə qeyd olunan əmlakın - Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15B ünvanında yerləşən 80 saylı mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması, naturada bölgünün mümkün olmadığı təqdirdə isə həmin mənzilin açıq hərracda satılmasını və əldə edilən pul vəsaitinin paylara uyğun bölünməsini tələb etmişdir. xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 10/5304 saylı ekspert rəyindən görünür ki, mübahisə obyekti olan mənzilin naturada bölgüsü texniki cəhətdən mümkün deyil. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə əmlakın naturada bölgüsü mümkün olmadığından iddiaçı tərəf qeyd olunan əmlakın açıq hərracda satılmasını tələb etmiş və cavabdeh də eyni zamanda iddiaçının payını almağa maddi imkanın olmadığını bildirmiş və qeyd olunan əmlakın açıq hərracda satılmasına və satışdan əldə ediləcək pulun onlar arasında paylarına uyğun bərabər şəkildə bölünməsinə etiraz etməmişdir. Beləliklə, müəyyən edilir ki, mübahisəli mənzilin naturada bölgüsü mümkün deyil, cavabdeh iddiaçının payını almağa təşəbbüs göstərmir və tərəflər mənzilin açıq hərracdan satılmasını istəyirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə iddiaçı Hüseynova Səbı̇ nə Rafı̇ q qızına və Cavabdeh Zahı̇ d oğluna paylı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil açıq hərracda satılmalaqla mənzilin satışından əldə edilən vəsait iddiaçı Hüseynova Səbı̇ nə Rafı̇ q qızı və Cavabdeh Zahı̇ d oğlunun arasında 1/2 hissədə paylara mütənasib şəkildə bölünməlidir.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Hüseynova Səbı̇ nə Rafı̇ q qızına və Cavabdeh Zahı̇ d oğluna paylı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil açıq hərracda satılmalı, ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilin satışından əldə edilən vəsait iddiaçı Hüseynova Səbı̇ nə Rafı̇ q qızı və Cavabdeh Zahı̇ d oğlunun arasında 1/2 hissədə paylara mütənasib şəkildə bölünməli, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. İddiaçı Hüseynova Səbı̇ nə Rafı̇ q qızına və Cavabdeh Zahı̇ d oğluna paylı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil açıq hərracda satılsın. ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilin satışından əldə edilən vəsait iddiaçı Hüseynova Səbı̇ nə Rafı̇ q qızı və Cavabdeh Zahı̇ d oğlunun arasında 1/2 hissədə paylara mütənasib şəkildə bölünsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti cavabdehdən tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar