Məhkəmə qərarları › İş №2(010)-3003/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3003/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3003/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilmə” tələbinə dаir iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilmə” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh Ümidvar oğlunun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, ev 21, mənzil 82 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun mövcud olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı, ******* nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, ev 21, mənzil 82 ünvanında yerləşən əmlak mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzili o, Bakı şəhəri 52 saylı Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2012-ci il tarixli 4Ə/05-1017 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X2 almışdır. Mənzili əldə edəndən sonra o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırıb keçmiş mülkiyyətçinin (X6) və onun ailə üzvlərinin (X7 və Cavabdeh Ümidvar oğlunun) mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 456/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək X6 ilə X4 mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qərar qəbul edilmişdir. Lakin Cavabdeh Ümidvar oğluna münasibətdə iddia tələbi əsassız hesab edilərək təmin edilməmişdir. Məhkəmə öz qərarını belə əsaslandırmışdır ki, notariat işində olan forma 2 arayışından görünür ki, tərəflər arasında mənzilə dair alğı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh Ümidvar oğlu həmin mənzildə qeydiyyatda olmamışdır. İddiaçı isə bildirmişdir ki, Cavabdeh Ümidvar oğlunu tanımır. Onun sözügedən mənzilə hansı şəkildə qeydiyyata alınmasından məlumatsızdır, həmin mənzili aldıqdan sonra Cavabdeh Ümidvar oğlu mənzildə yaşamamışdır. Belə olan halda aydın olur ki, Cavabdeh Ümidvar oğlunun sözügedən mənzildən istifadə hüququ mövcud olmadığından onun mövcud olmayan hüququna xitam verilməsi mümkün deyil. Etiraf edir ki, məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh Ümidvar oğlunun ona məxsus mənzildən istifadə etmək hüququ əmələ gəlməmiş və mövcud olmamışdır. Cavabdeh mənzilə qeydiyyata alınmış olsa belə bu hal onun mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün əsas sayıla bilməz. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması inzibati hüquqi münasibətlərdən irəli gələn məsələdir və bu münasibətlər “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunla tənzimlənir. Şəxsin hər hansı ünvan üzrə (o cümlədən polisin inzibati binasının ünvanı üzrə) qeydiyyata alınması inzibati tələbdir və bu hal mənzildən istifadə hüququnun yaranması üçün əsas deyil (əks təqdirdə polisin inzibati binasına da istifadə hüququ tanınmalıdır). Mənzildən istifadə hüququnun baş verməsinin hüquqi əsasları inzibati hüquq normaları ilə deyil, mülki və mənzil qanunvericiliyin normaları ilə tənzimlənir. Şəxsin mənzilə qeydiyyata alınması mülki hüquqi fakt deyil və istifadə hüququnun əmələ gəlməsi üçün əsas sayıla bilməz. Göründüyü kimi cavabdehin mənzildən istifadə hüququnun baş verməsi üçün mülki və mənzil qanunvericiliyində nəzərdə tutulan hər hansı əsas mövcud deyil, deməli cavabdehin istifadə hüququ əmələ gəlməmişdir. Məhkəmə İddiaçı iddianı müdafiə edərək ,məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cаvаbdehin fаktiki оlduğu yer məlum оlmаdığındаn məhkəmə cаvаbdehin məlum оlаn аxırıncı yаşаyış yeri üzrə müvаfiq icrа hаkimiyyəti оrqаnını məlumаtlаndırаrаq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci mаddəsinə əsаsən cаvаbdehlərin iştirаkı оlmаdаn işə bаxılmаsını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddiaçının izahatınıdinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 3 mənzil 82 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-456/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər X3 və X4 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, ev 21, 82 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, Cavabdeh ünvan 4 mənzil 82 ünvanında qeydiyyatdadır. Eyni zamanda həmin mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bu hallar işin mübahisələndirilməyən halları olmaqla iş materialları ilə tam sübut olunur. Bundan başqa, iş materiallarından müəyyən edilən işin bir digər halı ondan ibarətdir ki, Cavabdeh qeydiyyatda olduğu ünvan 4 mənzil 82 ünvanında faktiki olaraq yaşamamışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-456/2018 saylı qətnaməsində müəyyən edilmişdir ki, İddiaçı alğı-satqı müqaviləsi əsasında həmin mənzili alarkən Cavabdeh orada qeydiyyata olmamış, sonradan onun məlumatı olmadan hansısa şəkildə mənzilə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh həmin mənzilə istifadə hüququ mövcud deyil. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh ünvan 4 mənzil 82 ünvanında heç vaxt yaşamaması, mənzilə iddiaçının məlumatı olmadan formal şəkildə qeydiyyata düşdüyü və bu səbəbdən mənzil üzərində heç bir istifadə hüququ olmaması işin mübahisələndirilməyən halıdır və tam sübut edilmiş hesab edilməlidir. Odur ki, Cavabdehnın heç vaxt yaşamadığı, sadəcə formal olaraq qeydiyyata alındığı İddiaçı məxsus həmin mənzildə heç bir istifadə hüququ yoxdur və onun bu mənzildə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzilin tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğu, cavabdehin həmin mənzildə heç vaxt yaşamadığı və evə formal olaraq qeydiyyata alındığı tam sübut olduğundan cavabdehin mübahisəli mənzil üzrə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnun həyata keçirməsini pozduğundan iddia təmin edilməlidir. Son olaraq, məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar