Məhkəmə qərarları › İş №2(010)-3042/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3042/2024

17.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3042/2024 17.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X** qızının katibliyi, Ərizəçi Kaziməli oğlunun iştirakı ilə, Ərizəçi Kaziməli oğlunun “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. Ermənistan SSR Noemberyan rayonu, Lambalo qəsəbə şurası tərəfindən 09 iyun *958-ci il tarixdə verilmiş İ-ЗЖ seriyalı 083606 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilərək tərcümə edilmiş surətindən görünür ki, Ərizəçi Kaziməli oğlu xx xxx *958-ci il tarixdə Ermənistan SSR Noemberyan rayonu, Lambalo qəsəbəsində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 09 iyun *958-ci il tarixdə 99 nömrə ilə qeydiyyat aparılmışdır. Ata qrafasında “X3, milliyəti azərbaycanlı”, ana qrafasında “X5, milliyəti azərbaycanlı” qeyd edilmişdir.

2. Ermənistan SSR Noemberyan rayonu, Baqrataşen qəsəbə şurası tərəfindən 0* dekabr *980-ci il tarixdə verilmiş İ-СЛ seriyalı 473009 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilərək tərcümə edilmiş surətindən görünür ki, Ərizəçi Kazməli oğlu ilə X9 arasında 0* dekabr *980-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikah haqqında akt qeydləri kitabında 0* dekabr *980-ci il tarixdə 53 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra kişiyə Daşdəmirov, arvada Daşdəmirova soyadı verilmişdir.

3. Dövlət Miqrasiya Xidmətinin 3*.0*.2023-cü il tarixli ******* №-li qərarından görünür ki, xx xxx *958-ci il tarixdə doğulmuş Ərizəçi Kaziməli oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.

4. 6 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi Kaziməli oğluna ünvanlanmış **.*0.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0*.03.200*-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən *4-cü bəndə uyğun olaraq, VVA qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Odur ki, doğum haqqında şəhadətnaməni bərpa etmək üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

5. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi Kaziməli oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda doğum haqqında şəhadətnaməni bərpa etmək üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

İşin faktiki halları

6. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Ərizəçi Kaziməli oğlu xx xxx *958-ci il tarixdə Ermənistan SSR Noemberyan rayonu, Lambalo qəsəbəsində doğulmuşdur. X*, anası X2r. Sadəcə olaraq ərizəçi ona məxsus doğum haqqında şəhadətnaməni itirmiş və həmin qeydlər mövcud olmadığından hazırda qeydlərin bərpası mümkün olmur.

Ərizəçinin tələbi

7. Ərizəçi Kaziməli oğlu “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.*958-ci il tarixdə Ermənistan Respublikasının Noemberyan rayonu Lambalo qəsəbəsində doğulmasının qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Daşdəmirov”, adı “Nəbi”, ata adı “Kazıməli”, doğum tarixi “xx.xx.*958-ci il”, milliyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan Respublikası, Noemberyan rayonu, Lambalo qəsəbəsi”, ata qrafasında “X4, milliyəti azərbaycanlı”, ana qrafasında “X5, milliyəti azərbaycanlı” kimi qeydiyyatın aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

8. İş üzrə maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi 29.**.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

9. Məhkəmə iclasında Ərizəçi Kaziməli oğlu ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, *958-ci ildə Ermənistanda doğulmuşdur. 23 il əvvəl Sovet dövründə verilən qırmızı passport ilə Moskvaya getmişdi, indi deportasiya olunaraq ölkəyə qayıtmışdır. Şəkər xəstəsi olduğu üçün qızı onu xəstəxanada qeydiyyata saldırmaq istəyirdi, lakin vəsiqəsilə bunu etmək mümkün olmadı. Şəhadətnamənin möhürü ASAN xidmətdə oxunmadığı üçün Miqrasiya Xidməti, Qeydiyyat şöbəsi imtina cavabı verdi və məhkəməyə şəhadətnamənin bərpa edilməsi üçün müraciət etməyi bildirildi. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. *0. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid izahat verərək bildirdi ki, o, ərizəçinin həyat yoldaşıdır. Ərizəçi 23 ildir ölkədən çıxıb gedib, təxminən 2 il vaxtdır ki, geri qayıdıb. Onun doğum haqqında şəhadətnaməsı var, ancaq şəhadətnamənin möhürü yoxdur. Ərizəçi xəstədir, müalicə olunmalıdır, xəstəxanaya müraciət etdikdə isə ondan şəxsiyyət vəsiqəsi tələb edilir. Şəxsiyyət vəsiqəsini almaq üçün isə doğum haqqında şəhadətnamə lazımdır, bu səbəbdən məhkəməyə müraciət ediblər.

Tətbiq edilən hüquq

**. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə *62. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası *62.*. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. *62.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*3. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarı

4. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Məhkəmənin mövqeyi

*4. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. *5. Belə ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyildirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Bu səbəbdən ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmişdir və ərizəsi əsaslıdır. Beləliklə, Ərizəçi Kaziməli oğlunun xx xxx *958-ci ildə Ermənistan SSR Noemberyan rayonu, Lambalo qəsəbəsində doğulması, atasının X3, anasının X5 olması təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Məhkəmə xərcləri

*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. *7. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *8. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

*9. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Kaziməli oğlunun xx xxx *958-ci ildə Ermənistan SSR Noemberyan rayonu, Lambalo qəsəbəsində doğulması haqqında akt qeydi bərpa edilməli, milliyəti kimi “azərbaycanlı”, Ərizəçi Kaziməli oğlunun doğum haqqında akt qeydiyyatının ata qrafasında X3, milliyəti kimi “azərbaycanlı”, ana qrafasında X5, milliyəti kimi “azərbaycanlı” yazılmalıdır.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 3**-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi Kaziməli oğlunun xx xxx *958-ci ildə Ermənistan SSR Noemberyan rayonu, Lambalo qəsəbəsində doğulması haqqında akt qeydi bərpa edilsin. Ərizəçi Kaziməli oğlunun doğum haqqında akt qeydiyyatında milliyəti kimi “azərbaycanlı”, ata qrafasında X3, milliyəti kimi “azərbaycanlı”, ana qrafasında X5, milliyəti kimi “azərbaycanlı” yazılsın. Qətnamə Ərizəçi Kaziməli oğlunun xx xxx *958-ci ildə Ermənistan SSR Noemberyan rayonu, Lambalo qəsəbəsində doğulması akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar