Məhkəmə qərarları › İş №2(010)-305/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-305/2024

29.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-305/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X*2 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Daşdəmı̇ rov Nəbı̇ Hacı oğlunun cavabdehlər Allahverdı̇ yeva Bahar Vı̇ dadi qızı, Bakı şəhərı̇ 37 Saylı Dövlət Notarı̇ at kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (yeni adla: Azərbaycan Respubli̇ kasinin İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri̇ publik hüquqi şəxsinə) qarşı "vərəsəlik haqqında şəhadətnaməyə dəyişiklik edilməsi və s." tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi tərəfindən məhkəmənin *3.*2.2023-cü il tarixli sorğusuna əsasən göndərilmiş məktubdan görünür ki, Bakı şəhəri 37 saylı notariat ofisində 09.*2.20*4-cü il tarixdə 3M/2-290, *5.07.20*6-cı il tarixdə 2V-*/56 və 2V-*/57, 2V-*/58 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrə dair notariat işləri olmuşdur.

2. 09.*2.20*4-cü il tarixdə 3M/2-290 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinə əlavə olunmuş: İddiaçı və Cavabdeh* arasında 09.*2.20*4-cü il tarixdə bağlanmış sazişin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh* 05.06.20*4-cü il tarixində vəfat etmiş mərhum anası X2 miras qalmış bütün daşınar və daşınmaz əmlaklardan o, cümlədən ünvan 4, mənzil 43-də olan 3 (üç) otaqlı mənzildən ona düşən payını atalığı - İddiaçı verərək həmin miras payında yaşamaq hüququndan imtina edir və qeydiyyatdan çıxmağı öhdəsinə alır. Əvəzində İddiaçı 6000 (altı min manat) manat məbləğində pulu notariusun bankda açılmış depoziti hesabı vasitəsi ilə qəbul edir. Eyni zamanda özünün miras payının onun adına rəsmiləşdirilməsi üçün baş etibarnamə verir. Qeydiyyatdan çıxmağı 25.05.20*5-ci il tarixində həyata keçirir. İddiaçı 6000 (altı min manat) manat məbləğində pulu (kompensasiyanı) notariusun bankda açilmiş depozit hesabı vasitəsi ilə ödəyir. Qarşı tərəfin götürdüyü öhdəlikləri qəbul edib, onun 25.05.20*5-ci il tarixində qeydiyyatdan çıxmağı ilə razılaşır. 09.*2.20*4-cü il tarixli mədaxil orderindən görünür ki, İddiaçı 6000 manat məbləğində pulu notariusun bankda açilmiş depoziti hesabına qoymuş və həmin tarixdə də 6000 manat məbləğində pul Cavabdeh* tərəfindən qəbul olunmuşdur. *3.04.20*6-cı il tarixdə Cavabdeh* tərəfindən ünvan 1 ünvanlanmış ərizədən görünür ki, Cavabdeh* 05.06.20*4-cü il tarixində vəfat etmiş mərhum anası X2 miras qalmış bütün daşınar və daşınmaz əmlaklardan o, cümlədən ünvan 4, mənzil 43-də olan 3 (üç) otaqlı mənzildən 6000 manat qarşılığında ona düşən payını atalığı - İddiaçı verərək həmin miras payında yaşamaq hüququndan imtina etdiyini və qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, əslində *0.000 manata razılaşdıqlarını qeyd etmiş və 6000 manatı qəbul edərək, 4000 manatın hələ də verilmədiyini və verilməyəcəyi təqdirdə miras payın verilməsində onun iştirakını təmin etməklərini xahiş etmişdir.

3. *5.07.20*6-cı il tarixdə 2V-*/56 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinə əlavə olunmuş: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsi Tİ və MHQİ tərəfindən *0/09/*993-cü il tarixdə verilmiş 30/4292 qeydəalma nömrəsi ilə 24 nömrəli kitabın 3665-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62.48 kv/m, yaşayış sahəsi 42.62 kv/m olan 3 otaqlı mənzilin mülkiyyətçisi X5 olmuşdur. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən *3.06.20*4-cü il tarixdə verilmiş AZ-İ seriyalı 675352 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 05.06.20*4-cü ildə vəfat etmişdir. İddiaçı tərəfindən 26.08.20*4-cü il tarixdə Bakı Şəhərı̇ 37 Saylı Dövlət Notarı̇ at kontoruna ünvanlanmış ərizədən görünür ki, İddiaçı həyat yoldaşı X2 miras qalmış ünvan 2 ünvanına qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. *5.07.20*6-cı il tarixli, AN-İ seriyalı ******* №-li mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 maddəsinə əsasən *3.06.20*4-cü il tarixdə vəfat etmiş X* qalmış həyat yoldaşı (əri) İddiaçı onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın */2 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsi Tİ və MHQİ tərəfindən *0/09/*993-cü il tarixdə X4 verilmiş 30/4292 qeydəalma nömrəsi ilə 24 nömrəli kitabın 3665-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62.48 kv/m, yaşayış sahəsi 42.62 kv/m olan 3 otaqlı mənzilin */2 hissəsindən ibarətdir. Qeyd: Miras əmlakın 6/*4 hissəsinə mərhumun həyat yoldaşı (əri) İddiaçı *5.07.20*6-cı il tarixdə 2V/57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və miras əmlakı */*4 hissəsinə mərhumun qızı Cavabdeh* *5.07.20*6-cı il tarixdə 2V/58 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilir. *5.07.20*6-cı il tarixli, AN-İ seriyalı ******* №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 05.06.20*4-cü il tarixdə ölmüş X3 vərəsəsi həyat yoldaşı (əri) İddiaçıdur və o miras əmlakdan 6/*4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsi Tİ və MHQİ tərəfindən *0/09/*993-cü il tarixdə X4 verilmiş 30/4292 qeydəalma nömrəsi ilə 24 nömrəli kitabın 3665-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62.48 kv/m, yaşayış sahəsi 42.62 kv/m olan 3 otaqlı mənzilin */2 hissəsindən ibarətdir. Qeyd: Miras əmlakın */2 hissəsinə mərhumun həyat yoldaşı (əri) İddiaçı *5.07.20*6cı il tarixdə 2V/56 reyestr nömrəli Mülkiyyət hüququ haqında şəhadətnamə və miras əmlakın */*4 hissəsinə mərhumun qızı Cavabdeh* *5.07.20*6-cı il tarixdə 2V/58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilir. *5.07.20*6-cı il tarixli, AN-İ seriyalı ******* №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 05.06.20*4-cü il tarixdə ölmüş X3 vərəsəsi qızı Cavabdeh*dır və o miras əmlakdan */*4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsi Tİ və MHQİ tərəfindən *0/09/*993-cü il tarixdə X4 verilmiş 30/4292 qeydəalma nömrəsi ilə 24 nömrəli kitabın 3665-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62.48 kv/m, yaşayış sahəsi 42.62 kv/m olan 3 otaqlı mənzilin */2 hissəsindən ibarətdir. Qeyd: Miras əmlakın 6/*4 hissəsinə mərhumun həyat yoldaşı (əri) İddiaçı *5.07.20*6-cı il tarixdə 2V/57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə və */2 hissəsinə mərhumun həyat yoldaşı (əri) İddiaçı *5.07.20*6-cı il tarixdə 2V/56 reyestr nömrəli üzrə mülkiyyət hüququ haqqında Şəhadətnamə verilir.

4. *5.07.20*6-cı il tarixdə 2V-*/57, 2V-*/58 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinə əlavə olunmuş: Cavabdeh* tərəfindən 27.08.20*4-cü il tarixdə Bakı Şəhərı̇ 37 Saylı Dövlət Notarı̇ at kontoruna ünvanlanmış ərizədən görünür ki, Cavabdeh* anası X2 miras qalmış ünvan 2 ünvanına qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh* tərəfindən *5.07.20*6-cı il tarixdə Bakı Şəhərı̇ 37 Saylı Dövlət Notarı̇ at kontoruna ünvanlanmış ərizədən görünür ki, Cavabdeh* anası X2 miras qalmış ünvan 2 ünvanına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhərinin notariusu X6 tərəfindən 25.09.20*4-cü il tarixdə qəbul edilmiş “notariat hərəkətləri aparmaqdan imtina edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ərizəsində qeyd etdiyi xahişini nəzərə alıb, ' vərəsəlik işinin notariat qaydasında aparılmasının dayandırılması, vərəsəliyin aparılması ilə əlaqədar vərəsələr arasında olan fikir ayrılıqlarının və mübahisələrin məhkəmə qaydasında həlli tələbini əsas götürüb – işin məhkəmə baxışına göndərilməsinin təmin edilməsi, vərəsə X8 və X7 vərəsəliyin qəbulu ilə əlaqədar etdiyi müraciətin qanunda nəzərdə tutulmuş müddətdən (MM-*246) sonra ərizə verməsi vərəsəliyin qəbulu müddətinin ötürülməsi kimi qiymətləndirilməsi və ona buraxılmış müddətin məhkəmə qaydasında üzrlü hesab edilməsi məsələsinin izah edilməsi, eyni zamanda vərəsə X7 imtina ilə əlaqadar MM- *268 maddəsinin tələbinin nəzərinə çatdırılması qərara alınmışdır.

5. Azərbaycan Respublı̇ kasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin *5.**.2023-cü il tarixli sorğusuna əsasən göndərilmiş məktubdan görünür ki, ünvan 5, 43 saylı mənzil İddiaçı (*3/*4 hissə) və Cavabdeh* (*/*4 hissə) adlarına qeydiyyatdan keçmişdir.

6. Məktuba əlavə olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li “Çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, ünvan 5, mənzil 43 */*4 hissədə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh* adına 02.08.20*6-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 0903*5* №li “Çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, ünvan 5, mənzil 43 *3/*4 hissədə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 02.08.20*6-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

İşin faktiki halları

7. X3 05.06.20*4-cü ildə vəfat etməsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62.48 kv/m, yaşayış sahəsi 42.62 kv/m olan 3 otaqlı mənzilin əvvəlki mülkiyyətçisinin X5 olması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

8. İddiaçı Daşdəmı̇ rov Nəbı̇ Hacı oğlu cavabdehlər Allahverdı̇ yeva Bahar Vı̇ dadi qızı, Bakı şəhərı̇ 37 Saylı Dövlət Notarı̇ at kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (yeni adla: Azərbaycan Respubli̇ kasinin İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri̇ publik hüquqi şəxsinə) qarşı "vərəsəlik haqqında şəhadətnaməyə dəyişiklik edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh* Bakı şəhəri 37 saylı notariat kontorunda 09.*2.20*4-cü il tarixdə rəsmiləşdirilmiş saziş üzrə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V y/s, ev 4 mənzil 43-də yerləşən yaşayış sahəsində olan istifadə hüququna xitam verilməsi, *5.07.20*6-cı il tarixdə Bakı şəhəri 37 saylı notariat kontoru tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə dəyişiklik edilərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V y/s, ev 4 mənzil 43-də yerləşən mənzilə vərəsəlik üzrə tam mülkiyyətinə və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V y/s, ev 4 mənzil 43-də yerləşən mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 02.02.20*6-cı il tarixdə verilmiş RX 0903*5* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (daşınmaz əmlakın dövlət reyestrində 25*9 nömrəli reyestr kitabının 2345*7 nömrəli vərəqində qeydiyyatda alınmış) Cavabdeh* hissəsində ləğv edilərək həmin mənzilin tam şəkildə onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

9. Cavabdehlər Allahverdı̇ yeva Bahar Vı̇ dadi qızı, Bakı şəhərı̇ 37 Saylı Dövlət Notarı̇ at kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (yeni adla: Azərbaycan Respubli̇ kasinin İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri̇ publik hüquqi şəxsi) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Allahverdı̇ yeva Bahar Vı̇ dadi qızı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, digər cavabdehlər isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. *0. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh* anası vəfat etdikdən sonra ona əmlakın */*4 hissəsi miras olaraq qalmışdır. Cavabdeh isə 37 saylı notariat ofisində saziş bağlayaraq miras payında yaşamaq hüququndan imtina etmiş və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı isə qarşılığında cavabdehə 6500 manat məbləğində pul vermişdir. İddiaçı öz öhdəliyini yerinə yetirməsinə baxmayaraq cavabdeh öz payı olan */*4 hissəyə dair şəhadətnamə almış və çıxarış əldə etmişdir. Bizim hər bir sənədimiz qaydasındadır, lakin cavabdeh dürüst davranmayaraq bu addımı atır. Sonradan qarşı tərəf iddia tələbinə etiraz edərək ona *0000 manat vəd edildiyini bildirib, halbuki, belə bir vəd olmayıb. Həmçinin, qarşı tərəfin iddia müddətinin tətbiq olunmasına dair ərizəsinə münasibətdə bildirdi ki, bu ərizə əsassızdır, çünki burada nə əsassız varlanmadan, nə də digər məsələlərdən söhbət getmir, mülkiyyətlə bağlıdır. Bu səbəbdən iddia müddətinin tətbiq edilməməsini hesab edir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. **. Cavabdeh Allahverdı̇ yeva Bahar Vı̇ dadi qızı *3.**.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, anası dünyasını dəyişdikdən sonra onlar iddiaçı ilə şifahi razılaşmaya əsasən anasından qalan miras əmlak olaraq 2 ədəd minik avtomobili və mənzilin ümümi dəyərindən onun payına ən azı *0.000 manat pul vəsaitinin veriləcəyi barədə razılığa gəlmişlər. İddiaçı pulunun olmadığını bildirərək ona 20*4-cü ildə əvvəlcə 6.000 (altı) min manat verəcəyini, daha sonra tezliklə 4.000 manat da verəcəyini söz vermişdir. O, iddiaçının sözlərinə inanaraq onun təklifi ilə notariat qaydada tələb etdiyi sənədlərə imza atıb 6.000 manat pulu qəbul etmişdir. Bir müddət sonra İddiaçı onun etimadından sui istifadə etdiyi ona məlum olmuş və dəfələrlə qalan 4.000 min manat pulu verməsini xahiş etmişdir. Təssüflər olsun ki, iddiaçı vədinə əməl etməyərək onu kobud şəkildə rədd etmiş və o, aldadıldığını bildikdən sonra 20*4-cı ildə verdiyi etibarnaməni ləğv edib qanuni vərəsəlik üzrə payını qəbul edərək çıxarış almışdır. Bu barədə hazırki iddiaçı və ailə üzvlərini 20*6-ci ildə şəxsən xəbərdar etmişdir. Bu danışıqlar və qanun üzrə vərəsəliyini qəbul etdiyi müddətdən 7 ildən artiq vaxt ötsə də, iddiaçı ona vəd verdiyi 4.000 manat pulu verməmiş, eləcə də qanuni vərəsəlik hüququndan istifadə etdiyi üçün bu günədək heç bir narazılıq etməyib və məsələ ilə bağlı rəsmi müraciət etməmişdir. Cavabdeh iddia ərizəsində məsələdən agah olmasını, bütün sənədləşmənin nə vaxt harada həyata keçirildiyindən xəbərdar olmasını tarixlərlə qeyd etmişdir. Eləcə də iddia ərizəsinə əlavə olunmuş sənədlərdən müddətin ötürüldüyü açıq-aşkar görünməkdədir. Hazırki, İddiaçı iddia tələbində ədalətli olmaması ilə yanaşı məhkəməyə müraciət üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Odur ki, yuxarıda qeyd olunan halları, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2 ci maddəsini rəhbər tutaraq müddətin ötürülməsini tətbiq etməklə iddia ərizəsinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

*2. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə **33. Vərəsəlik anlayışı **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə **34. Vərəsələr **34.*. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə **45. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə **46. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə **5*. Miras əmlak **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. **5*.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə **59. Qanun üzrə vərəsələr **59.*. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə **60. Qanun üzrə vərəsəlik zamanı növbəlik Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə **62. Sağ qalan arvadın (ərin) birgə mülkiyyətdə paya hüququ Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə **93. Mirasda məcburi pay anlayışı Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə **94. Məcburi payı tələb etmək hüququnun əmələ gəldiyi an Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə **95. Məcburi payın həcminin müəyyənləşdirilməsi Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə **96. Vərəsələrdən hər birinin məcburi payının müəyyənləşdirilməsi Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə *202. Məcburi payı qəbul etməkdən imtina *202.*. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. *202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Maddə *203. Məcburi pay almaq hüququndan məhrumetmə *203.*. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. *203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. *203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Maddə *243. Mirasın qəbul edilməsi *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə *246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə *256. Mirasın qəbulundan imtina müddəti Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə *257. Mirası qismən qəbul etməyin yolverilməzliyi *257.*. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. *257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Maddə *267. Notariat orqanına ərizə verildikdən sonra imtinanın yolverilməzliyi Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Maddə *268. Mirasdan imtinanın geri götürülməməsi *268.*. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. *268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Maddə *269. Mirasa faktik sahiblik zamanı imtina Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Maddə *272. Mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə *273. Mirasın qəbulunun hüquqi nəticələrinin baş verməsi vaxtı Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə *32*. Vərəsəlik şəhadətnaməsi anlayışı *32*.*. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. *32*.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. *32*.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə *322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

*3. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin **34, **46 və *252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2020-ci il tarixli Qərarı

*. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **34, **45 və **46-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər.

*4. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93 və *200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 202*-ci il tarixli Qərarı

*. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **59.*.* və **93-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.* və *200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.

*5. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 202*-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *6 mart 2022-ci il tarixli Qərarı

Mülki Məcəllənin *272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.

*6. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə *7. Dövlət notariusu tərəfindən aparılan notariat hərəkətləri Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: 3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Maddə 57. Vərəsəlik hüququ haqqında şəhadətnamə və onun verilmə müddətləri Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmə qaydası Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır.

*7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

95. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyriyaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə “...mirasdan bərabər hissələrdə irs almalıdırlar.”, yeganə vərəsə olduqda “...mirasdan irs almalıdır.”, vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə “...*/3 hissə, yaxud ...2/3 hissə” kimi ifadə olunmalıdır.

96. Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər.

*8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 2. Mülki məhkəmə icraatının vəzifələri 2.*. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.*. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *06. İşdə iştirak edən şəxslərin izahatları *06.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 2*8. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 2*8.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

*9. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarı Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

20. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

Məhkəmənin mövqeyi

2*. Məhkəmə işin faktiki hallarını, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

22. Belə ki, dövlət tərəfindən qorunmasına təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsi ilə yanaşı məhkəmə müdafiəsinə də təminat vermişdir.

23. Məhkəmə iclasında işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən 43 saylı mənzil mərhum X4 məxsus olmuş və X5 05.06.20*4-cü il tarixində vəfat etmişdir. X3 vəfatından sonra 26.08.20*4-cü il tarixdə İddiaçı, 27.08.20*4-cü il tarixdə isə Cavabdeh* ünvan 2 ünvanına qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı Şəhərı̇ 37 Saylı Dövlət Notarı̇ at kontoruna ərizə ilə müraciət etmiş, qeyd olunan mənzil X5 və İddiaçı nikah müddətində əldə olunduğu üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən ümumi birgə əmlakın ½ hissəsi ilə bağlı *5.07.20*6cı il tarixdə İddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə, digər ½ hissə ilə bağlı İddiaçı və Cavabdeh* qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”lardan görünür ki, qeyd olunan şəhadətnamələr əsasında ünvan 5 ünvanında yerləşən 43 saylı mənzil *3/*4 hissədə İddiaçı, */*4 hissədə isə Cavabdeh* adına 02.08.20*6-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

24. Hazırki iş üzrə İddiaçı qeyd olunanlarla razılaşmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cavabdeh* Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V y/s, ev 4 mənzil 43-də yerləşən yaşayış sahəsində olan istifadə hüququna xitam verilməsi, mülkiyyət hüququ haqqında şəhadətnaməyə dəyişiklik edilərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V y/s, ev 4 mənzil 43-də yerləşən mənzilin vərəsəlik üzrə tam mülkiyyətinə verilməsi və mənzilə dair çıxarışın Cavabdeh* hissəsində ləğv edilərək həmin mənzilin tam şəkildə onun mülkiyyətinə verilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 6000 manat pul qarşılığında miras payında yaşamaq hüququndan imtina etmiş və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. O, öz öhdəliyini yerinə yetirməsinə baxmayaraq cavabdeh öz payı olan */*4 hissəyə dair şəhadətnamə almış və çıxarış əldə etmişdir.

25. Cavabdeh Allahverdı̇ yeva Bahar Vı̇ dadi qızı isə iddia ərizəsinə etiraz edərək, anasından miras qalan əmlakdan *0.000 manat qarşılığında imtina etdiyini, İddiaçı 20*4-cü ildə ona 6.000 manat verdiyini, razılaşdıqları məbləğin geri qalan 4.000 manatını isə vermədiyi üçün qanuni vərəsəlik üzrə payını qəbul edərək çıxarış aldığını və bundan əlavə, iddia müddətinin də ötürüldüyünü bildirərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2 ci maddəsini rəhbər tutaraq müddətin ötürülməsini tətbiq etməklə iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.

26. Məhkəmə sorğusuna əsasən göndərilmiş notarius işindən görünür ki, X3 vəfatından sonra Cavabdeh* ilkin olaraq 27.08.20*4-cü il tarixdə ünvan 2 ünvanına qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı Şəhərı̇ 37 Saylı Dövlət Notarı̇ at kontoruna ərizə ilə müraciət etmiş, 6000 manat qarşılığında miras əmlakdan imtina barədə İddiaçı və Allahverdı̇ yeva Bahar Vı̇ dadi qızı arasında saziş isə 09.*2.20*4-cü il tarixdə bağlanmışdır. Mülki Məcəllənin *267-ci maddəsində qeyd olunmuşdur ki, vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Göründüyü kimi hazırki iş üzrə vərəsə Cavabdeh* mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə verdiyi ərizə 27.08.20*4-cü il tarixdə, miras əmlakdan imtina barədə ərizəsi isə 09.*2.20*4-cü il tarixdə, yəni *2 gün sonra baş vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, notariat orqanı haqlı olaraq cavabdehin miras əmlakdan imtina barədə ərizəsini nəzərə almamış və cavabdehə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Çünki qeyd olunan maddi hüquq normasına əsasən hazırki iş üzrə cavabdeh miras əmlakın qəbulu barədə notariat orqanına ərizə verdiyi üçün sonradan mirasdan imtina edə bilməz. Göründüyü kimi qanunverici Mülki Məcəllənin *267-ci maddəsinin müddəasını məcburi qayda kimi müəyyən etməklə, vərəsənin üzərinə miras əmlak bölüşdürülənədək, vərəsələr arasında hər hansı bir çəkişməkdən çəkinmək vəzifəsi qoymuş olur. Ərizəni verməklə vərəsə, öz hüququnu bəyan edir. Onun hüququnu, dövlətin adından çıxış edən notariat orqanı vərəsəlik şəhadətnaməsi verməklə təsdiq edir. Bu hal vərəsəni öz ərizəsini geri götürmək imkanından məhrum edir. Bu nəinki fərd barəsində, eləcə də, vərəsə sayılan dövlət barəsində də müəyyənləşdirilən qaydadır. Hüquq normasının xüsusiyyəti onun ümumi xarakterli davranış qaydası olmasında ifadə edilir. “Norma”- sözü bütün müvafiq hallarda riayət edilməli olan ümumi qayda, nümunə, örnək mənasındadır. Hüquq normaları konkret şəxsə deyil, həmin normanın tələblərinin aid olduğu bütün şəxslərə tətbiq edildiyinə görə onlar ümumi məcburi xarakter daşıyır.

27. Bununla yanaşı məhkəmə qeyd edir ki, İddiaçı və cavabdeh Allahverdı̇ yeva Bahar Vı̇ dadi qızı arasında cavabdehin miras əmlakdan imtina müqabilində 6000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qüvvədə olan saziş var, həmin pul cavabdeh tərəfindən qəbul edilsə də, sazişin şərtlərinə əməl edilməmiş və maddi hüquq normalarına əsasən də sazişin şərtlərinə əməl edilməsi mümkünsüzdür. Buna görə də məhkəmə izah edir ki, iddiaçının həmin saziş üzrə ödənilmiş pulun geri qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Çünki qanunvericiliyə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

28. Məhkəmə cavabdehin iddia müddətinin ötürülməsilə bağlı ərizəsinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin *272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlığı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasının qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququnun itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

29. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi tərəfindən məhkəmənin *3.*2.2023-cü il tarixli sorğusuna əsasən göndərilmiş məktubdan görünür ki, iddiaçı *5.07.20*6-cı il tarixdə şəhadətnamə alan zaman mübahisəli mənzil üzərində *3/*4 hissədə özünün, digər */*4 hissədə isə Cavabdeh* payının olmasını, ən pis halda isə 02.08.20*6-cı il tarixdə mənzillə bağlı çıxarış verilən zaman mənzil üzərində *3/*4 hissədə özünün, digər */*4 hissədə isə Cavabdeh* mülkiyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını, yəni vərəsəliklə bağlı mübahisənin mövcud olmasına dair müvafiq əsas olduğunu bilmiş və bildiyi gündən 7 ildən çox müddət keçdikdən sonra (09.*0.2023) məhkəməyə müraciət etmişdir.

30. Beləliklə, məhkəmə qeyd edir ki, həm yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, həm də Mülki Məcəlləsinin *272-ci maddəsində müəyyən edilmiş müddət ötürüldüyü üçün iddiaçının mirasının qəbul və imtina edilməsi ilə bağlı mübahisə açmaq hüququ itirildiyindən iddia tələbi digər hissələrdə də əsassızdır və rədd olunmalıdır.

Məhkəmə xərcləri

3*. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

33. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi rədd edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar