Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3053/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X*2 iclas katibliyi, Ərizəçi və X* iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi maraqlı şəxs Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən *4.04.*94*-ci il təvəllüdlü X9 tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsə kimi ünvan 1 fərdi yaşayış evinə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev X4 mülkiyyətində olmuşdur. Onun övladı olmamış, həmin mənzildə tənha yaşamışdır. O, X9 ilə qonşu olmuş və onların münasibətləri həmişə yaxşı olmuşdur. X9 tənha yaşadığı üçün maddi və mənəvi ehtiyaclarını daim ödəyərək, bütün işlərində ailəsi ilə birlikdə yanında olaraq kömək etmişlər. *0.02.2008-ci ildə X3 etibarnamə əsasında bütün əmlakını və ona aid bütün işlərin yerinə yetirilməsini etibar etmişdir. Daha sonra isə X9 vəfat etməmişdən əvvəl, 04.**.202*-ci il tarixdə özünə aid bütün əmlakının ona həvalə olunması barədə qonşuların iştirakı ilə vəsiyyətnamə də vermişdir. X9 08.**.202*-ci ildə vəfat etmişdir. Ölümündən sonra onu öz hesabına dəfn etmişdir. X2 verdiyi etibarnamənin müddəti *0.02.20*3-cü il tarixdə bitmiş və onun da hüquqi savadı olmadığına görə sənədləşmə işlərini vaxtında edib mənzili öz adına rəsmiləşdirə bilməmişdir. O, Bakı şəhəri 9 saylı Notariat ofisinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etsə də Bakı şəhəri 9 saylı notariat ofisinin *5.03.2022-ci il tarixli məktubu ilə sənədlər vərəsəlik işinin açılması üçün kifayət qədər təqdim olunmadığına görə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş **.**.202*-ci il tarixli, 878 saylı arayışdan görünür ki, X*0 Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən qəbirstanlıqda 08.**.202*-ci il tarixində dəfn edilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 020654 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Kərimzadə küçəsindəki 4 otaq, 5*.* m2 yaşayış sahəsi, *32.8 m2 ümumi sahəsindən ibarət 23 saylı fərdi yaşayış evi X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 03 saylı reyestr kitabında 367 səhifə qeydə alma *0.04.2003-cü ildə qeydiyyat aparılmışdır. X9 tərəfindən Ərizəçi verilmiş və Bakı şəhəri 24 saylı notariat ofisində təsdiq edilmiş *0.02.2008-ci il tarixli, AR-İ 052722 nömrəli etibarnamədən görünür ki, X9 bu etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək və s. kimi bir çox səlahiyyətləri Ərizəçi etibar etmişdir. Etibarnamənin *0.02.20*3-cü il tarixədək qüvvədə olduğu qeyd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən **.**.202*-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 228639 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X*0 08.**.202*-ci ildə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında **.**.202*-ci il tarixdə **40 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən Ərizəçi və X** ünvanlanmış *5.03.2022-ci il tarixli, 702 nömrəli məktubdan görünür ki, 08.**.202*-ci ildə vəfat etmiş X4 vərəsəlik işi ilə əlaqədar müraciətlərindən imtina edilmişdir. X*0 adından imzalanmış, şahidlər Sotnikova T.N, Okulovskaya Z.İ və Odnaşkina L.V tərəfindən təsdiq edilərək imzalanmış 04.**.202*-ci il tarixli vəsiyyətnamədə qeyd edilir: “Mən, *94*-ci il təvəllüdlü, ünvan 2 ünvanında yaşayan X*0, bütün daşınar və daşınmaz əmlakımı Ərizəçi vəsiyyət edirəm. Ərizəçi ilə X** həyatda çətin anlarımda və təsərrüfat aparılmasında (təmir və bərpa) yanımda olmuş, mənim üçün ən yaxın insandır. *0.02.2008-ci ildə tərəfimdən AR-İ 052722 saylı etibarnamə (əlavə edilir) rəsmiləşdirilmişdir və bu zamandan etibarən indiyədək mən qayğı və qulluq hiss edirəm. Bunun üçün onlara çox minnətdaram. Hazırkı ərizəni sağlam fikir və yaddaşa malik olaraq şahidlərin iştirakı ilə edirəm”. 92363 nömrəli, **.0*.2022-ci il tarixli qəbzdən görünür ki, həmin tarixdə abonent Lyudmila Davıdova adına olan “Azəriqaz” İB kartına *00 manat məbləğində pul köçürülmüşdür. Fövqəladə Hallar Nazirliyinin X*6 Hospitalı tərəfindən verilmiş epikrizdən görünür ki, *4.04.*94*-ci il təvəllüdlü X*0 COVİD-*9, İkitərəfli pnevmoniya, ARDS, Sepsis, Septiki şok diaqonu ilə xəstəxanaya 05.**.202*-ci il tarixdə daxil olmuş, xəstəxanaya daxil olarkən huşu aydın olmuş, verilən suallara adekvat cavab vermiş, lakin vəziyyətində yaxşılaşma müşahidə olunmamış, 08.**.202*-ci il, saat 09:45-də bioloji ölüm qeydə alınmışdır. Şahid ifadələri. Məhkəmə iclasında şahid kimi dindirilmiş X** bildirmişdir ki, Ərizəçi onun əridir. Mərhum X*0 isə onların ailə dostu olmuşdur. Belə ki, o, Lyudmilanı hələ uşaqlıqdan tanımış, məktəbdə bir oxumuş, bir yerdə də işləmişlər. Eyni zamanda, qonşu olmuşlar. Lyudmilanın heç bir qohumu olmamış, həmişə tək yaşamışdır. Ona həmişə o və əri baxmış, onun qayğısına qalmışdır. Lyudmila 202*-ci ilin noyabr ayında 8* yaşında koronadan vəfat etmişdir. O, hələ 2008-ci ildə Ərizəçi etibarnamə vermişdir ki, bütün əmlakını idarə etsin. Həmin vaxtlar ona görə vəsiyyətnamə yazmamışdır ki, Lyudmila həmin vaxtlar ölüm haqqında düşünməmişdir. Onlar da bunu ayıb bilərək ondan belə bir şey tələb etməmişlər. Yalnız ölümündən bir müddət əvvəl Lyudmila vəsiyyətnamə yazaraq əmlakını ona vəsiyyət etmək istəmişdir. Lyudmila həmin vaxt demişdir ki, vəziyyəti ağırdır və nəyi varsa onlara vermək istəyir. Çünki 20 ildir ona onlar baxmışdır. Onlar da Lyudmilanın istəyinə uyğun olaraq əvvəlcə 24 saylı notariat ofisinə getmiş, xəstənin vəziyyəti ağır olduğundan notariusun onlarla gəlməsini xahiş etmişdir. Lakin Lyudmilanın koronavirusa yoluxduğunu biləndən sonra notariusun gələ bilməyəcəyi deyilmişdir. Bir neçə gün sonra təkrar getdiklərində notarius yenə gəlməkdən imtina etmiş, lakin onlara üç şahidin iştirakı ilə ev vəsiyyətnaməsinin tərtib edilməsi tövsiyə edilmişdir. Lydumila da üç şahidin iştirakı ilə vəsiyyətnamə yazaraq əmlakını ərizəçiyə vəsiyyət etmişdir. Elə Lyudmilanın ölümündən sonra ondan qalan evə də ərizəçi nəzarət edir. Lakin Lyudmilanın ölümündən sonra notarius həmin vəsiyyətnaməni təsdiq etməmiş, ancaq məhkəmə qərarı olarsa vərəsəlik haqqında şəhadətnamə veriləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X*3 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi Qaraçuxurun köhnə sakinlərindəndir və onu 50 il olar ki, tanıyır. Elə mərhum X*0 ilə də qonşu olmuşdur. Lyudmila xanım həm yaşı, həm də koronavirusla əlaqədar 202*-ci ildə vəfat etmişdir. Onun bütün dəfn işlərini ərizəçi görmüşdür. Elə Lydumila xanım yaşadığı vaxtlarda da onun bütün bazarlığını ərizəçi və arvadı etmiş, evinin kommunal xərclərini ödəmiş, bir sözlə, onun bütün ehtiyaclarını qarşılamışlar. Hətta evində müəyyən təmir-bərpa işləri də aparmışlar. O özü bütün bunlara şahid olmuşdur. Bundan başqa ərizəçi onun da iştirakı ilə dəfələrlə Lydumila xanımı xəstəxanaya aparmışdır. Lyudmila xanım hələ ölümündən xeyli əvvəl, vəziyyəti bir qədər pis olduğu vaxtlar əmlakının idarə edilməsi üçün ərizəçiyə etibarnamə vermiş, lakin sonra vəziyyəti düzəlmişdir. 202*-ci ildə isə koronadan vəziyyəti bir daha ağırlaşanda Vladislav Qriqoryeviç ona demişdir ki, Lyudmila xanım vəsiyyətnamə yazmaq istəsə də notarius gəlmir. Ölümündən sonra notarisa getdikdə isə vəsiyyətnamənin təsdiqindən imtina etmişlər. Lakin Lyudmila xanımın ölümündən sonra onun evinə ərizəçi baxır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Mərhum X*0 isə həm qonşusu, həm də dostu olmuşdur. Lyudmilanın heç kimi olmamış, ona həmişə ərizəçi və arvadı baxmış, onun bütün ehtiyaclarını qarşılamış, evinin damını düzəltdirmişlər. Lyudmila 202*-ci ilin noyabr ayında koronadan ölmüş, ölümündən qabaq evini ərizəçiyə vəsiyyət etmişdir. Bu barədə vəsiyyətnaməyə o da imza etmişdir və vəsiyyətnamədəki imzasını bir daha təsdiq edir. Onun ölümündən sonra hazırkı tarixədək ərizəçi mərhumdan qalmış evə baxır. İşin faktiki halları. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X5 xüsusi mülkiyyətində olmuşdur. Lyudmila Stepanovna 08.**.202*-ci il tarixdə ölmüşdür. Məhkəmə tərəfindən ərizəçinin izahatı və şahid ifadələri əsasında müəyyən edilmişdir ki, mərhumun heç bir vərəsəsi olmamış, ölənədək ona ərizəçi Vladislav Qriqoryeviç arvadı ilə birlikdə baxmış, ölümündən sonra da həmin evi faktiki olaraq qəbul etmişdir. Eyni zamanda, iş materiallarında olan *0.02.2008-ci il tarixli etibarnamədən Lyudmila Stepanovnanın öz əmlakının idarə edilməsi, əmlak üzərində sərəncam verilməsi kimi səlahiyyətləri Vladislav Qriqoryeviçə etibar etdiyi, lakin etibarnamənin 20*3-cü ildə qüvvədən düşdüyü müəyyən edilmişdir. Bundan başqa, məhkəməyə Lyudmila Stepanovna adından imzalanmış və üç şahidin imzası ilə təsdiq edilmiş 04.**.202*-ci il tarixli vəsiyyətnamə təqdim edilmişdir ki, həmin vəsiyyətnamədə Lyudmila Stepanovnann öz əmlakını Vladislav Qriqoryeviçə vəsiyyət etdiyi qeyd edilmişdir. Mərhumdan qalan mirasın vərəsə kimi qəbul edilməsi üçün Ərizəçi tərəfindən əvvəlcə notariusa müraciət edilmiş, lakin vərəsəlik işi açılmasından imtina edilmişdir. Hazırda ərizəçi mərhumdan qalmış miras evin tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş şahidlər isə öz növbələrində ərizədə qeyd edilənləri təsdiqləyən, bir-biri ilə üst-üstə düşən məzmunda ifadələr vermişlər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə **33. Vərəsəlik anlayışı. **33.*. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə **5*. Miras əmlak. **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə **66. Vəsiyyət anlayışı. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə **67. Vəsiyyət edə bilən şəxs. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə **79. Notariat forması. **79.*. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Maddə **86. Ev vəsiyyətnaməsi. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Maddə *243. Mirasın qəbul edilməsi. *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı Qərarı: *0. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın *02-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. *0.*. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”:
99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə hesab edir ki, Ərizəçi mərhum X6 miras qalmış evi onun ölümündən sonra idarə etməklə və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə vəsiyyətnamə üzrə vərəsə kimi qəbul etmiş sayılmalıdır. Belə ki, iş materiallarında bunu təsdiq edən kifayət qədər sübut mövcuddur. Məsələn, hələ ölümündən xeyli əvvəl – 2008-ci ildə Lyudmila Stepanovnanın öz əmlakını idarə etmək və əmlak üzərində sərəncam vermək kimi səlahiyyətlərini Vladislav Qriqoryeviçə etibar etdiyini təsdiq edən etibarnamə, Lyudmila Stepanovnanın ölümündən sonra onun adına olan qaz sayğacı kartına *00 manat məbləğində pul ödənildiyini təsdiq edən qəbz (ödənişin kim tərəfindən edildiyi qəbzdən görünməsə də qəbz məhz ərizəçi tərəfindən məhkəməyə təqdim edilmişdir) və ən əsası Lyudmila Stepanovnanın ölümündən dörd gün əvvəl onun tərəfindən yazılmış ev vəsiyyətnaməsi. Məhkəmə ev vəsiyyətnaməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin **86-cı maddəsindən göründüyü kimi ev vəsiyyətnaməsi sadə yazılı formada tərtib edilir. Bu o deməkdir ki, onun notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Ev vəsiyyətnaməsinin əsas xüsusiyyəti (üstünlüyü) ondan ibarətdir ki, fövqəladə və şəxsin həyatı üçün açıq-aşkar təhlükə yaradan vəziyyətə görə notarial formada (və ya notarial formalı vəsiyyətnamələrə bərabər tutulan vəsiyyətnamə formasında) vəsiyyət tərtib etmək qeyri-mümkün olduğu hallarda ev vəsiyyətnaməsi şəxsə öz iradəsini ifadə etməyə imkan verən ən münasib və asan forma sayılır. Hazırkı işdən görünür ki, mərhum Lyudmila Stepanovna öldüyü vaxt 80 yaşı keçmiş və yoluxucu virusdan (“Covid *9”) ölmüşdür. Bu isə o deməkdir ki, o, həmin ərəfədə notariusa gedib notarial formada vəsiyyətnamə tərtib edə bilməzdi. Belə ki, o, virusla əlaqədar özünütəcriddə olmuş və istəsə də yaşadığı yerdən kənara çıxmaq imkanından məhrum olmuşdur. Bu vəziyyətdə onun vəsiyyətnamə tərtib etmək üçün tək yolu öz əli ilə, şahidlərin iştirakı ilə ev vəsiyyətnaməsi yazmaq olmuşdur. Nəzərə alınsa ki, ev vəsiyyətnaməsi elə bu cür fövqəladə vəziyyət üçün hesablanmış (nəzərdə tutulmuş) əlverişli formadır, bu halda mərhum Lyudmila Stepanovnanın məhz ev vəsiyyətnaməsi tərtib etməsi ağlabatandır. Həmçinin, o da nəzərə alınmalıdır ki, vəsiyyətnaməni tərtib etdiyi vaxt Lyudmila Stepanovnanın xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk edə bilməməsi, bir sözlə iradə ifadəsinin olmaması kimi hallar da müəyyən edilməmişdir. Əksinə, iş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin X*6 Hospitalı tərəfindən verilmiş epikrizdə göstərilmişdir ki, *4.04.*94*-ci il təvəllüdlü X*0 COVİD-*9, İkitərəfli pnevmoniya, ARDS, Sepsis, Septiki şok diaqonu ilə xəstəxanaya daxil olmuş, xəstəxanaya 05.**.202*-ci ildə (vəsiyyətnaməni tərtib etdikdən bir gün sonra) daxil olarkən huşu aydın olmuş, verilən suallara adekvat cavab vermiş, lakin vəziyyətində yaxşılaşma müşahidə olunmamış, 08.**.202*-ci il, saat 09:45-də bioloji ölüm qeydə alınmışdır. Digər tərəfdən, məhkəmə iclasında ifadəsi dinlənilmiş bütün şahidlər təsdiq etmişlər ki, mərhum Lyudmila Stepanovnanın heç bir qohumu, vərəsəsi olmamış, ölən günədək ona ərizəçi Vladislav Qriqoryeviç baxmış, buna görə mərhum ölümündən əvvəl vəsiyyətnamə tərtib edərək öz evini ərizəçiyə vəsiyyət etmişdir. Eyni zamanda, təsdiq etmişlər ki, Lyudmila Stepanovnanın ölümündən sonra ondan miras qalmış evi ərizəçi Vladislav Qriqoryeviç faktiki olaraq qəbul etmişdir. Bütün bu halları nəzərə alan məhkəmə Ərizəçi mərhum X5 vəsiyyətnamə üzrə vərəsəsi hesab edir. Bundan başqa, nəzərə alınmalıdır ki, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 20*4-cü il *8 iyul tarixli Qərarı). Belə olan halda məhkəmə müvafiq miras əmlakın ərizəçi tərəfindən faktiki qəbul edildiyi nəticəsinə gəlir. Son olaraq, məhkəmə Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarına istinadla onu da qeyd edir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.
Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X6 miras qalmış ünvan 3 ünvanında yerləşən evin (mirasın) vəsiyyətnamə üzrə vərəsə kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 2*6-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Mərhum X6 miras qalmış ünvan 3 ünvanında yerləşən evin (mirasın) vəsiyyətnamə üzrə vərəsə kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva