Məhkəmə qərarları › İş №2(010)-3063/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3063/2024

26.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3063/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Əlı̇ yeva Fəxrı̇ yyə Abdulla qızı və Əlı̇ yev Gündüz Cəfər oğluna qarşı "maneənin qadağan edilməsi və s." tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, 0.0290 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş Bakı şəhəri, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-45/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan 0,0290 ha torpaq sahəsindən çıxanlması, həmin torpaq sahəsində olan cavabdehlərə məxsus tikililərin cavabdehlər tərəfindən və ya onların hesabına sökülməsi, həmin torpaq sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərə iddiaçıya məxsus torpaq sahəsinə özbaşına girməyin qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4039/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 45/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Fotoşəkillərdən torpaq sahəsində mişar daşları və ağacların olması və qaz borusunun keçməsi görünür.

5. Azərbaycan Respublikasının Əmək və X1 Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı (FİN 4GDZTNM) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan əlilliyə görə 363.86 (üç yüz altmış üç manat səksən altı qəpik) manat əmək pensiyası alır.

İşin faktiki halları

6. 0.0290 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş Bakı şəhəri, ünvan 1 ünvanının xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

7. İddiaçı cavabdehlər Əlı̇ yeva Fəxrı̇ yyə Abdulla qızı və Əlı̇ yev Gündüz Cəfər oğluna qarşı "maneənin qadağan edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Döviət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2021-ci il tarixdə ********** saylı çıxanşa əsasən şəxsi mülkiyyət hüquqi ilə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi 53-də yerləşən 0,0290 kv.m olan torpaq sahəsinin hasara alınmasında ona cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneçiliklərin qadağan olunması, öz hesablarına torpaq sahəsinin ətrafına əkdikləri ağacların buradan çıxanlması, qaz borusunun yerinin dəyşdirilməsi və bura tökdükləri mişar daşlarının götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

8. Cavabdehlər Əlı̇ yeva Fəxrı̇ yyə Abdulla qızı və Əlı̇ yev Gündüz Cəfər oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

9. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, əvvəl torpaq sahəsi 5 sot idi, həmin torpaq sahəsinin 2 sot hissəsini cavabdehlərə yol kimi vermişdir. İndi mülkiyyətində 2,9 sot torpaq sahəsi var və o, torpaq sahəsinə hasar çəkdirməlidir. Lakin cavabdehlər həyətinə girib-çıxırlar, orada ağaclar əkirlər, həyətindən qaz xətti borusu keçirdirlər, həyətinə daş yığırlar. 13 ildir ki, bu mübahisə davam edir və artıq xəstə olduğu üçün bütün bunlara dözə bilmir. Cavabdehlərə bu barədə dəfələrlə məlumat versə də, heç bir nəticəsi olmamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmənin mövqeyi

13. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

14. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 0.0290 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş Bakı şəhəri, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı tərəfindən ərizəyə əlavə olunmuş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinə mişar daşları tökülmüş, ağaclar əkilmiş və həmin sahədən qaz borusu keçir. İddiaçı həmin təsirlərin onun iradəsindən kənar olduğunu bildirərək, həmin təsirlərin aradan qaldırımasını və torpaq sahəsinin hasara alınmasında ona cavabdehlər tərəfindən yaradılan maneçiliklərin qadağan olunmasını xahiş edir.

15. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırki işdən görünür ki, maneələrin aradan qaldırılması xahiş olunan torpaq sahəsi iddiaçının şəxsi mülkiyyətindədir və iddiaçı mülkiyyətçi kimi mülkiyyətinə edilən qəsdlərə son qoymağı cavabdehlərdən tələb edə bilər. İş materiallarından görünür ki, tərəflər arasında əvvəllər də məhkəmə mübahisələri olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 45/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan 0,0290 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində olan cavabdehlərə məxsus tikililərin cavabdehlər tərəfindən və ya onların hesabına sökülməsi, həmin torpaq sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərə iddiaçıya məxsus torpaq sahəsinə özbaşına girməyin qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi cavabdehlər əvvəl də iddiaçıya məxsus torpaq sahəsinə qanunsuz daxil olmuş, orada tikililər inşa etmiş və iddiaçıya öz mülkiyyətinə olan torpaq sahəsinə daxil olmağa icazə verməyərək, iddiaçıya məxsus konstitusion hüquqları pozmuşlar və hazırda yenə də pozmağa davam edirlər. Bu səbəbdən iddiaçı haqlı olaraq öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilmədiyi üçün məhkəməyə müraciət etmiş və iddiaçının pozulmuş hüquqları bərpa edilərək, iddia təmin edilməlidir.

Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün ödənilməli olan 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada Azərbaycan Respublikası Dövlət Büdcəsinin xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 0,0290 kv.m olan torpaq sahəsinin hasara alınmasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr onlara qadağan olunmalı, cavabdehlərin hesabına - iddiaçıya məxsus həmin torpaq sahəsinin ətrafına əkilmiş ağaclar həmin torpaq sahəsindən çıxarılmalı, qaz borusunun yeri dəyişdirilməli və torpaq sahəsinə tökülmüş mişar daşları götürülməlidir.

19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia təmin edilsin. İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 0,0290 kv.m olan torpaq sahəsinin hasara alınmasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr onlara qadağan olunsun, cavabdehlərin hesabına – iddiaçıya məxsus həmin torpaq sahəsinin ətrafına əkilmiş ağaclar həmin torpaq sahəsindən çıxarılsın, qaz borusunun yeri dəyişdirilsin və torpaq sahəsinə tökülmüş mişar daşları götürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 (bir yüz) manat məbləğində pul müştərək qaydada Azərbaycan Respublikası Dövlət Büdcəsinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar