Məhkəmə qərarları › İş №2(010)-3089/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3089/2025

04.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3089/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmək haqqının və vurulan ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “əmək haqqının və vurulan ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək haqqısının Cavabdeh alınması və işçi kimi hüquqlarının pozulmasına görə 2000 manat məbləğində vurulan ziyanın Cavabdeh tərəfindən ödənilməsi, onun qanun çərçivəsində məsuliyyətə cəlb edilməsi və cəzalandırılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 31 mart 2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC (VÖEN: **********) şirkətinə direktor Cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 33 Esra Plaza B bloku -1 mərtəbəsində yerləşən anbarda anbardar vəzfəsinə aylıq əmək haqqı 450 manat şərti ilə işə qəbul edilmiş və 03 may 2024-cü il tarixinədək işləmişdir. Qeyd etdiyi tarixlər intervalında Cavabdeh ona yalan vədlər verərək əmək haqqını verməyib və onu 03 may 2024-cü il tarixində birtərəfli olaraq işdən azad edib. İşlədiyi tarixdə Cavabdeh ona 5850 manat əmək haqqını ödəməyib və onu işdən çıxarmasına görə əlavə 900 manat son haqq hesabı və 305 manat məzuniyyət müavinatını ödəməyib. Qeyd edilənlər ilə bağlı xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Xidmətinə ünvanladığı şikayətə əsasən tədbirlər görülmüşdür və əmək haqqına dair öhdəliklərin təmin edilməsi üçün məhkəməyə müraciət etmə hüququ izah edilmişdir.

Tərəflərin izahatları

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. “Əmək müqaviləsinin bağlanması ilə bağlı “Əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsi ilə xx.xx.2023-cü il tarixədək işəgötürən "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Cavabdeh tərəfindən aylıq əmək haqqı 450 manat olmaqla anbardar vəzifəsində işə qəbul edilmişdir.

6. Əmək müqaviləsində dəyişiklik edilməsilə bağlı “Əmək müqaviləsi bildirişi”ndən görünür ki, işəgötürən "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Cavabdeh tərəfindən aylıq əmək haqqı 450 manat olmaqla anbardar vəzifəsində işə qəbul edilmiş İddiaçı əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır.

7. Əmək müqaviləsində dəyişiklik edilməsilə bağlı “Əmək müqaviləsi bildirişi”ndən görünür ki, işəgötürən "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Cavabdeh tərəfindən aylıq əmək haqqı 450 manat olmaqla anbardar vəzifəsində işə qəbul edilmiş İddiaçı əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır.

8. Əmək müqaviləsində dəyişiklik edilməsilə bağlı “Əmək müqaviləsi bildirişi”ndən görünür ki, işəgötürən "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Cavabdeh tərəfindən aylıq əmək haqqı 450 manat olmaqla anbardar vəzifəsində işə qəbul edilmiş İddiaçı əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır.

9. Əmək müqaviləsində dəyişiklik edilməsilə bağlı “Əmək müqaviləsi bildirişi”ndən görünür ki, işəgötürən "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Cavabdeh tərəfindən aylıq əmək haqqı 450 manat olmaqla anbardar vəzifəsində işə qəbul edilmiş İddiaçı əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır.

10. AR ƏƏSMN yanında X1 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı bildirilmişdir ki, bundan əvvəlki müraciətlərinizə baxılaraq 3-17-5/2-M-96177/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Təkrarən bildiririk ki, müraciətlə əlaqədar ətraflı məlumat verməyinizlə bağlı qeyd etdiyiniz ünvanınıza (Ağdaş rayonu, Şəkili kəndi) 3-17-6/2-M-87298/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, həmçinin siz araşdırmaya dair izahatınızı təqdim etmisiniz və təqdim etdiyiniz izahatınızda əmək haqqının nəğd formada ödənildiyini bildirmisiniz. Həmçinin araşdırmaya dair müvafiq sənədlərin təqdim edilməsi məqsədilə "xxxx" MMC- yə 3-17-5/2-87319/2024 nömrəli xx.xx.2024-cü il tarixli və - 3-17- 5/2-94266/2024. nömrəli xx.xx.2024-cü il tarixli məktublarla müraciət olunaraq Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb edilmişdir. Tələb olunan sənədlərin təqdim edilməsi müəssisə tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə tərəfimizdən baxış keçirilərkən Sizinlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqavilənizə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə dair xitam əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49.5-ci maddəsinin tələbləri pozularaq xx.xx.2024-cü il tarixdə elektron informasiya sisteminə daxil edildiyi və həmin tarixdən qüvvəyə mindiyi məlum olmuşdur. Bununla bağlı olaraq "xxxx" MMC-nin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən X1 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-A-94839/2024 nömrəli göstəriş məktubu ilə "xxxx" MMC-nin rəhbərliyinə 30 (otuz) gün müddətində Sizin əmək müqavilənizə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, №10 nömrəli əmrin ləğv edərək törədilmiş hüquq pozuntusunu aradan qaldırılmasını təmin edib, nəticəsi barədə Xidmətin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. Lakin qeyd olunan hüquqpozuntusu "xxxx" MMC tərəfindən aradan qaldırılmadığından inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qanuni qüvvəyə minmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün deyildir.

İşin faktiki halları

11. İşin faktiki halları ondan ibarətdir ki, hazırki iddia tələbində iddiaçı cavabdehin onu rəsmi qaydada işə götürdüyünü, lakin işlədiyi müddət ərzində cavabdeh tərəfindən ona əmək haqqının ödənilmədiyini bildirir və bu səbəbdən hazırki iddia tələbinin təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh isə bildirmişdir ki, onun əmək haqqısı 450 manat olmuşdur. Dekabr ayından ona əmək haqqısının qaldırılacağını bildirsə də, lakin maddi sıxıntılara görə mümkün olmamışdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 35. Əmək hüququ

İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

13. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək;

2. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi Maddə 287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

15. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

16. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ olsa da, lakin bu hüquq düzgün qaydada həyata keçirilməmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında “işəgötürən "xxxx" MMC tərəfindən aylıq əmək haqqı 450 manat olmaqla anbardar vəzifəsində işə qəbul edilmişdir. Hazırki iddia tələbində iddiaçı ona həmin əmək müqaviləsi əsasında əmək haqqı ödənilmədiyini bildirmiş və iddia tələbini işəgötürən "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Cavabdeh qarşı qaldırmışdır. Məhkəmə qeyd edir ki, əmək münasibəti İddiaçı ilə “işəgötürən "xxxx" MMC arasında yaranmış və həmin müqaviləni işəgötürən qismində "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Cavabdeh imzalamışdır. Belə olan halda, iddiaçı hazırki iddia tələbini elə məhz işəgötürən "xxxx" MMC-yə qarşı irəli sürməlidir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, hazırki mülki işin hazırlıq mərhələsində iddiaçıya cavabdehi əsl cavabdehlə əvəz edilməsi təklifi irəli sürülmüş, lakin iddiaçı hesab etmişdir ki, iddiaya məhz Cavabdeh cavab verməlidir.

Məhkəmənin gəldiyi nəticə

17. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmək haqqının və vurulan ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı “əmək haqqının və vurulan ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar