Məhkəmə qərarları › İş №2(010)-309/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-309/2022

03.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-309/2022 03.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Nazirlər Sovetinin 23 oktyabr 1990-cı il tarixli 489 №-li Qərarına əsasən ona ayrılmış olan 0,06 hektar həyətyanı torpaq sahəsindən cavabdehlər X7 və Cavabdeh2 çıxarılaraq, həmin torpaq sahəsinin cavabdehdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin F-273 nömrəli, 05.03.2021-ci il tarixli Abşeron rayon XDS İcraiyyə Komitəsinin 162 nömrəli, 07 avqust 1991 -ci il tarixli, vətəndaşlara fərdi yaşayış evinin tikintisinə torpaq sahəsinin ayrılması, Hövsan südçülük sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında qərar verilmişdir. Qərara əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 23 oktyabr 1990- cı il tarixli 489 №-li qərarına əsasən Hövsan südçülük sovxozunun fəhlə və mütəxəssislərinə 150 ailəyə- hər ailəyə 0,06 hektar hesabı ilə həyətyanı torpaq fondu ayrılmışdır. Ayrılmış torpaq sahəsi sovxoz tərəfindən ayrı-ayrı şəxslərə verilmiş və bu barədə toplanmış sənədlər təsdiq üçün Abşeron RİK-ə təqdim olunmuşdur. Abşeron rayon XDS İcraiyyə Komitəsi qərara almış Azərbaycan SSR Nazirlər Sovetinin 23 oktyabr 1990-cı il tarixli, 489 №li qərarı ilə hər ailəyə 0,06 hektar hesabı ilə Hövsan südçülük sovxozuna 150 ailə üçün 9 hektar həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınmış. Aşağıdakılara həyətyanı torpaq sahəsi ayrılması haqqında Hövsan südçülük sovxozunun partiya həmkarlar ittifaqı komitəsinin və əmək kollektivi şurasının 20 oktyabr 1990-cı il tarixli 8 №-li, 11 fevral 9 №-li, aprel 20№-li, 2 iyul 1991 -ci il tarixli 30 №-li qərarları və sovxozun 20 oktyabr 1990-cı il tarixli 117№-li, 11 fevral №-li, 27 aprel 45 №-li və 3 iyul 1991-ci il tarixli, 75 №-li əmrləri nəzərə alınaraq, siyahı 28-ci olmaqla ona fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Maddi imkanı olmadığı üçün həmin ərazidə fərdi yaşayış evini tikə bilməmişdir. Həmin torpaq sahəsinin perimetri üzrə mişar daşı ilə hasara almışdır. Mübahisəli ərazi, peyk vasitəsi ilə çəkilmiş cizgidə öz əksini tapmışdır. 2021-ci ilin mart ayında Quliyeva X2 sovxozunda yerləşən torpaq sahəsinə gedəndə, həmin torpaq sahəsinin cavabdehlər X7 və Cavabdeh2 tərəfindən zəbt edildiyini görmüşdür. Cavabdehlərə onun torpaq sahəsinin boşaldılmasını və sahənin ona qaytarılmasını dəfələrlə tələb etsə də, onlar ona aid olan torpaq sahəsini tərk etmirlər. Bu barədə Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə yazılı ərizə ilə müraciət etməyinə baxmayaraq, bölmənin 26 aprel 2021 -ci il tarixli 341-5071H-3221 nömrəli məktubunda yazmış olduğu ərizəyə bölmə tərəfindən baxılmış olduğunu və müəyyən göstərilən faktların məhkəmə səlahiyyətinə aid olduğu üçün, bu məsələ ilə əlaqədar aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək məqsədə müvafiq olduğu bildirilmişdir. İddiaçı məcburiyyət qarşısında qalıb, cavabdehlər X7 və Cavabdeh2 Azərbaycan SSR Nazirlər Sovetinin 23 oktyabr 1990-cı il tarixli 489 №-li qərarına əsasən Hövsan südçülük sovxozunda ona ayrılmış olan 0,06 hektar həyətyanı torpaq sahəsindən çıxarılaraq, boşaldılmasını və həmin sahənin İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının tələbi tamamilə əsassızdır, çünki Azərbaycan SSR Nazirlər Sovetinin 28 avqust 1991-ci il tarixli 175 saylı qərarına əsasən fərdi yaşayış evi tikintisi üçün 0,08 sahəsi olan torpaq sahəsi ayrılmışdır. O, iddiaçını heç vaxt tanımamışdır. Yalnız bir neçə ay bundan əvvəl iddiaçının adından çıxış edən şəxslər ayrılmış torpaq sahəsinin onlara qaytarılmasını tələb edərək onun boşaldılmasını tələb etmişlər. Lakin mübahisələi torpaq sahəsi 1991-ci ildən onların istifadəsindədir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddiaçının tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin F-273 nömrəli, 05.03.2021-ci il tarixli Arxiv çıxarışından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 162 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarı ilə Hövsan südçülük sovxozunun partiya həmkarlar ittifaqı komitəsinin və əmək kollektivi şurasının 20 oktyabr 1990-cı il tarixli 8 №-li, 11 fevral 9 №-li, aprel 20№-li, 2 iyul 1991 -ci il tarixli 30 №-li qərarları və sovxozun 20 oktyabr 1990-cı il tarixli 117№-li, 11 fevral №-li, 27 aprel 45 №-li və 3 iyul 1991-ci il tarixli, 75 №-li əmrləri nəzərə alınaraq X4 (siyahıda 28) fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmuş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin F-273 nömrəli, 19.01.2021-ci il tarixli Arxiv çıxarışından və Hövsan Südçülük sovxozunun 26 dekabr 1991-ci il tarixli 144 saylı əmrin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon Hövsan südçülük sovxozunun X11 Kollektivi Şurasının birgə yığıncağının 26.12.1991-ci il tarixli 658 saylı protokolu ilə Azərbaycan SSR Nazirlər Sovetinin 28 avqust 1991-ci il tarixli 175 saylı qərarına əsasən Hövsan südçülük sovxozunda işləyən vətəndaşların fərdi yaşayış mənzili tikmək üçün torpaq sahəsinin ayrılmasına dair ərizələrinə baxaraq sovxoz işçisi Cavabdeh1 (siyahıda 32) 0,08 ha torpaq sahəsi ayrılmış və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahəsinə olan subyektiv hüquqlarını iddia ərizəsinə əlavə olunmuş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin F-273 nömrəli, 05.03.2021-ci il tarixli Arxiv çıxarışı ilə əsalandırmışdır. Lakin nəzərə alınmalıdır ki, iddiaçı X5 yuxarıda qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni mübahisəli torpaq sahəsinin hər hansı bir hüquqla ona məxsus olmasını, torpaq sahəsi üzərində hər hansı bir yolla hüququnun yaranması barədə mötəbər sübut təqdim etməmişdir. İddiaçı mübahisəli torpaq sahəsinin Hövsan Südçülük sovxozu tərəfindən fərdi yaşayış evin tikintisi üçün ayrıldığına istinad etsə də, həmçinin onu sübuta yetirə bilməmişdir ki, iddiaçıya ayrılmış sahə məhz Cavabdeh1 həmin sovxoz tərəfindən eyni məqsədlər üçün ayrılmış və hazırda cavabdehlərin sahibliyində olan torpaq sahəsinin hüdudlarındadır. Bir sözlə iddiaçı sübuta yetirə bilməmişdir ki, cavabdehlər ona ayrılmış torpaq sahəsini zəbt etmişlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbi barədə iddia tələbi əsassızdır . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : iddiaçı Qulı̇ yeva Gülara İnşalla qızının Azərbaycan SSR Nazirlər Sovetinin 23 oktyabr 1990-cı il tarixli 489№-li qərarına əsasən Qulı̇ yeva Gülara İnşalla qızına ayrılmış olan 0,06 hektar həyətyanı torpaq sahəsindən cavabdehlər Mehdı̇ yeva Solmaz Kamı̇ l qızı və Mehtı̇ yeva Rəna Rüstəm qızı çıxarılaraq, həmin torpaq sahəsinin cavabdehlərdən alınaraq Qulı̇ yeva Gülara İnşalla qızına verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar