Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-31/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh1 iştirakları ilə, İddiaçı “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X5 qarşı “kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyəti (bundan sonra “xxxx” BOKT MMC) cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 27.11.2012-ci il tarixli, AZBA-006537 saylı kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh1 27.11.2012-ci il tarixli, AZBA-006537 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə 19611.27 ABŞ dolları əsas borc, 899.55 ABŞ dolları faiz borcu və 2061.65 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 22572.77 ABŞ dolları məbləğində kredit borcu və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun birgə qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 “xxxx” BOKT MMC-nin xeyrinə tutulmasını, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 28, 24 saylı mənzilin ilkin satış qiyməti 50000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzilin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 qeyd olunan mənzildən istifadə hüquqlarına xitam verməklə çıxarılmaları haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı “xxxx” BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən 27.11.2012-ci il tarixli, AZBA-006537 saylı kredit müqaviləsinin ləğv edilməsini, 27.11.2012-ci il tarixli, AZBA-006537 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə 19611.27 ABŞ dolları əsas borc, 7986.24 ABŞ dolları faiz borcu və 5159.68 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32757.49 ABŞ dolları məbləğində kredit borcunun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun birgə qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 “xxxx” BOKT MMC-nin xeyrinə tutulmasını, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 28, 24 saylı mənzilin ilkin satış qiyməti 50000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzilin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 qeyd olunan mənzildən istifadə hüquqlarına xitam verməklə çıxarılmaları haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı “xxxx” BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 və X5 qarşı “kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən 27.11.2012-ci il tarixli, AZBA-006537 saylı kredit müqaviləsinin ləğv edilməsini, 27.11.2012-ci il tarixli, AZBA-006537 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə 19611.27 ABŞ dolları əsas borc, 7986.24 ABŞ dolları faiz borcu və 5159.68 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32757.49 ABŞ dolları məbləğində kredit borcunun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun birgə qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 “xxxx” BOKT MMC-nin xeyrinə tutulmasını, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 28, 24 saylı mənzilin ilkin satış qiyməti 76500 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzilin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 və X3 qeyd olunan mənzildən istifadə hüquqlarına xitam verməklə çıxarılmaları haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında imzalanmış 27.12.2012-ci il tarixli, AZBA-006537 saylı kredit müqaviləsinə əsasən ikinciyə illik 18%-lə 60 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 28, 24 saylı mənzilin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 28.11.2012-ci il tarixli, AZBA-006537 saylı alqı-satqı və ipoteka müqaviləsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə 28.11.2012-ci il tarixli, AZBA- 006537 saylı zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış 19.05.2016-cı il tarixli sazişlə verilmiş kreditin faiz dərəcəsi 17-dək endirilmişdir. Daha sonra, 27.11.2017-ci il tarixdə imzalanmış Sazişlə kredit müddəti 29.11.2021-ci il tarixədək uzadılmış və bununla bağlı ipoteka müqaviləsinə dəyişiklik edilmiş və ipotekanın əlavə qeydiyyatı aparılmamışdır. Lakin Cavabdeh1 kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə ipotekasaxlayan tələbin ipoteka predmeti hesabına ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək məhkəmədən 27.11.2012-ci il tarixli, AZBA- 006537 saylı kredit müqaviləsinin ləğv edilməsini, 27.11.2012-ci il tarixli, AZBA-006537 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə 19611.27 ABŞ dolları əsas borc, 7986.24 ABŞ dolları faiz borcu və 5159.68 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32757.49 ABŞ dolları məbləğində kredit borcunun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun birgə qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 “xxxx” BOKT MMC-nin xeyrinə tutulmasını, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 28, 24 saylı mənzilin ilkin satış qiyməti 76500 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzillərin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 və X3 qeyd olunan mənzildən istifadə hüquqlarına xitam verməklə çıxarılmaları haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə məhkəmə tərəfindən qəbul edildi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, o, kredit müqaviləsi üzrə 36 ay 1300 ABŞ dolları, sonra 6 ay 500-600 ABŞ dolları ödənişlər etmişdir. Lakin nə bank, nə də ekspert bu ödənişləri nəzərə almamışdır. O, faizi ilə birlikdə cəmi 62000 ABŞ dolları pul ödəmişdir. O, hazırda yoldaşı ilə birlikdə bu mənzildə yaşayır, mənzildən çoxa bilməz. Odur ki, qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “TBC Kredit” BOKT MMC və Cavabdeh1 arasında bağlanmış 27.11.2012-ci il tarixli, AZBA-006537 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Kredit alana illik 18%-lə 60 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit ünvan 1 ünvanında yerləşən əmlakın alınmasının maliyyələşdirilməsi üçün verilir. Bu müqaviləyə görə Kredit verən müqavilənin 2.1-ci və 2.2-ci bəndləri və Kredit verən və Kredit alan arasında bu müqaviləyə əlavə edilən A qoşmasında göstərilən formada bağladıqları və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmala ilə müəyyən olunmuş məbləğdə və faizlə krediti hissə-hissə Kredit alanın mülkiyyətinə verir və Kredit alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizli ilə birlikdə Kredit verənə qaytarmağı öhdəsinə götürür. “TBC Kredit” BOKT MMC, Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zaminliklə təmin olunmuş öhdəliyin yaranma əsası Kreditor və Borclu arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən sadə yazılı formada bağlanmış və ikinciyə kredit müqaviləsi tərəflərinin qarşılıqlı razılığı ilə müəyyən edilmiş və illik 18% olmaqla, 60 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verilməsini nəzərdə tutan və Bakı şəhərində bağlanmış 27 noyabr 2012-ci il tarixli, AZBA- 006537 saylı kredit müqaviləsidir. Bu müqavilə borclunun kreditor qarşısında 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün Zamin və Borclunun Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. “TBC Kredit” BOKT MMC və Cavabdeh1 arasında bağlanmış 19.05.2016-cı il tarixli, AZBA-006537 saylı kredit müqaviləsinə dəyişiklik edilməsinə dair Sazişdən görünür ki, Bu kredit müqaviləsinə əsasən Kredit alana illik 18%-lə 60 ay müddətinə 50000 ABŞ dolları məbləğində verilmiş kreditin ödənilməmiş 24027.63 ABŞ dolları təşkil edən hissəsini illik 17 faizlə hesablanmaqla müəyyən edilmişdir. “xxxx” BOKT MMC və Cavabdeh1 arasında bağlanmış 30.11.2017-ci il tarixli “ipoteka müqaviləsinə dəyişiklik və əlavə edilməsi” haqqında sazişdən görünür ki, əsas öhdəliyin icra müddəti 27.11.2017-ci il tarixinə mövcud olan və ödənilməmiş 19686.36 ABŞ dolları qalıq borcu hissəsi 2017-ci ilin dekabr ayından başlamaqla 48 ay müəyyən edilir. Alıcı-İpoteka qoyan Cavabdeh1, Kreditor-İpoteka saxlayan “xxxx” BOKT MMC, X1 arasında bağlanmış 28.11.2012-ci il tarixli, AZBA-006537 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Satıcı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 21.11.2012-ci il tarixdə verilmiş 11/35677 nömrəli arayışa əsasən ünvan 1 ünvanında yerləşən mənzili Alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Satılan mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20.07.2011-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********23-05101- 093020 olan MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Satıcıya məxsusdur. Tərəflər mənzilin satış qiymətinin 74000 ABŞ dolları olmasına dair razılığa gəlirlər. Mənzilin dəyərinin 24000 ABŞ dolları Alıcı İpoteka qoyanın özü tərəfindən, 50000 ABŞ dolları isə Kreditor-İpoteka saxlayan tərəfindən 27.11.2012-ci il tarixli, AZBA-006537 saylı kredit müqaviləsi əsasında Alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına notariusun depozit hesabına köçürülməklə ödənilir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvanlanmış 22.10.2018-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, borclulara kredit müqaviləsi üzrə yaranmış borcun məbləği barədə məlumat verilmiş, borcun ödənilməyəcəyi halda kredit müqaviləsi üzrə yaranmış borcun məhkəmə qaydasında tutulacağı, tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə məlumat verilmişdir. “TBC Kredit” BOKT MMC və Cavabdeh1 arasında bağlanmış 27.11.2017-ci il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişin surətindən görünür ki, bu müqavilə qüvvəyə mindikdən sonra müddətin artırılması barədə müvafiq dəyişiklik edilməyənə qədər 108 ay müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş verilmiş hüquq pozuntularına görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19.06.2019-cu il tarixli, 5178 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, 27.11.2012-ci il tarixli, AZBA-006537 saylı kredit müqaviləsi və həmin müqaviləyə dair 19 may 2016-cı il tarixli Sazişin şərtləri, cavabdeh tərəfindən edilən bütün ödənişlər nəzərə alınmaqla sual üzrə 29.10.2018-ci il tarixə Cavabdeh1 iddiaçı “xxxx” BOKT MMC-yə olan borcu əsas borc üzrə 19077.60 ABŞ dolları, faiz borcu üzrə 801.79 ABŞ dolları olmaqla, cəmi 19879.39 ABŞ dollarıdır. (ekspertiza xərci: 200 manat) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli, 9/951 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, 27.11.2012-ci il tarixli, AZBA-006537 saylı kredit müqaviləsi və həmin müqaviləyə dair 19.05.2016-cı il tarixli Sazişin şərtləri, cavabdeh tərəfindən edilən bütün ödənişlər nəzərə alınmaqla sual üzrə 30.10.2020-ci il tarixə Cavabdeh1 iddiaçı “xxxx” BOKT MMC-yə olan borcu əsas borc üzrə 19077.60 ABŞ dolları, faiz borcu üzrə 7297.2 ABŞ dolları olmaqla, cəmi 26374.78 ABŞ dollarıdır. (ekspertiza xərci: 100 manat) “xxxx” MMC tərəfindən verilmiş 02.07.2020-ci il tarixli, 0916/20/TBC nömrəli mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 28 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 5-ci mərtəbəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan, 70.01 m2 ümumi, 47.31 m2 yaşayış və 22.7 m2 yardımçı sahədən ibarət, 3 otaqlı, 24 nömrəli mənzilin (onun yerləşdiyi ərazi nəzərə alınmaqla) hazırda real bazar dəyəri 110000 (yüz on min) manat təşkil edir. (Mütəxəssis rəyi verilməsi üçün çəkilmiş xərc: 250 manat) “xxxx” MMC tərəfindən verilmiş 30.12.2020-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 Əbülfəz oğluna məxsus olan, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 30.12.2020-ci il tarixə olan bazar dəyəri 90000 (doxsan min) manat, likvid dəyəri 76500 (yetmiş altı min beş yüz) manat təşkil edir. (Mütəxəssis rəyi verilməsi üçün çəkilmiş xərc: 300 manat, 200 manat ödənildiyindən tələb edilməmiş, 100 manat tələb edilmişdir) Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı “xxxx” BOKT MMC və Cavabdeh1 arasında bağlanmış 27.11.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən Borcalana 60 ay müddətinə, illik 18%-lə 50000 ABŞ dolları məbləğində kredit verilmiş, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra, tərəflər arasında imzalanmış 19.05.2016cı il tarixli Sazişlə verilmiş kreditin faiz dərəcəsi 17% müəyyən edilmiş, bundan sonra, 27.11.2017-ci il tarixdə imzalanmış Sazişlə kredit müddəti 29.11.2021-ci il tarixədək uzadılmışdır. Eyni zamanda, öhdəliyin icrasının təmini məqsədilə “xxxx” BOKT MMC ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 27.11.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün borcalan Cavabdeh1 ilə birgə məsuliyyət götürmüşdür. Bundan əlavə, “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanılmış ipoteka müqaviləsinə əsasən, tərəflər bu Müqavilə ilə müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Lakin Borcalan Cavabdeh1 müqavilə üzrə öhdəliyinə əməl etməyərək iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsində Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı Banka borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərə kredit müqaviləsi üzrə götürülən öhdəliklərin yerinə yetirilib-yetirilməməsi baxımından hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqlarıöz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun ol0araq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq sürətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarıçıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyi lazımınca icra etməmiş, nəticədə iddiaçı təşkilata borcu yaranmışdır ki, iddiaçı da haqlı olaraq bu borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmçinin, borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. İşdən də müəyyən edilir ki, hazırki müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik çıxış edir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Zaminlərin məsuliyyəti ilə bağlı məhkəmə qeyd edir ki, 19.05.2016-cı il və 27.11.2017-ci il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişlər zaminlərin razılığı olmadan bağlansa da mahiyyətcə hər iki saziş həm borclu, həm zaminlərin kredit müqaviləsi üzrə məsuliyyətini yüngülləşdirdiyindən (ödənişlərin edilməsi üçün kredit müqaviləsinin müddətinin uzadılması, faiz dərəcəsinin aşağı salınması), zaminlər üçün heç bir əlverişsiz şərait yaratmadığından onların bu sazişlərlə razılaşmaması kredit müqaviləsi üzrə zamin kimi məsuliyyətlərini istisna etmir və zaminlik müqaviləsinin xitamına səbəb olmur. Belə ki, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Üstəlik, nəzərə alınmalıdır ki, iddia qaldırılarkən Mülki Məcəllənin 477.0.4-cü maddəsi ilə müəyyən edilmiş zaminliyin xitamına əsas yaradan bir illik müddət də gözlənilmişdir. Odur ki, zaminlər borclu ilə birgə məsuliyyət daşıyır və zaminliyin xitamına əsas olacaq heç bir hal yoxdur. Lakin, məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləği ilə qismən razılaşır. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 19611.57 ABŞ dolları əsas borc, 7986.24 ABŞ dolları faiz borcu tələb edir. Məhkəməyə təqdim edilmiş ekspert rəyində isə əsas borc məbləği 19077.60 ABŞ dolları, faiz borcu 7297.2 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini əsaslı hesab edir. Belə ki, rəydə göstərilən məbləğlər iş materiallarında olan maliyyə arayışı, cari hesabdan çıxarış məlumatları və iddiaçı “xxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanılmış kredit müqaviləsinin şərtləri əsas götürülməklə bu sahədə xüsusi biliyi olan ekspert tərəfindən hesablanmış, eləcə də cavabdeh tərəfindən ödənilmiş bütün ödənişlər, bu ödənişlərin nə qədərinin faiz, nə qədərinin əsas borca hesablandığı cədvəl şəklində açıq olaraq göstərilmişdir. Bu baxımdan məhkəmə ekspert rəyi ilə razılaşır. Eyni səbəbdən məhkəmə cavabdehin izahatında “36 ay 1300 ABŞ dolları, sonra 6 ay 500-600 ABŞ dolları ödənişlər etməsinin ekspert tərəfindən nəzərə alınmaması” ilə bağlı qeyd etdikləri ilə razılaşmır. Belə ki, ekspert rəyinin tədqiqat hissəsində olan cədvəldən görünür ki, Cavabdeh1 tərəfindən müvafiq kredit üzrə 27.12.2012 – 27.11.2015-ci il tarixləri arasında hər ay 1300 ABŞ dolları məbləğində, 28.06.2016-cı il tarixdən sonra isə 500-600 ABŞ dolları və 1000 ABŞ dolları məbləğlərində ödənişlər edilmişdir və bütün bu ödənişlər yekun nəticəyə gəlinərkən nəzərə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq əsas və faiz borcunun məbləği ekspert rəyinə uyğun olaraq əsas borc üzrə 19077.60 ABŞ dolları, faiz borcu üzrə 7297.2 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Tələb edilən dəbbə pulu ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinin tələbinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, müqavilə üzrə tələb edilən dəbbə pulunun məbləği (5159.68 ABŞ dolları) borcun ödənilməsi ilə bağlı öhdəliyin icrasının təmini baxımından tənasübsüz surətdə yüksək məbləğdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilən normaların tələblərini nəzərə alaraq cərimə məbləğinin 100 ABŞ dolları məbləğində müəyyən ediməsini məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, 27.11.2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməyən Cavabdeh1, eləcə də zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada ekspertiza rəyinə uyğun olaraq əsas borc üzrə 19077.60 ABŞ dolları, faiz borcu üzrə 7297.2 ABŞ dolları, 100 ABŞ dolları cərimə olmaqla, cəmi 26474.8 ABŞ dolları məbləğində pul tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir. Həmçinin, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılmalı və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 317.1-ci mаddəsinə əsаsən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni zamanda, nəzərə alınmalıdır ki, tərəflər arasında ipoteka müqaviləsi 2012-ci ildə bağlanmışdır və Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 36.1-ci maddəsinə görə isə ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.3-cü maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Hazırkı işdən görünür ki, kredit müqaviləsində müəyyən edilmiş öhdəliklərin icra edilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbi ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. İpoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində ipoteka predmeti olan mənzilin həm bazar, həm də likvid qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadında ipoteka predmetinin ilkin satış qiymətininin müəyyən edilməsi ilə bağlı məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə tövsiyə edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti əmlakın likvid qiymətinə uyğun olaraq 76500 (yetmiş altı min min beş yüz) manat məbləğində müəyyən edilməli, mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına “xxxx” BOKT MMC-yə tutulacaq borc həcmində ödəniş edilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir. İpoteka predmeti olan mənzil satıldıqdan bir ay sonra cavabdehlərin buradan istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzilin boşaldılması hissəsində məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Hazırkı işdən görünür ki, mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur və bu səbəbdən iddiaçı mənzildə yaşayan şəxsin mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında ipoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununda ipoteka qoyulmuş əmlakla bağlı istifadə hüququna xitam verilməsi birbaşa nəzərdə tutulmadığından məhkəmə bu hissədə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Digər tərəfdən, tərəflər arasında ipoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 59.4-cü maddəsinin tələbinə əsasən bu Qanunun 59.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı cavabdehlə arasında bağlanılmış kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə xərclərinin bölünməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 və zamin cavabdehlərdən müştərək qaydada iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Lakin iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödədiyi 30 manat dövlət rüsumunu tələb etsə də iddiaçının bu təyinatla dövlət rüsumu ödəməsini təsdiq edən sənəd iş materiallarında mövcud deyil. Üstəlik, iddia ərizəsinin qoşma hissəsində həmin dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin iddia ərizəsinə əlavə edildiyi göstərilmiş, bununla belə müvafiq sənəd iddia ərizəsinə əlavə edilməmiş, sonradan məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Həmçinin, iş materiallarından görünür ki, iş üzrə iki dəfə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının birinin xərci 100 manat, digərinin xərci 200 manat olmaqla cəmi 300 manat məbləğindədir. Eyni zamanda, iş üzrə verilmiş mütəxəssis rəyinin birinin xərci 250 manat, digərinin 100 manat olmaqla, 350 manatdır. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq ekspertiza xərcləri də cavabdehlərdən müştərək qaydada tutularaq ekspertizanı həyata keçirən orqanlara ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 27.11.2012-ci il tarixli kredit müqaviləsi üzrə 19077.60 ABŞ dolları əsas borc, 7297.2 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla cəmi 26474.8 ABŞ dolları məbləğində öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə pul, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı “xxxx” BOKT MMC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh1 mükiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 76500 (yetmiş altı min beş yüz) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına “xxxx” BOKT MMC-yə mövcud borc həcmində ödəniş edilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi Cavabdeh1 qaytarılmalı, tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan bir ay sonra mənzil boşaldılmalı, cavabdehlər mənzildən çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış 27.11.2012-ci il tarixli, AZBA-006537 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 27.11.2012-ci il tarixli kredit müqaviləsi üzrə 19077.60 ABŞ dolları əsas borc, 7297.2 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə olmaqla cəmi 26474.8 ABŞ dolları (iyirmi altı min dörd yüz yetmiş dörd dollar səksən sent) məbləğində öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə pul, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh1 mükiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 76500 (yetmiş altı min beş yüz) manat məbləğində müəyyən edilməklə mənzil həmin qiymətlə açıq hərracdan satılsın. Satışdan əldə olunan vəsait hesabına “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinə borc həcmində ödəniş edilsin. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi Cavabdeh1 qaytarılsın. Tutma mənzilə yönəldikdən və mənzil satıldıqdan bir ay sonra cavabdehlər mənzildən çıxarılsın və mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının cəmi xərci olan 300 (üç yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesaba ödənilsin. İş üzrə verilmiş mütəxəssis rəyinin dəyəri 250 (iki yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulаrаq “xxxx” MMC-nin bank hesabına ödənilsin. İş üzrə verilmiş mütəxəssis rəyinin dəyəri 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulаrаq “xxxx” MMC-nin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-31/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-31/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver