Məhkəmə qərarları › İş №2(010)-3103/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3103/2021

21.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3103/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X1 vəkili və nümayəndəsi, həmçinin Cavabdeh2 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh1, Mövsümova (Əliyeva) Könül Əlihüseyn qızına və Cavabdeh3 qarşı "mənzilə köçürülmə və yaşayış hüququnun tanınması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdehlər Cavabdeh1, Mövsümova (Əliyeva) Könül Əlihüseyn qızına və Cavabdeh3 qarşı "mənzilə köçürülmə və yaşayış hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi,T.Bağırov küçəsi döngə 2-də yerləşən 4 otaqdan ibarət olan 6 saylı fərdi yaşayış evə köçürülməyi və yaşayış hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlliləri İddiaçı Cavabdeh1 oğlu X8 ilə 2017-ci ilin noyabr ayında faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş, 21.01.2018-ci ildə isə nikahı rəsmi qeyd etdirmişlər. Həmin nikah münasibətindən 12.09.2018-ci ildə X12 və 27.02.2020-ci ildə X14 adlı iki uşağı olmuşdur. Həyat yoldaşı X8 14.10.2020-ci il tarixdə ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Həyat yoldaşı vəfat etməmişdən əvvəl yaşadığı və qeydiyyatda olduğu fərdi yaşayış evi Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən qeydiyyata alınmaqla ailə üzvlərinin, o cümlədən həyat yoldaşının payı müəyyənləşdirilmişdir. Həyat yoldaşının həmin evdən "A" hissəsi payı müəyyənləşdirilmişdir. Onu da qeyd etmək istəyir ki, yuxarıda qeyd olunan fərdi yaşayış evə iddiaçı gəlin köçərkən valideynləri tərəfindən verilən cehiz əşyaları həmin evə yerləşdirilməklə ailə üzvlərinin razılığı ilə onu 26.09.2018ci il tarixdə pasport qeydiyyatına almışlar. Həyat yoldaşı vəfat etdikdən sonra qaynanası Cavabdeh1, baldızları Mövsümova (Əliyeva) Könül Əlihüseyn qızı və Cavabdeh3 ona bildirdilər ki, onun bu evdə heç bir payı yoxdur və o, bu evdən çıxıb getməlidir. O, onlara bildirdi ki, o, bu evə gəlin köçmüş və 2 az yaşlı körpə ilə başqa yerə gedəsi yeri yoxdur. Hətta onlara bildirmişdir ki, bir halda ki, onu bu evdən çıxartmaq istəyirsiz, həyat yoldaşı ayrılan payın pulunu onun uşaqlarına verin ki, o da onlara bir sığınacaq tiksin. Cavabdehlər onun bu təklifi ilə razılaşmayaraq onu hədələməklə evdən çıxartmaq istəyirlər. O, ailə başçısını itirdiyi üçün atasının köməkliyi ilə uşaqlarına pensiyanın və sosial yardımın verilməsinə nail olmuşdur. Uşaqlar az yaşlı olduğundan heç yerdə işləmir və ona ayrılan sosial yardımla uşaqlarını saxlayır. Uşaqlar hazırda salamatdır və hər ikisi iddiaçının himayəsində yaşayır. Cavabdehlərin ona qarşı bu özbaşınalığını və haqsızlığını görüb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının izahatları İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X1 vəkili və nümayəndəsi, cavabdeh Mövsümova (Əliyeva) Könül Əlihüseyn qızının nümayəndəsi X1 vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul edərək izahatında göstərdi ki, mübahisələndirilən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi döngə 2-də yerləşən 4 otaqdan ibarət olan 6 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 1/8 hissədə X2, 1/8 hissədə İddiaçı Əlihüseyn qızına, 2/4 hissədə X7 və ¼ hissədə X3 xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən cavabdeh kimi cəlb edilən Cavabdeh1 mübahisəli evin mülkiyyətçiləri sırasına daxil deyil. Ona görə də hesab edir ki, iddiaçılar sırasından çıxarılmalıdır. İddiaçı mərhum Şahin Mövsümovla 2017-ci ildə faktiki, 21.01.2018-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Şahin Mövsümov 14.10.2020-ci ildə vəfat etmişdir. İddiaçının mübahisələndirilən evdə yaşamasına cavabdehlər etiraz etmir. İddiaçı hazırda da həmin evdə yaşayır. X21 məxsus payın gələcəkdə iddiaçıya verilməsinə etiraz etmirlər. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* saylı 22.09.2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, döngə 2 –də yerləşən iki otaqlı 6 saylı fərdi yaşayış evi X1 adına 1/8 hissə, İddiaçı Əlihüseyn qızının adına 1/8 hissə, X6 adına 2/4 hissə və X3 adına ¼ hissədə daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 18981 nömrəli vərəqində qeydiyyata alınmışdır. 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 21.01.2018-ci il tarixjdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X13 arasında nikah 21.01.2018-ci il tarixdə bağlanmış və nikah bağlandıqdan sonra arvada "Mövsümova" soyadı verilmişdir. 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 06.02.2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X12 12.09.2018-ci ildə doğulmuşdur. 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 07.03.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Mövsümova Şəfa Şahin qızı 27.02.2020-ci ildə doğulmuşdur. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 31.10.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 14.10.2020-ci ildə ölmüşdür. Asan 4 xidmətinin 05.11.2020-ci il tarixli "yaşayış yeri üzrə qeydiyyat haqqında" arayışından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi döngə 2, ev 6–da İddiaçı, X8, X12, Cavabdeh2,, X19, X17 və X15 qeydiyyatdadır. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, İddiaçı Cavabdeh1 Üsgər qızının oğlu X8 ilə 2017-ci ilin noyabr ayında faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş, 21.01.2018ci ildə isə nikahı rəsmi qeyd etdirmişlər. İddiaçının Şahin Mövsümovla birgə nikahından 12.09.2018-ci ildə X12 və 27.02.2020-ci ildə X14 adlı iki uşağı olmuşdur. X8 14.10.2020-ci il tarixdə ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. İddiaçı Şahin Mövsümovla ailə qurduqdan sonra mübahisəli ev, yəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi döngə 2, 6 saylı evə gəlin köçərək yaşamağa başlamışdır. İddiaçı 26.09.2018-ci ildə mübahisəli evə pasport qeydiyyatına alınmışdır. Məhkəmə zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, döngə 2–də yerləşən iki otaqlı 6 saylı fərdi yaşayış evi X1 adına 1/8 hissə, İddiaçı Əlihüseyn qızının adına 1/8 hissə, X6 adına 2/4 hissə və X3 adına ¼ hissədə daşınmaz əmlakın dövlət reyestrində 200 nömrəli reyestr kitabının 18981 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ev iki otaqdan ibarətdir. Mübahisəli evin mülkiyyətçiləri X4, İddiaçı Əlihüseyn qızı, X10 və X8 olduğu halda İddiaçı məhkəmədə cavabdehlər sırasında Cavabdeh1 qeyd etmişdir. Göründüyü kimi Cavabdeh1 mübahisəli evin mülkiyyətçisi olmadığından həmin evə görə hər hansı bir məsuliyyət daşımır. Məhkəmə müəyyən edir ki, Cavabdeh X1 vəkili və nümayəndəsi, cavabdeh Mövsümova (Əliyeva) Könül Əlihüseyn qızının nümayəndəsi X1 vəkili və nümayəndəsi Vəkil iddia tələbinin etirafı barədə məhkəməyə ərizə təqdim etmişdir. Həmin ərizədən müəyyən olunur ki, cavabdehlər iddianı qəbul edir və iddiaçının mübahisəli evin cavabdehlər X4 və Mövsümova (Əliyeva) Könül Əlihüseyn qızına məxsus olan hissəsində yaşamasına etiraz etmirlər. Məhkəmə bildirir ki, AR MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 191.4-cü maddəsinə görə məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Lakin, işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh T.Mövsümovanın vəkili və nümayəndəsi, həmçinin Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən İddiaçı iddiası üzrə etiraf təsdiq edilməli, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi döngə 2, 6 saylı fərdi yaşayış evinin cavabdehlər X4 və Mövsümova (Əliyeva) Könül Əlihüseyn qızına məxsus olan hissəsinə köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi döngə 2, 6 saylı fərdi yaşayış evinin cavabdehlər X4 və Mövsümova (Əliyeva) Könül Əlihüseyn qızına məxsus olan hissəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar