Məhkəmə qərarları › İş №2(010)-3109/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3109/2022

08.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3109/2022 08.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov Sabir İsa oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil*, cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasına qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasına qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının 30 aprel 2022-ci il tarixli 33-K № əmrinin ləğv olunaraq onun əvvəlki vəzifəsinə (xəstəxananın reanimasiya şöbəsinin tibb bacısı) vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırmışdır ki, 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının 30 aprel 2022-ci il tarixli 33-K № əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv olunsa da, həmin əmr əsassız və qanun normaları kobud pozulmaqla verildiyindən ləğv olunmalıdır. Belə ki, əmrin forması üzrə Əmək Məcəlləsinin tələbləri ilə müəyyən edilmiş qaydalara riayət edilməmiş, onun hansı pozuntuya yol verilməsi göstərilməmişdir. Belə olan halda həmin əmr qanun tələblərinə zidd tərtib olunmuşdur. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin *-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşagıdakı məlumatlar göstərilir : müəssisənin adı, hüquqi ünvanı, əmrin sıra nömrəsi, tarixi, onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab edilən rəsmi sənədlər. Lakin onunla əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə müəssisənin hüquqi ünvanı, əmri imzalayan işəgötürənin atasının adı; əmək müqaviləsinin ləğv edilməsi əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmə Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsasə hesab edilən rəsmi sənədlər göstərilməmişdir. Həmin normanın 2-ci hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəni həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin normanının 3-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işə götürənin əmri yalnız bu maddənin *-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun –təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmçinin əmr verilərkən “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin ) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 62-ci bəndinin tələbləri də pozulmuş və əmrdə konkret hansı hərəkətə yol verməsi sadalanmamışdır. Həmçinin bundan əvvəl ona intizam tənbehi verilərkən buna yazılı izahat alınması tələb olunmasına baxmayaraq belə bir izahat tələb edilməmiş, mübahisələndirilən əmr ləğv edildiyi zaman isə həmkarlar ittifaqının qabaqcadan razılığı alınmamışdır. Cavabdeh tərəfindən əmək kitabçasının 05 may 2022-ci il tarixdə, son haqq hesabın isə 07 may 2022-ci il tarixdə həyata keçirilməsi ona qarşı qərəzli olduğunu təsdiq edir. Halbuki bunlar əmr verildiyi gün, yəni 30 aprel 2022-ci il tarixdə həyata keçirilməli idi. Cavabdeh 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz təqdim edilərək onunla əsaslandırılmışdir ki, 6 № Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası ağ ciyər vərəm xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş tibb müəssisəsidir və MDR-çoxlu dərmanlara davamlı xəstələrin müalicəsi üçün fəaliyyət göstərir. Burada müalicə olunan xəstələrə xüsusi diqqət və ciddi psixoloji davranış tələb olunur. İddiaçı əmək müqaviləsinin xitam verilməsinə başlıca səbəb onun xəstələrlə və kollektiv arasında kobud davranışı, əmək funksiyalarını lazımi qaydada icra etməməsi və digər qaydaların pozulmasına görədir. İddiaçı ona edilmiş çoxsaylı xəbərdarlıqlardan nəticə çıxartmamış, ondan davranışına diqqət etməsi və yeni səhvlərə yol verilməməsi tələb olunsa da, bunlara məhəl qoymamışdır. Arzu Əhmədovadan etdiyi əməllərlə əlaqədar izahat tələb olunsa belə, sonuncu bunu etməkdən imtina etmişdir. İddiaçı barəsində müxtəlif vaxtlarda həm xəstələr, həm işçi heyətinin şikayətləri və tərtib edilmiş aktlar onun kollektivdən uzaqlaşdırılmasını zəruri etmişdir. Belə ki, İddiaçı 22 dekabr 202*-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsə də, o, bundan nəticə çıxarmayaraq yenidən öz funksiyalarını kobud sürətdə pozmuşdur. Bundan başqa *4 aprel 2022-ci il tarixdə xəstəxanada müalicə alan Əliyeva Tünzalənin vəziyyətinin ağır olmasını bilən tibb bacısı Arzu Əhmədova lazımi diqqət göstərməmiş (“gəlirəm” deyib otağında yatmış) və nəticədə xəstənin vəziyyəti pisləşərək dünyasını dəyişmişdir. Vəfat edən şəxsin anası şikayətlər yazmış və səhlənkarlılğa görə cəzalanmasını tələb etmişdir. 28 aprel 2022-ci il tarixdə 6 № Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının Həmkarlar Təşkilatının ümumi yığıncağında İddiaçı əmək funksiyalarının dəfələrlə və kobud şəkildə pozulması halları ciddi müzakirə edilmiş və onun əmək müqaviəsinə xitam verilməsi məqsədə uyğun hesab edilmişdir. Bunlara görə iddianın əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək əlavə olaraq göstərdi ki, 202*-ci ilin dekabr ayında ona töhmət verilməsindən xəbəri olmamış, bunuynla bağlı heç kimə hər hansı izahat verməmişdir. Növbədə olduğu zaman xəstənin vəfat etməsi ilə bağlı onun hər hansı təqsiri olmamış, həmin gün növbədə olsa da, ..... Həmkarlar Təşkilatının iclasına dəvət olunmamışdır. Həmçinin sonradan həmin Təşkilatının sədrindən məlumat almışdır ki, iclas səthi aparılmış və o, (Həmkarlar təşkilatının sədri) bununla bağlı tərtib edilmiş qərarı yalnız imzalamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qismində izahat verən Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamə qəbul edilərkən rəsmi etiraz məktubunda qeyd edilənlərrin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izaһatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qısmində dindirimiş X* ifadəsində göstərdi ki, İddiaçı işlədiyi xəstəxanada oğlu müalicə almış və həmin vaxt iddiaçı ona yüksək səviyyədə qulluğ göstərmiş, vəzifələrini lazımınca icra etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, həmin xəstəxanada həkim işləyir və 2022-ci ilin aprel *3-dən *4-nə keçən gecə növbədə olmuşdur. Həmin gün xəstə Əliyeva Tünzalə vəfat etmişdir. İddiaçı da tibb bacısı kimi həmin gün növbədə olmuşdur. Vəfat etmiş xəstənin yanında olan xəstələr dəfələrlə Arzu Əhmədovanı otağa xəstəyə qulluq etməkdən ötrü çağırsalar da, o, səhlənkarlıq göstərib bunu etməmişdir. Ümumiyyətlə iddiaçının əvvəllər də növbədə olduğu zaman belə hallara yol verməsi, yəni öz əmək funksiyalarını lazımınca icra etməməsi kimi hallar baş vermişdir. İş materiallarından görünür ki, 6 № Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası ilə İddiaçı arasında *7 fevral 20*4-cü ildə bağlanmış Əmək müqaviləsinə əsasən, sonuncu tibb bacısı vəzifəsinə qəbul edilmişdir. X3 3.*-ci bəndinə əsasən həmin Əmək müqaviləsinə görə o xəstələrə müalicə, profilaktik qulluq, həkiməqədər tibbi yardım göstərmək, həkimin təyinatı üzrə iynə və dərmanları düzgün və vaxtında vurulmasını yerinə yetirmək kimi vəzifələri öhdəsinə götürmüşdür. İş materiallarında olan 22 dekabr 2022-ci il tarixli *44-K saylı 6 № Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının Baş həkimi tərəfindən verilmiş əmrin surətindən müəyyən olunur ki, əmək funksiyasını tam yerinə yetirmədiyinə görə, əmək müqaviləsi ilə müəyyən olunmuş vəzxifələrini pozduğuna görə Xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin Tibb bacısı İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası üzrə Həmkarlar Təşkilatının Komitəsinin 28 aprel 2022-ci il tarixli 02 nömrəli qərarının sürətindən görünür ki, tibb bacısı İddiaçı işdə verdiyi kobud nöqsanlara görə və bu halların dəfələrlə təkrarlandığını nəzərə alaraq İddiaçı əmək müqaviləsinə xitam verilməsi təklif edilmişdir. İş materiallarında olan 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının 30 aprel 2022-ci il tarixli 33-k №-li əmrinə əsasən, 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının Anestezologiya-reanimasiya və intensiv terapiya şöbəsinin tibb bacısı İddiaçı ilə baağlanmış *33 nömrəli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 30 aprel 2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xasiyyətnamələrdən görünür ki, İddiaçı əvvəlki iş yerləri üzrə müsbət xarakterizə edilmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının 30 aprel 2022-ci il tarixli 33-k №-li əmrinə əsasən İddiaçı ilə bağlanılan Əmək müqaviləsinə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə 30 aprel 2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir . Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin *-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar, e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, Əmək müqaviləsi işəgötürən tərəfindən a)müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər. Həmin Məcəllənin 7*-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Əmək müqaviləsinə üzərinə götürdüyü xəstələrə müalicə, profilaktik qulluq, həkiməqədər tibbi yardım göstərmək, həkimin təyinatı üzrə iynə və dərmanları düzgün və vaxtında vurulmasını yerinə yetirilməsinə dair əmək funksiyalarını icra etmədiyindən, İddiaçı ilə bağlanılan Əmək müqaviləsinə 30 aprel 2022-ci il tarixdən etibarən xitam verilməsi barədə 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının baş həkiminin 30 aprel 2022-ci il tarixli 33-k №-li əmri tam əsaslıdır və ləğv edilə bilməz. Bu baxımdan iddiaçının məhkəmə iclasında gətirdiyi dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, yalnız iddiaçının öz şəxsi mülahizələrinə əsaslanmışdır. Əksinə cavabdeh tərəfindən təmin edilən və məhkəmə iclasında tədqiq edilən şahid ifadəsi, habelə digər təqdim edilən sübutların məcmusu iddiaçı tərəfindən iş ahənginin mütəmadi pozulması, əmək nizam-intizamına etinasız münasibət bəsləyərək ona əməl etməməsi, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməsində pozuntulara yol verməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasının pozması barədə iddiaçının əmək fəaliyyətini müsbət səciyyələndirməyən və əmrdə qeyd edilən təsvirləri təsdiq etdi. Belə olan halda iddiaçı tərəfindən təqdim edilən sübutlarda (həmkarlar ittifaqının iclasına aid iştirakına dair) uyğunsuzluqlar əmrin (protokolun) qanunsuz olmasına xidmət etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən, onun əmək müqaviləsinin şərtlərini pozması və əmək funksiyalarını lazımınca yerinə yetirməməsi barədə cavabdehin qənaəti əsaslı olmuşdur. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı cavabdeh tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğundan və nəticədə iş yerində əmək intizamının normal ahəngi pozulduğundan, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddianın dəlilləri əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, iddia əsassız olduğuna görə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasına qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar