Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3112/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi İddiaçı iştirakı ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq hasarın cavabdehin hesabına sökülərək təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq hasarın cavabdehin hesabına sökülərək təhvil verilməsi tələbinə dair ərizəsi ilə müraciət edərək, ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin-600 kv.metr torpaq sahəsinə Cavabdeh tərəfindən yönələn maneə aradan qalıdrılmalı, zəbt olunmuş torpaq sahəsində inşa edilmiş hasar cavabdehin hesabına sökülərək, torpaq sahəsi onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı yazılı ərizə təqdim edərək, cavabdehlə razılığa gəldiyi üçün tərəfindən verilmiş iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh İddiaçı iddianın baxılmamasına dair ərizəsinə etiraz etməmiş və işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin geri qaytarılmasına və işin baxılmamış saxlanılmasına dair ərizəsini verdiyinə görə, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq hasarın cavabdehin hesabına sökülərək təhvil verilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.11, 260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq hasarın cavabdehin hesabına sökülərək təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və işdəki sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3112/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3112/2021
20.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver