Məhkəmə qərarları › İş №2(010)-3113/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3113/2021

08.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3113/2021 08.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı qızının etibarnamə üzrə nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı qızının cavabdeh Demirkan (İsgəndərova) Mehparə Aydın qızına qarşı istifadə hüququ itirilmiş hesab edilməsi tələbinə dair mülki işə 08 iyul 2021-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı qızının cavabdeh Demirkan (İsgəndərova) Mehparə Aydın qızına qarşı istifadə hüququ itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Demirkan (İsgəndərova) Mehparə Aydın qızın və X19 iddiaçının icarəçisi olduğu Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “Q” Y/S 20 saylı evin 3 otaqlı, sahəsi 40,41 kv.metr olan 21 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon İcra Hakimiyyətinin 06 fevral 1992-ci il tarixli, 035579 saylı orderinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ”Q” Y/S 20 saylı evin 3 otaqlı sahəsi 40,41 kv.metr olan 21 saylı mənzilin kirayəçisidir. X26 (hazırda Məhəmmədi i) cavabdeh Mehparə İsgəndərova (hazırda soyadı Demirkan) ilə 23.11.2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, icarəçisi olduğu mənzildə yaşamışlar. Bundan sonra Mehparə mənzilinə qeydiyyata düşmüşdür. Birgə nikahdan 25.02.2007-ci il təvəllüdlü Nurlan adlı uşaqları var. 2010-cu ildə oğlu Bakı şəhəri, Suraxanı rayonu, S.Cəfərov küçəsi 7 saylı evin 5 otaqlı 13 saylı mənzilini aldıqdan sonra arvadı və uşağı ilə həmin mənzilə köçüb yaşamışlar. 2012-ci ildə ailə münasibətləri pozulmuş və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 1982/2012 saylı 02.08.2012-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Daha sonra Suraxanı rayon məhkəməsinin 2(010)-2713/2012 saylı 04.12.2012-ci il tarixli qətnaməsi əsasən birgə nikah dövründə alınmış həmin mənzildə iddiaçı X1 payı 16 hissədə müəyyən edilmişdir. Hər iksinin razılığı əsasında həmin mənzil 10.07.2013-cü il tarixdə 90.000 ABŞ dollarına satılmışdır. Cavabdeh Mehparə İsgəndərovanın 12 iyul 2013-cü il tarixli iltizamından görünür ki, payına düşən, ona çatası 45.000 (qırx beş min) ABŞ dolları məbləğində pulu təhvil almışdır. Bundan sonra həmin mənzil ilə əlaqədar ona qarşı heç bir iddiası və tələbi olmayacağmı bildirmişdir. İltizamda həmçinin göstərilir ki, həmin iltizam cavabdehin özü tərəfindən və vəkili Ə.Ağamoğlanovun və Elçinin atası N.Məhəmmədin yanında yazmışdır. 2011-ci ilin dekabr ayından cavabdeh uşağını götürüb evdən çıxıb getmişdir. Həmin vaxtdan onunla əlaqələri yoxdur və faktiki yaşadığı ünvan iddiaçıya və ailə üvlərinə məlum deyil. Göründüyü kimi cavabdeh icarəçisi olduğu mənzilə qeydiyyata alındıqdan sonra oğlu ilə xüsusi mülkiyyətlərində mənzili olmuş, orada yaşamış və mənzil satıldıqdan sonra özünə düşən payı götürmüşdür. 10 ilə yaxın bir müddətdir ki, o, uşağı ilə birlikdə mənzilində yaşamır. Oğlu ilə birgə nikah müddətində əldə etdikləri mənzilə köçdükdən sonra oğlu ilə birlikdə mənzilimizdə yaşayış sahəsindən istifadə hüquqlarını itirmişdir. Cavabdehin mənzildə qeydiyyatda qalması mənzildə qeydiyyatda olan digər ailə üzvlərinin onu özəlləşdirmək hüququnu həyata keçirilməsinə mane olur. Cavabdehlə aralarında mübahisəli hüquq münasibəti onun mənzilinə gəlin kimi köçdüyü 2006-cı ildə yarandığı üçün tərəflər arasında yaranmış mübahisəyə 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi tətbiq edilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edlir. Bununla əlaqədar olaraq, iddiaçı cavabdeh Demirkan (İsgəndərova) Mehparə Aydın qızın və X19 iddiaçının icarəçisi olduğu Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “Q” Y/S 20 saylı evin 3 otaqlı, sahəsi 40,41 kv.metr olan 21 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızının etibarnamə üzrə nümayəndəsi və vəkili X15 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Demirkan (İsgəndərova) Mehparə Aydın qızı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin və vəkilinin izahatını və çıxışını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materillarında olan: Suraxanı rayon Məhkəməsinin 02 avqust 2012-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, X11 ilə X1 arasında 23.11.2006-cı il tarixdə bağlanmış, Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən həmin tarixli, 1354 nömrəli akt ilə qeyd alınmış nikahın pozulması, nikahın pozulmasından sonra uşaq 25.02.2007-ci il təvəllüdlü X19 anası X1 yanında qalması müəyyən edilmiş, eyni zamanda qarşılıqlı iddia qismən təmin edilmiş, 25.02.2007-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün 20.07.2012-ci il tarixdən başlayaraq hər ay X3 90 (doxsan) manat məbləğində aliment tutularaq X2 verilməsi qət edilmişdir. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ seriyalı 377117 saylı 25 sentyabr 2012-ci il tarixli, nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X4 və X6 02 avqust 2012-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 25 sentyabr 2012-ci il tarixdə 241 nömrə ilə qeyd edilmişdir. Ərə Məhəmmədli soyadı, arvada İsgəndərova soyadı verilmişdir. 12 iyun 2013-cü il tarixli İltizama əsasən, X6 həmin iltizamı ona görə yazır ki, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 04 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən, keçmiş həyat yoldaşı İddiaçı ilə birgə nikah dövründən əldə etdiyi, ünvan 1 ünvanında yerləşən mənzil aralarında bərabər paylarla 2/1 hissədə böyümüşdür. Aralarında olan razılaşmaya əsasən həmin mənzil 10.07.2013-cü il tarixdə 90000 (doxsan min) ABŞ dollarına satılmışdır. Mənzilin pulundan ona çatası, payına düşən 45000 (qırx beş min) ABŞ dolları məbləğində pul N.Elçin tərəfindən ona verildi. Bundan sonra həmin mənzil ilə əlaqədar onun N.Elçinə qarşı heç bir iddia və tələbi olmayacaqdır. 18 aprel 2021-ci il tarixli akta əsasən, X10, X12, X5 tərtib bu aktı ona görə tərtib etmişdirlər ki, X6 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” y/s, ev 20, mənzil 21-də qeydiyyatda olmağına baxmayaq, bu mənzildə 2010-cu ildən bəri yaşamır. Asan 4 tərəfindən verilmiş 26.10.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, İddiaçı 07 oktyabr 2003-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Eyni zamanda X16, X19, X7 və Demirkan Mehparə Aydın qızı da qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsaslanaraq məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilədək qüvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, mübahisəli mənzillə bağlı hüquq münasibətləri 1982-ci ildən yaranmışdır. Başqa sözlə, mübahisəli mənzillə bağlı, həmçinin tərəflər arasında yaranan münasibətlər 2009-cu ilədək baş vermişdir. Qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətd 8) - 9) - 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Bu maddənin 1—7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır.[42] İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. (maddə 60) Həmin Məcəllənin 61-ci maddəsinə əsasən icarədarı müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. [72] Məhkəmə araşdırılması zamanı məhkəməyə təqdim edilmiş materiallarına, o cümlədən Suraxanı Rayon Məhkəməsinin 02 avqust 2012-ci il tarixli 2(010)-1982/2012 saylı qətnaməsinə, əsasən müəyyən edilmişdir ki, Suraxanı rayon İcra Hakimiyyətinin 06 fevral 1992-ci il tarixli, 035579 saylı orderinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ”Q” Y/S 20 saylı evin 3 otaqlı sahəsi 40,41 kv.metr olan 21 saylı mənzilin kirayəçisidir. İddiaçının X26 (hazırda Məhəmmədili) cavabdeh Mehparə İsgəndərova (hazırda soyadı Demirkan) ilə 23.11.2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, icarəçisi olduğu mənzildə yaşamışlar. 2010-cu ildə iddiaçının oğlu Bakı şəhəri, Suraxanı rayonu, S.Cəfərov küçəsi 7 saylı evin 5 otaqlı 13 saylı mənzilini aldıqdan sonra arvadı və uşağı ilə həmin mənzilə köçüb yaşamışlar. 2012ci ildə ailə münasibətləri pozulmuş və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 1982/2012 saylı 02.08.2012-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Daha sonra Suraxanı rayon məhkəməsinin 2(010)-2713/2012 saylı 04.12.2012-ci il tarixli qətnaməsi əsasən birgə nikah dövründə alınmış həmin mənzildə iddiaçı X1 payı 1/2 hissədə müəyyən edilmişdir. Hər ikisinin razılığı əsasında həmin mənzil 10.07.2013-cü il tarixdə 90.000 ABŞ dollarına satılmışdır. Cavabdeh Mehparə İsgəndərovanın 12 iyul 2013-cü il tarixli iltizamından görünür ki, payına düşən, ona çatası 45.000 (qırx beş min) ABŞ dolları məbləğində pulu təhvil almışdır. Bundan sonra həmin mənzil ilə əlaqədar ona qarşı heç bir iddiası və tələbi olmayacağını bildirmişdir. Belə ki, müəyyən edilmişdir ki, hazırkı işdə cavabdeh 2006-cı ildə mübahisəli yaşayış sahəsinə köçsə də, artıq 2011-ci ildə iddiaçıya məxsus mənzilini daimi əsaslarla tərk etməklə, digər ünvanda uşağı ilə birlikdə yaşamasına başlamışdır. Bu hal iş materialların ilə təsdiq edilir və işin mübahisələndirilməyən halıdır. Belə olan halda, işə tətbiq edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə cavabdehin mübahisəli ünvanda 10 ilə yaxın mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, ”Q” Y/S 20 saylı evin, 21 saylı mənzilinə dair istifadə hüququnun hazırkı dövrə qədər saxlanılması üçün əsaslar yoxdur və həmin hüquq itirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh Demirkan (İsgəndərova) Mehparə Aydın qızının (oğlu X19 ilə birlikdə) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” Y/S, ev 20, 21 saylı mənzilə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iddia ərizəsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Demirkan (İsgəndərova) Mehparə Aydın qızının (oğlu X19 ilə birlikdə) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” Y/S, ev 20, 21 saylı mənzilə istifadə hüququna xitam verilsin. Bu qətnamə cavabdeh Demirkan (İsgəndərova) Mehparə Aydın qızının (oğlu X19 ilə birlikdə) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” Y/S, ev 20, 21 saylı mənzilə olan qeydiyyatının ləğv edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdeh Demirkan (İsgəndərova) Mehparə Aydın qızından tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətinə Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar