Məhkəmə qərarları › İş №2(010)-313/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-313/2023

01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-313/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili – “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 10 saylı evin, 8 saylı mənzilinə dair verilmiş 004593 saylı, xx.xx.1990-cı il tarixli orderdə mərtəbə (gtaj) qeydinin “3” (3-cü mərtəbə) əvəzinə “4” (4-cü mərtəbə) olaraq oxunmaqla, 004593 saylı, xx.xx.1990-cı il tarixli orderin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini belə əsaslandırmışdır ki, keçmiş Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı RİH) xx.xx.1990-cı tarixli 2 saylı qərarına əsasən, ünvan 1 ünvanında yerləşən mənzil 004593 saylı order əsasında Ərizəçi verilmişdir. Mənzil tam kommunal şəraitlidir. Sonradan ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz reyestrində qeydiyyata alınması ilə bağlı AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli **********25 saylı imtina ilə bağlı bunları bildirmişdir: “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 10 saylı evin, 8 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı **********25 daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, ərizənizə əlavə etdiyiniz 004593 saylı, xx.xx.1980-ci il tarixli orderdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 10 saylı evin, 8 saylı mənzilin 3-cü mərtəbədə yerləşdiyi qeyd olunmuşdur. Lakin idarənin mütəxəssisləri tərəfindən mənzilə baxış zamanı 8 saylı mənzilin faktiki 4-cü mərtəbədə yerləşdiyi müəyyən olunmuşdur. Qeyd olunan uyğunsuzluq aradan qaldırıldıqdan və sənədlərdə düzəliş edildikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 10 saylı evin, 8 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə (orderin əsli və arxiv arayışı əlavə olunmaqla) “ASAN xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur.” Hesab edir ki, 004593 saylı, xx.xx.1990-cı il tarixli orderdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 10 saylı evin, 8 saylı mənzilinin yerləşdiyi mərtəbə - “3-cü mərtəbə” qeydi texniki səhv hesab edilməlidir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 10 saylı evin, 8 saylı mənzili 4-cü mərtəbədə yerləşir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X3 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, ərizəni müdafiə edir. 1990-cı idə həmin mənzil ərizəçiyə verilmişdir. Ərizəçi sənəd almaq üçün maraqlı şəxsə müraciət edib. Lakin maraqlı şəxs imtina etmişdir. Problem evin 3-cü mərtəbədə deyil, faktiki 4-cü mərtəbədə yerləşməsidir. Orderdə səhv yazılıb. Onlar arayış almışlar ki, ərizəçinin yaşadığı mənzil binanın 4-cü mərtəbəsində yerləşir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclası zamanı məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Maraqlı şəxsin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işin materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarında olan keçmiş Orconikidze rayon XDS İK tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 004593 №-li orderdən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 004593 saylı order əsasında Ərizəçi verilmişdir. Həmin mənzil 1-ci blok 3-cü mərtəbədə yerləşir. 2 otaqlıdır və 30,14 kv.metrdən ibarətdir. İş materiallarına əlavə edilmiş: AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsin tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli **********25 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 10 saylı evin, 8 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı **********25 daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinə idarə tərəfindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirmişlər ki, ərizəyə əlavə etdiyi 004593 saylı, xx.xx.1980-ci il tarixli orderdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 10 saylı evin, 8 saylı mənzilin 3-cü mərtəbədə yerləşdiyi qeyd olunmuşdur. Lakin idarənin mütəxəssisləri tərəfindən mənzilə baxış zamanı 8 saylı mənzilin faktiki 4-cü mərtəbədə yerləşdiyi müəyyən olunmuşdur. Qeyd olunan uyğunsuzluq aradan qaldırıldıqdan və sənədlərdə düzəliş edildikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 10 saylı evin, 8 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə (orderin əsli və arxiv arayışı əlavə olunmaqla) “ASAN xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. xx.xx.2022-ci il tarixli, 76 saylı arayışın surətindən görünür ki, Ərizəçi Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsindəki 10 nömrəli evin 9 mərtəbəli binanın 4-cü mərtəbəsində 30,14 kv.metr sahəsi olan 2 otaqlı 8 nömrəli mənzilində yaşayır. Mənzil tam kommunal şəraitlidir. Mənzildə daimi qeydiyyatda olanlar: 1960-cı il təvəllüdlü Ərizəçi özü xx.xx.1991ci il tarixdən, 1963-cü il təvəllüdlü X6 – həyat yoldaşı, 1989-cu il təvəllüdlü X5 – qızı, 1991ci il təvəllüdlü X9 – oğlu və 2012-ci il təvəllüdlü X2 – nəvəsi 2012-ci ildən. 62 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 26 nömrəli, xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Ərizəçi Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsindəki 10 nömrəli evin 8 nömrəli mənzilində ailəsi ilə birlikdə qeydiyyatdadır. Mənzil qeyd edilən binanın 4-cü mərtəbəsində yerləşir. Beləliklə də, məhkəmə ərizəçinin izahatı və iş materiallarına əsasən müəyyən edir ki, ünvan 1 ünvanında yerləşən mənzil keçmiş Orconikidze rayon XDS İK tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 004593 №-li order əsasında Ərizəçi verilmişdir. Lakin Orconikidze rayon XDS İK tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 004593 №-li orderdə mənzilin yerləşdiyi mərtəbə “4” əvəzinə “3” qeyd edildiyindən və bu uyğunsuzluq ərizəçinin sözügedən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinə səbəb olduğundan ərizəçi qeyd edilən orderin məhz ona aid olmasının məhkəmə qaydasında müəyyən edilməsini istəmişdir. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 10 saylı evin, 8 saylı mənzilinə dair verilmiş 004593 saylı, xx.xx.1990-cı il tarixli orderdə mərtəbə (gtaj) qeydinin “3” (3-cü mərtəbə) əvəzinə “4” (4-cü mərtəbə) olaraq oxunmaqla, 004593 saylı, xx.xx.1990-cı il tarixli orderin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 10 saylı evin, 8 saylı mənzilinə dair verilmiş 004593 saylı, xx.xx.1990-cı il tarixli orderdə mərtəbə (gtaj) qeydinin “3” (3-cü mərtəbə) əvəzinə “4” (4-cü mərtəbə) olaraq oxunmaqla, 004593 saylı, xx.xx.1990-cı il tarixli orderin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar